Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1443/2023 11.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Məşədiyeva (Musayeva) Gülnaz Xəqani qızına qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t di: İddiaçı "xxxx" MMC-nin məhkəmədə iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********10559 SAMSUNG GALAXY A03S markalı telefo üçün 164.8 (bir yüz altmış dörd manat səksən qəpik) manat ödənilməmiş hissə, 16.2 (on altı manat iyirmi qəpik) manat cərimə; ümumilikdə, 181 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh Məşədiyeva (Musayeva) Gülnaz Xəqani qızından alınaraq alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Məşədiyeva (Musayeva) Gülnaz Xəqani qızına qarşı pul tələbinə dair mülki iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılması barəsində ərizə verdiyindən həmin mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: Ərizə təmin edilsin. İddiaçı "xxxx" MMC-nin cavabdeh Məşədiyeva (Musayeva) Gülnaz Xəqani qızına qarşı pul tələbi barədə ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1443/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1443/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver