Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-548/2025 13.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə İddiaçı MMC Cavabdeh qarşı əsas borcun əvəzi qismində 250 manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat, cəmi 280 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(023)-548/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmış və məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. xx.xx.2025-ci il tarixli ərizə ilə İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh öhdəliyini yerinə yetirdiyini bildirərək, iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materialllarını tədqiq edərək, işdə olan sübutları araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiaçının iddiadan imtinası qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə iddiadan imtina qəbul olunmalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa¸ hakim iş üzrə icraata xitam verməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbzin nömrəsi: **********) dövlət büdcəsindən İddiaçınə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçınə Cavabdeh izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (tarix:xx.xx.2025; qəbzin nömrəsi: **********) dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-548/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-548/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver