Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1545/2024 20.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi və Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Qazax Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 270,63 manat əsas borc və 23,42 manat cərimə borcu olmaqla cəmi 294,05 manat borcun və xx.xx.2023-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 270,63 manat əsas borc və 23,42 manat cərimə, cəmi 294,05 manat, ümumilikdə 588,10 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən 416,04 manat dəyərində olan 01 ədəd HONOR X6A 4/128GB BLACK model və İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçıMMC-dən 416,04 manat dəyərində olan 01 ədəd HONOR X6A 4/128GB GREEN model məhsul almışdır. Cavabdeh borclu olduğu 416,04 manat məbləğdən 40,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 376,04 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixə kimi hər ay 21,00 manat olmaqla İddiaçı MMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu 416,04 manat məbləğdən 40,00 manat ilkin ödəniş etmiş və onun xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 376,04 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixə kimi hər ay 21,00 manat olmaqla İddiaçıMMC-ə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlə aramızda olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 145,41 manat və xx.xx.2023-cü il tarixli, ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 145,41 manat təşkil edir. Ona görə də Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 270,63 manat əsas borc və 23,42 manat cərimə borcu olmaqla cəmi 294,05 manat borcun və xx.xx.2023-cü il tarixli ********** nömrəli Nisyə alqı-satqı müqaviləsi üzrə 270,63 manat əsas borc və 23,42 manat cərimə, cəmi 294,05 manat, ümumilikdə 588,1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətində, 01 ədəd HONOR X6A 4/128GB BLACK məhsulu malı nisyə verilmişdir. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh 18 ay müddətində, 01 ədəd HONOR X6A 4/128GB GREEN model məhsulu nisyə verilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh İsma Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 270,63 manat əsas, 23,42 manat cərimə və xx.xx.2023-cü il tarixli, ********** nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 270,63 manat əsas, 23,42 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM)-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 10.8-1-ci maddəsinə əsasən həmin Məcəllənin 284-5-ci maddəsində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 567 və 600-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, dəbbə pulu azaldılaraq xx.xx.2023-cü il tarixli, ********** nömrəli müqaviləsinə üzrə 5 manat və xx.xx.2023-cü il tarixli, ********** nömrəli müqaviləsinə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********** saylı müqavilə üzrə ümumilikdə əsas borc kimi 270,63 manat, dəbbə pulu kimi 5 manat, xx.xx.2023-cü il tarixli, ********** saylı müqavilə üzrə ümumilikdə əsas borc kimi 270,63 manat, dəbbə pulu kimi 5 manat cəmi 551,26 (çeş yüz əlli bir manat 26 qəpik) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı MMC-yə verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1545/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1545/2024
20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver