Məhkəmə qərarları › İş №e-2(023)-1666/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1666/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1666/2024 28.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı Cavabdeh qarşı «alqı satqı müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 14 oktyabr 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə ödənilməmiş 646 manat məbləğində əsas borcun, 127 manat cərimə borcunun, ümumilikdə 773 (yeddi yüz yetmiş üç) manat borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, Cavabdeh qarşı həmin şəxsin qeydiyyatda olduğu yerin məhkəməsində iddia qaldırmaq hüququ İddiaçı izah olunmalıdır. Belə ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı Cavabdeh qeydiyyatda olduğu ünvanın Qəbələ rayonu Qəbələ şəhəri X2 küçəsi ev 1-də olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu 14221102 dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «alqı satqı müqaviləsi üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, Cavabdeh qarşı həmin şəxsin qeydiyyatda olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, qəbz nömrəsi: **********, büdcə təsnifat kodu 14221102 dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar