Məhkəmə qərarları › İş №e-2(023)-2062/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-2062/2025

29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-2062/2025 29.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlu, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********69719 OPPO A40M, HİSENSE TV, YUPİTER asqı, VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, ZƏMANƏT + 3 İL xidməti üçün 984.16 (doqquz yüz səksən dörd manat, 16 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 98.42 (doxsan səkkiz manat, 42 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********03738 OPPO A38, VİNİL ŞƏFFAF, PAKET XXL xidmət üçün, 296.17 (iki yüz doxsan altı manat, 17 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 29.62 (iyirmi doqquz manat, 62 qəpik) manat cərimə ümumilikdə 1455.56 manat borc, 34.56 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 17032067 nömrəli müqavilənin və əlavənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə İddiaçı MMC-dən 536.04 manat məbləğində İMEİ Kod **********03738 OPPO A38, VİNİL ŞƏFFAF, PAKET XXL xidmət üçün məhsul almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilənin və ona əlavənin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə İddiaçı MMC-dən 1095.84 manat məbləğinə İMEİ Kod **********69719 OPPO A40M, HİSENSE TV, YUPİTER asqı, VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, ZƏMANƏT + 3 İL xidməti üçün məhsul almışdır. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əşyaların təhviltəslim aktlarının surətindən görünür ki, həmin tarixli müqavilələr üzrə əşyalar Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc 984.16 manat, innovativ layihələr mərkəzi rüsumu 23.6 manat rüsum və cərimə pulu 98.42 manat olmaqla ümüumilikdə 1106.18 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc 296.17 manat, innovativ layihələr mərkəzi rüsumu 23.6 manat rüsum və cərimə pulu 29.62 manat olmaqla cəmi 349.39 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, 17032067 nömrəli müqavilə üzrə 29.62 manat təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər, xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə 98.42 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2024-cü il tarixli, 17032067 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 296.17 manat və cərimə qismində 5 manat cəmi 301.17 manat və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 984.16 manat və cərimə qismində 10 manat olmaqla cəmi 994.16 manat və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 33.42 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 296.17 manat əsas, 5 manat cərimə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 984.16 manat əsas, 10 manat cərimə və İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.6 manat rüsum olmaqla cəmi 1342,53 manat məbləğində pul vəsaiti və 33.42 manat məbləğində dövlət rüsumu tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar