Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1289/2025 11.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış SM 121479 saylı xx.xx.2023-cü il tarixli, SM 117282 saylı xx.xx.2023-cü il tarixli, SM 125802 saylı xx.xx.2023-cü il tarixli və SM 109477 saylı xx.xx.2023-cü il tarixli Nisyə satış müqavilələri üzrə yaranmış cəmi 1060.00 (min altmış) manat əsas borc, 272.30 manat (iki yüz yetmiş iki manat 30 qəpik) cərimə, ümumilikdə 1332.30 (min üç yüz otuz iki manat 30 qəpik) manat borcun və 33.33 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4 (dörd) Nisyə satış müqaviləsi üzrə öhdəlik cavabdeh tərəfindən pozulmuşdur. 1. SM 121479 saylı xx.xx.2023-cü il tarixdə Nisyə satış müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 30.00 manat ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. 2. SM 117282 saylı xx.xx.2023-cü il tarixdə Nisyə satış müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 30-dan gec olmamaqla 10.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. 3. SM 125802 saylı xx.xx.2023-cü il tarixdə Nisyə satış müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 11-dən gec olmamaqla 50.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. 4. SM 109477 saylı xx.xx.2023-cü il tarixdə Nisyə satış müqaviləsi və həmin müqavilənin 1 saylı Əlavə üzrə ödəniş cədvəlində göstərilən qaydada 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 42.00 manat ödəməyicavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Cavabdehin qeydiyyat ünvanına məktub göndərilmişdir. Məktub cavabdehə çatdırılmışdır. Belə ki, xx.xx.2025-ci il tarixli borca dair arayış və çıxarışlardan görünür ki: SM 121479 saylı xx.xx.2023-cü il tarixdə Nisyə satış müqaviləsi üzrə ilkin ödəniş etməmiş və 360.00 manat qalıq (əsas) borcdan 2 ay ərzində cəmi 30.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 330.00 manat əsas, 75.00 manat cərimə, ümumilikdə 405.00 manat borcu qalmışdır. SM 117282 saylı xx.xx.2023-cü il tarixdə Nisyə satış müqaviləsi üzrə ilkin ödəniş etməmiş və 120.00 manat qalıq (əsas) borcdan 2 ay ərzində cəmi 40.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə,cavabdehin 80.00 manat əsas, 24.50 manat cərimə, ümumilikdə 104.50 manat borcu qalmışdır. SM 125802 saylı xx.xx.2023-cü il tarixdə Nisyə satış müqaviləsi üzrə 220.00 manat ilkin ödəniş etmiş və 600.00 manat qalıq (əsas) borcdan 2 ay ərzində cəmi 100.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin 500.00 manat əsas, 104.00 manat cərimə, ümumilikdə 604.00 manat borcu qalmışdır. SM 109477 saylı xx.xx.2023-cü il tarixdə Nisyə satış müqaviləsiüzrə ilkin ödəniş etməmiş və 504.00 manat qalıq (əsas) borcdan 6 ay ərzində cəmi 354.00 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin 150.00 manat əsas, 68.80 manat cərimə, ümumilikdə 218.80 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SM 109477 saylı xx.xx.2023-cü il tarixli, müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 504 manat olan avadanlığı telefonu 12 ay müddətinə, aylıq 42 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SM 117282 saylı xx.xx.2023-cü il tarixli, müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 120 manat olan avadanlığı telefonu 12 ay müddətinə, aylıq 10 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SM 121479 saylı xx.xx.2023-cü il tarixli, müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 360 manat olan avadanlığı telefonu 12 ay müddətinə, aylıq 30 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış SM 125802 saylı xx.xx.2023-cü il tarixli, müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 820 manat olan avadanlığı telefonu 12 ay müddətinə, aylıq 50 manat ödəmə şərtilə almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin 20 gün ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, SM 121479 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 30 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 330 manat əsas, 75 manat cərimə borcu olmaqla, cəmi borcu 405 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, SM 117282 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 40 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 80 manat əsas, 24,50 manat cərimə borcu olmaqla, cəmi borcu 104,50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, SM 125802 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 100 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 500 manat əsas, 104 manat cərimə borcu olmaqla, cəmi borcu 604 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, SM 109477 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə Cavabdeh əsas borcdan 354 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə 150 manat əsas, 68,80 manat cərimə borcu olmaqla, cəmi borcu 218,80 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin SM 121479 saylı xx.xx.2023-cü il tarixli, SM 117282 saylı xx.xx.2023-cü il tarixli, SM 125802 saylı xx.xx.2023-cü il tarixli və SM 109477 saylı xx.xx.2023-cü il tarixli müqavilələr üzrə cəmi olaraq əsas borca görə 1060 manat, cərimə borcuna görə 272,30 manat olmaqla, cəmi 1332,30 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh SM 121479 saylı xx.xx.2023-cü il tarixli, SM 117282 saylı xx.xx.2023-cü il tarixli, SM 125802 saylı xx.xx.2023-cü il tarixli və SM 109477 saylı xx.xx.2023-cü il tarixli müqavilələr üzrə əsas borca görə 1060 manat, cərimə borcuna görə 10 manat olmaqla, cəmi 1070 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 33,33 manat pulun 30,70 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 1060 manat, cərimə borcuna görə 10 manat olmaqla, cəmi 1070 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 30,70 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1289/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1289/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver