Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1766/2023 07.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi ilə İddiaçı cavabdeh EMİNALİYEV RAMİZ SƏMƏD OĞLU qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t di: İddiaçı cavabdeh EMİNALİYEV RAMİZ SƏMƏD OĞLUNA qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vüqar Əhmədov ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh EMİNALİYEV RAMİZ SƏMƏD OĞLUNA qarşı “pul” tələbinə dair mülki iş üzrə cavabdeh borcunu ödənilməsi səbəbinə görə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vüqar Əhmədov ərizənin geri qaytarılması barəsində ərizə verdiyindən həmin mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vüqar Əhmədovun ərizəsi təmin edilsin. İddiaçı cavabdeh EMİNALİYEV RAMİZ SƏMƏD OĞLU qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə ərizəsi baxılmamış saxlanılsın və mülki iş üzrə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1766/2023
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1766/2023
07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver