Məhkəmə qərarları › İş №e-2(023)-1196/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1196/2023

22.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1196/2023 22.09.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Qazax Rayon Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC-nin məhkəmədə iddia qaldıraraq, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD 35875/Q2NX01676 XİAOMİ PAD 5 markalı tableütçün ondan, 1053,96 (min əlli üç manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 105,04 (yüz beş manat dörd qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********07404 İPHONE SE markalı telefon, APPLE 20W ADAPTER üçün ondan, 727,1 (yeddi yüz iyirmi yeddi manat on qəpik) manat ödənilməmiş hissə, 72,9 (yetmiş iki manat doxsan qəpik) cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********28852 SAMSUNG GALAXY A52 markalı telefoünçün ondan, 453,64 (dörd yüz əlli üç manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 45,36 (qırx beş manat otuz altı qəpik) cərimə; dövlət rüsumunun ödənilməsi haqqında məlumat, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********78850 SAMSUNG GALAXY A02 markalı telefon üçün ondan, 48,14 (qırx səkkiz manat on dörd qəpik) manat ödənilməmiş hissə, 4.86 (dörd manat səksən altı qəpik) cərimə; ümumilikdə, 2511 manat borc və ödənilmiş 45,11 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1979.2 (min doqquz yüz yetmiş doqquz manat iyirmi qəpik) manat (18 ay x 103.9 manat + 109 manat ilkin ödəniş) İMEİ KOD **********07404 İPHONE SE markalı telefon, APPLE 20W ADAPTER üçün ümumilikdə, 800 (səkkiz yüz) manat olmaqla ondan, 727.1 (yeddi yüz iyirmi yeddi manat on qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 72.9 (yetmiş iki manat doxsan qəpik) cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 891.63 (səkkiz yüz doxsan bir manat altmış üç qəpik) manat (12 ay x 65.97 manat + 99.99 manat ilkin ödəniş) İMEİ **********28852 SAMSUNG GALAXYA52 markalı telefoünçün ümumilikdə, 499 (dörd yüz doxsan doqquz) manat olmaqla ondan, 453.64 (dörd yüz əlli üç manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 45.36 (qırx beş manat otuz altı qəpik) cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 328.14 (üç yüz iyirmi səkkiz manat on dörd qəpik) manat (18 ay x 18.23 manat + 0 manat ilkin ödəniş) İMEİ **********78850 SAMSUNG GALAXYA02 markalı telefoünçün ümumilikdə, 53 (əlli üç) manat olmaqla ondan, 48,14 (qırx səkkiz manat on dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 4,86 (dörd manat səksən altı qəpik) cərimə; cavabdehin cəmi ödədiyi məbləğ 2072,09 manat təşkil edir. 05 avqust 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh iddiaçı cəmiyyətə 4 alqı-satqı müqavilələri üzrə ümumilikdə, 2511 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. "xxxx" MMC 45,11 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı Cəmiyyətə olan borc cavabdehdən alınaraq iddiaçı Cəmiyyətə ödənilməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni ödənişləri vaxtında icra etməmişdir. İddia tələbində göstərilən məbləğdə icra edilməmiş öhdəliyi vardır. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu və hesablanmış cərimə məbləğini tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqaviləyə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə 4 alqı-satqı müqavilələri üzrə 105,04 manat, 45,36 manat, 48,14 manat və 4,86 manat cərimə tələb etmişdir. Lakin, məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 3 alqı-satqı müqaviləsi üzrə ümumilikdə 25 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1053,96 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 727,1 manat ödənilməmiş hissə, 10 cərimə; xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən 453,64 manat ödənilməmiş hissə, 5 cərimə; dövlət rüsumunun ödənilməsi haqqında məlumat, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 48,14 manat ödənilməmiş hissə, 4,86 cərimə; ümumilikdə, 2312,7 manat borc pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45,11 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 1053,96 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 727,1 manat ödənilməmiş hissə, 10 cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 453,64 manat ödənilməmiş hissə, 5 cərimə; dövlət rüsumunun ödənilməsi haqqında məlumat, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 48,14 manat ödənilməmiş hissə, 4,86 cərimə; ümumilikdə, 2312,7 manat borc və 45,11 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC–nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar