Məhkəmə qərarları › İş №e-2(022)-967/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-967/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-967/2025 05.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 14 sentyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borc qismində 196 manat və ödənilmiş dövlət rüsunun əvəzi qismində 30 manat, cəmi 246 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 02 may 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 14 sentyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borc qismində 196 manat və ödənilmiş dövlət rüsunun əvəzi qismində 30 manat, cəmi 246 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 284-3.2.4-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə tələbin əsaslandığını təsdiq edən sənəd əlavə edilməlidir. Lakin məhkəmə daxil olmuş iddia ərizəsinə əlavə edilmiş 14 sentyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin kserosurətindən həmin müqavilənin Cavabdeh tərəfindən imzalanıb-imzalanmamasını və həmin nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən hal-hazıradək hər hansı ödənişlərin aparılıb-aparılmamasının araşdırılmasını müəyyən etmək qeyri-mümkümdür. Azərbaycan Respublikası MPM-nin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Buna görə də məhkəmə hesab edir ki, 14 sentyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin Cavabdeh tərəfindən imzalanıb-imzalanmamasını və həmin nisyə alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən hal-hazıradək hər hansı ödənişlərin aparılıbaparılmamasının araşdırılması zərurəti olduğu üçün iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267, 268 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 14 sentyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş əsas borc qismində 196 manat və ödənilmiş dövlət rüsunun əvəzi qismində 30 manat, cəmi 246 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar