Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-341/2025 27.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı alq-satqı müqaviləsi üzrə mübahisələr tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 2102,3 manat əsas 630,6 manat cərimə cəmi 2732,9 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 566,5 manat əsas 169,9 manat cərimə cəmi 736,4 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 799,4 manat əsas, 239,8 manat cərimə, cəmi 1039,2 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqımüqaviləsi üzrə 549,9 manat əsas, 164,9 manat cərimə, cəmi 714,8 manat borc, ümumilikdə dörd müqavilə üzrə 4018,1 manat əsas, 1205,2 manat cərimə, 5223,3 manat cəmi borcun və 72,23 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş emişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi 2718,30 manat məbləğində İphone 13, 2 ədəd akumluyator, qulaqcıq, aksessuarlar, hər ay 152,00 ödəmək şərtilə 18 ay müddətinə almışdır. Həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 160 manat ödəniş etmişdir. Ödənilməmiş əsas borc məbləği 2102,30 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 6306, manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 6306 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 6306 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 630,60 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin "xxxx" MMC-yə olan borcu 2102,30 manat əsas, 630,60 manat cərimə borcu təşkil etmişdir. xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi 2074,90 manat məbləğində “Gree” markalı kondisioner, ev telefonu, 2 ədəd akumulyatoru, hər ay 116 ödəmək şərtilə 18 ay müddətinə almışdır. Həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 116 manat ödəniş etmişdir. Ödənilməmiş əsas borc məbləği 566,50 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 1699 manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1699 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1699 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 169,90 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin "xxxx" MMC-yə olan borcu 566,60 manat əsas, 169,90 manat cərimə borcu təşkil etmişdir. xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi 1319,40 manat məbləğində 60 ədə radiatoru hər ay 74 ödəmək şərtilə 18 ay müddətinə almışdır. Həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 74 manat ödəniş etmişdir. Ödənilməmiş əsas borc məbləği 799,40 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 2398 manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 2398 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2398 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 239,80 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin "xxxx" MMC-yə olan borcu 799,40 manat əsas, 239,80 manat cərimə borcu təşkil etmişdir. xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi 899,90 manat məbləğində kombi və aksessuarı ədə radiatoru hər ay 50 ödəmək şərtilə 18 ay müddətinə almışdır. Həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixdə 50 manat ödəniş etmişdir. Ödənilməmiş əsas borc məbləği 549,90 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 1649 manat təşkil etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1649 manat təşkil edir.Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1649 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəfimizdən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 164,90 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin "xxxx" MMC-yə olan borcu 549,90 manat əsas, 164,90 manat cərimə borcu təşkil etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2024-cü il tarixli № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə İphone 13, 2 ədəd akumluyator, qulaqcıq, aksessuarları 2718,30 manat məbləğinə "xxxx" MMC-dən almışdır. İş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə “Gree” markalı kondisioner, ev telefonu, 2 ədəd akumulyatoru 2074,90 manat məbləğinə "xxxx" MMC-dən almışdır. İş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə 60 ədəd radiatoru 1319,40 manat məbləğinə "xxxx" MMC-dən almışdır. İş materiallarında olan əşyanın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 18 ay ərzində hissə-hissə ödəmək şərtilə kombi və aksesuarları 899,90 manat məbləğinə "xxxx" MMC-dən almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2024-cü il tarixli № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 2102,30 manat və cərimə qismində 6306 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli № ********* nömrəli müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 566,50 manat və cərimə qismində 1699 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli № ********* nömrəli müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 799,40 manat və cərimə qismində 2398 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli № ********* nömrəli müqaviləsinə əsasən Cavabdeh "xxxx" MMC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 549,90 manat və cərimə qismində 1649 manat təşkil edir. İş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə xx.xx.2024-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 2102,3 manat əsas 630,6 manat cərimə cəmi 2732,9 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 566,5 manat əsas 169,9 manat cərimə cəmi 736,4 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 799,4 manat əsas, 239,8 manat cərimə, cəmi 1039,2 manat borc, xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 549,9 manat əsas, 164,9 manat cərimə, cəmi 714,8 manat borc, ümumilikdə dörd müqavilə üzrə 4018,1 manat əsas, 1205,2 manat cərimə, cəmi 5223,3 manat borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə uyğun olaraq, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 2102,3 manat əsas 5 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 566,5 manat əsas 5 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 799,4 manat əsas, 5 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 549,9 manat əsas, 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, xx.xx.2024-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 2102,3 manat əsas 5 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 566,5 manat əsas 5 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 799,4 manat əsas, 5 manat cərimə, xx.xx.2023-cü il tarixli № ********* saylı müqaviləsi üzrə 549,9 manat əsas, 5 manat cərimə, ümumilikdə dörd müqavilə üzrə 4018,1 manat əsas, 20 manat cərimə, 4038,10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 60,38 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2024-cü il tarixli, ********* nömrəli müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2102.30 manat, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 566,50 manat, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 799,40 manat, cərimə qismində 5 manat, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 549,90 manat, cərimə qismində 5 manat olmaqla cəmi 4038,10 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 60,38 manat məbləğində pul vəsaiti tutulsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-341/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-341/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver