Məhkəmə qərarları › İş №e-2(023)-573/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-573/2024

09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-573/2024 09.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi və Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi barədə» kiçik iddidalara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə dair mülki işə Qazax Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, SOYUDUCU TOSHİBA, PALTARYUYAN TOSHİBA, KİESLECT qol saatı üçün, 3008.74 (üç min səkkiz manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 300.26 (üç yüz manat iyirmi altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd SÜFRƏ - TEKSTİL, BATTANİYE SETİ – TEKSTİL üçün, 262.98 (iki yüz altmış iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 26.02 (iyirmi altı manat iki qəpik) manat cərimə ümumilikdə 3598 manat borc, 55.98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU TOSHİBA, PALTARYUYAN TOSHİBA, KİESLECT qol saatı, 2 ədəd SÜFRƏ-TEKSTİL, BATTANİYE SETİ – TEKSTİL almış və nəticədə 3598 (üç min beş yüz doxsan səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3148.74 (üç min yüz qırx səkkiz manat yetmiş dörd qəpik) manat (18 ay x 174.93 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU TOSHİBA, PALTARYUYAN TOSHİBA, KİESLECT qol saatüıçün ümumilikdə, 3309 (üç min üç yüz doqquz) manat olmaqla ondan, 3008.74 (üç min səkkiz manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 300.26 (üç yüz manat iyirmi altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 395.1 (üç yüz doxsan beş manat on qəpik) manat (18 ay x 21.95 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd SÜFRƏ - TEKSTİL, BATTANİYE SETİ – TEKSTİL üçün ümumilikdə, 289 (iki yüz səksən doqquz) manat olmaqla ondan, 262.98 (iki yüz altmış iki manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 26.02 (iyirmi altı manat iki qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 272.12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehdən məhkəməyə iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU TOSHİBA, PALTARYUYAN TOSHİBA, KİESLECT qol saatı, 2 ədəd SÜFRƏ-TEKSTİL, BATTANİYE SETİ – TEKSTİL və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd SÜFRƏ - TEKSTİL, BATTANİYE SETİ – TEKSTİL cavabdehə təhvil verilmişdir. MPM-in 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd edilən Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmçinin MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Alıcı alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Onun iddiaçının qarşısında əsas borc kimi 3271,72 manat, dəbbə pulu kimi 326,28 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439, 442, 448, 470, 472 və 567-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, lakin dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Ona görə də Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə istinad edərək hesab edir ki, dəbbə pulu azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55.98 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-1 - 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ümumilikdə əsas borc kimi 3271,72 manat, dəbbə pulu kimi 50 manat, cəmi 3321,72 (üç min üç yüz iyirmi bir manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi Cavabdeh 55.98 manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddianın qalan hissəsi təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar