Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1421/2023 30.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi barədə iddiasına dair mülki işə 30 noyabr 2023-cü il tarixdə, Qazax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış 868,77 manat borcun (abonent kodu: **********000) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidməti göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 30 avqust 2023-cü il tarixinə 868,77 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi suyun dəyəri həmin ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə 26 iyul 2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub.m suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub.m suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub.m suyun qiyməti 0,60 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, istehlakçı üzərinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirmədiyinə görə sudan istifadə və tullantı suların axıdılmasına görə borc yaranmışdır. İddia müddətinin tətbiq edilməsinə etiraz etmir, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış 868,77 manat borcunun qismən, yəni 533,50 manat tələb hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək ona məxsus ünvan 1 ünvanında sayğaca quraşdırıldığı 2011-ci il tarixdən 2023-cü ilin sentyabr ayınadək iddiaçı tərəfindən ona 868,77 manat borc hesablanmışdır. Həmin borcu qismən qəbul edir. Belə ki, əvvəlki illərdə o sudan istifadə etdiyinə görə ödənişləri nəzarətçiyə vermişdir, lakin buna görə ondan qəbz tələb etməmişdir. Odur ki, iddianın bir hissəsinə iddia müddətinin tətbiq edilməsi və borcun 533,50 manat hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında (abonent kodu: **********000) müqavilə bağlanmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh adına ünvanladığı xx.xx.2023-cü il tarixli “xəbərdarlıq” məktubundan görünür ki, xx.xx.2023-cü il tarixinə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə Qazax Sukanal sahəsinə 771,77 manat borc yaranmışdır. Qeyd olunan borcun 5 iş günü müddətində ödənilməsi tələb olunmuşdur. ünvan 1 ünvanına aid abonent kartından görünür ki, həmin mənzilin abonent hesabına 2011-ci il üçün illik qalıq borc 12,40 manat; 2012-ci il üçün illik qalıq borc 12,90 manat; 2014-cü il üçün illik qalıq borc 11,20 manat; 2015-ci il üçün illik qalıq borc 13,20 manat; 2016-cı il üçün illik qalıq borc 21,55 manat; 2017-ci il üçün illik qalıq borc 42,00 manat; 2018-ci il üçün illik qalıq borc 45,00 manat; 2020-ci il üçün illik qalıq borc 44,90 manat; 2021-ci il üçün illik qalıq borc 98,17 manat; 2022-ci il üçün illik qalıq borc 170,40 manat; 2023-cü il üçün illik qalıq borc 323,50 manat borc hesablanmışdır. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1-ci bəndinə əsasən istehlakçının vəzifəsi aşağıdakılardır: Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia tələbinin qismən hissəsində iddia müddətinin keçməsini nəzərə alaraq, iddianın qismən hissəsinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud tələblə bağlı üç il ərzində məhkəməyə müraciət etməli idi. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, tərəflər arasında yazılı qaydada bağlanan müqavilədən irəli gələn öhdəlik hüquq münasibəti yaranmış və bu münasibət hal-hazıradək davam etmişdir. Cavabdehin müqavilə üzrə 2011-ci il üçün illik qalıq borc 12,40 manat; 2012-ci il üçün illik qalıq borc 12,90 manat; 2014-cü il üçün illik qalıq borc 11,20 manat; 2015-ci il üçün illik qalıq borc 13,20 manat; 2016-cı il üçün illik qalıq borc 21,55 manat; 2017-ci il üçün illik qalıq borc 42,00 manat; 2018-ci il üçün illik qalıq borc 45,00 manat; 2020-ci il üçün illik qalıq borc 44,90 manat; 2021-ci il üçün illik qalıq borc 98,17 manat; 2022-ci il üçün illik qalıq borc 170,40 manat; 2023-cü il üçün illik 323,50 manat qalıq borcu yaranmışdır. Bu müddətdə iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməmişdir. İddiaçı təşkilat müqavilə tələblərinin pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı mövcud iddia tələbinin qismən hissəsində qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia tələbinin qismən hissəsində iddia müddətinin tətbiq edilməsini və və iddia tələbinin qismən hissəsində iddia müddətinin ötürülməsinə görə iddianın qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər arasında bağlanmış müqavilə vaxtaşırı icra edilməli öhdəlik olduğundan, iddiaçı yalnız son üç il üzrə iddia tələbi irəli sürə bilərdi. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün iddianın qismən hissəsinə iddia müddətini qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən də iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış 533,50 manat borc cavabdehdən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış (abonent kodu: **********000) 533,50 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1421/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1421/2023
30.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver