Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-998/2024 05.08.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Biləsuvar rayon məhkəməsinə müraciət edirək, Cavabdeh 1114 (min yüz on dörd) manat 73 (yetmiş üç) qəpik borcun və ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaitinin iddiaçı «P-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, "xxxx" MMC-nin Biləsuvar Filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/20-204 nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində yerləşən 8,52 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4647,39 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 54,40 manat məbləğində çöp doğrama, 113,20 manat məbləğində 1-ci şum, 104,40 manat məbləğində 2-ci şum, 34,50 manat məbləğində rotor mala çəkmə, 181,90 manat məbləğində mala çəkmə, 68,60 manat məbləğində çiyid səpini (90 sm), 41,70 manat məbləğində çiyid səpini (gübrə səpini ilə), 211,20 manat məbləğində kultivasiya, 81,60 manat məbləğində boroza, 81,80 manat məbləğində dərman səpini, 495,00 manat məbləğində 1-ci yığım, 162,00 manat məbləğində 2-ci yığım, 52,80 manat məbləğində baraza (gübrə səpini ilə), 1877 manat məbləğində alaq təmizləmə və suvarma pulu üçün verilmiş avans, 627,09 manat məbləğində gübrə və dərmanlara, 456,20 manat məbləğində əkin üçün verilmiş toxumluq çiyid, cəmi: 4647,39 manat məbləğində işlər görülmüş, avans verilmiş, xidmətlər göstərilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq, mövsüm başa çatsa da 3306,19 manat məbləğində 4723,13 kq xam-pambıq təhvil vermiş, 226,47 manat məbləğində ödəniş olunması nəzərə alınmaqla iddiaçıya 1114,73 manat məbləğində borcu qalmışdır Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçı’ya olan borcunu tam ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara MPMin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin Biləsuvar filialı və Cavabdeh arasında bağlanmış xx.xx.2020-cu il tarixli 06/20-204 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh Biləsuvar rayonu Səmədabad kəndi ərazisində 8,52 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 4647,39 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Beləliklə, işdə olan sübutlarla Cavabdeh ilə İddiaçı MMC-nin Biləsuvar filialı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 06/20-204 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh «P-Aqro” MMC-yə borcunun nisyə alqı-satqı müqaviləsinə əsasən 1114 (min yüz on dörd) manat 73 (yetmiş üç) qəpik yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Buna görə də, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli 06/20-204 saylı alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 1114 (min yüz on dörd) manat 73 (yetmiş üç) qəpik məbləğdə pul vəsaiti Cavabdeh iddiaçı «P-Aqro” MMC-nin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı «P-Aqro” MMC məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 31 (otuz bir) manat 14 (on dörd) qəpik məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1114 (min yüz on dörd) manat 73 (yetmiş üç) qəpik borc və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat 14 (on dörd) qəpik pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(022)-998/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-998/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver