Məhkəmə qərarları › İş №e-2(022)-997/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-997/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-997/2023 14.08.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün 81.6 (səksən bir manat altmş qəp) manat ödənilməmiş hissə, 8.4 (səkkiz manat qırx qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən CASİO Saat 32 (otuz iki) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən AİWA qulaqlıq, POWER BANK REDMİ üçün 19.4 (on doqquz manat qırx qəp) manat ödənilməmiş hissə, 1.6 (bir manat altmış qəp) manat cərimə, ümumilikdə 146 manat borc və dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaitinin Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG LED TV, Casio saat, AİWA qulaqlıq, POWER BANK REDMİ almış və nəticədə 146 (yüz qırx altı) manat borc yaranmışdır.Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1681.2 (bir min altı yüz səksən bir manat iyirmi qəp) manat (18 ay x 83.4 manat + 180 manat ilkin ödəniş) SAMSUNG LED TV üçün ümumilikdə, 90 (doxsan) manat olmaqla, ondan 81.6 (səksən bir manat altmış qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8.4 (səkkiz manat qırx qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 128.4 (yüz iyirmi səkkiz manat qırx qəp) manat (12 ay x 10.7 manat - 0 manat ilkin ödəniş) Casio saat üçün ümumilikdə, 35 (otuz beş) manat olmaqla, ondan 32 (otuz iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 (üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 176.4 (yüz yetmiş altı manat qırx qəp) manat (18 ay x 9.8 manat + 0 manat ilkin ödəniş) AİWA qulaqlıq, POWER BANK REDMı üçün ümumilikdə 21 (iyirmi bir) manat olmaqla, ondan 19.4 (on doqquz manat qırx qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.6 (bir manat altmış qəp) manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 1853 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə nesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı müqavilə üzrə borc məbləğinin ödənilməsini tələb etsə də, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh göstərilən borc məbləğini ödəməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən SAMSUNG LED TV-ni 1681.2 manata, 18 ay müddətinə hər ay 83.4 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Casio saatı 128.4 manata, 12 ay müddətinə, hər ay 10. manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən AİWA qulaqlıq, POWER BANK REDMı 176.4 manata, 18 ay müddətinə hər ay 9.8 manat ödəmək şərti ilə borcluya satmışdır. İşdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün 81.6 (səksən bir manat altmş qəp) manat ödənilməmiş hissə, 8.4 (səkkiz manat qırx qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən CASİO Saat 32 (otuz iki) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən AİWA qulaqlıq, POWER BANK REDMİ üçün 19.4 (on doqquz manat qırx qəp) manat ödənilməmiş hissə, 1.6 (bir manat altmış qəp) manat cərimə, ümumilikdə 146 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün 81.6 (səksən bir manat altmış qəp) manat ödənilməmiş hissə, 8.4 (səkkiz manat qırx qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən CASİO Saat 32 (otuz iki) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən AİWA qulaqlıq, POWER BANK REDMİ üçün 19.4 (on doqquz manat qırx qəp) manat ödənilməmiş hissə, 1.6 (bir manat altmış qəp) manat cərimə, ümumilikdə 146 manat məbləğdə pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün 81 (səksən bir) manat 60 (altmş) qəpik ödənilməmiş hissə, 8 (səkkiz) manat 40 (qırx) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən CASİO Saat üçün 32 (otuz iki) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən AİWA qulaqlıq, POWER BANK REDMİ üçün 19 (on doqquz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 1 (bir) manat 60 (altmış) qəpik cərimə, ümumilikdə 146 (yüz qırx altı) manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar