Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-726/2024 27.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı QİZİNİN cavabdehlər Cavabdeh1 İSMAYİL OĞLU, Cavabdeh2 İSMAYİL QİZİNA qarşı miras əmlaka vərəsəlik hüququmun tanınması və vərəsəlik qaydasında mülkiyyət hüququmun verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t di: İddiaçı QİZİNİN cavabdehlər Cavabdeh1 İSMAYİL OĞLU, Cavabdeh2 İSMAYİL QİZİNA qarşı miras əmlaka vərəsəlik hüququmun tanınması və vərəsəlik qaydasında mülkiyyət hüququmun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QİZİ ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 İSMAYİL OĞLU, Cavabdeh2 İSMAYİL QİZİNA qarşı miras əmlaka vərəsəlik hüququmun tanınması və vərəsəlik qaydasında mülkiyyət hüququmun verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə uyğun olaraq İddiaçı QİZİ ərizəsinin geri qaytarılması barəsində ərizə verdiyindən həmin mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: İddiaçı QİZİNİN ərizəsi təmin edilsin. İddiaçı QİZİNİN cavabdehlər Cavabdeh1 İSMAYİL OĞLU, Cavabdeh2 İSMAYİL QİZİNA qarşı miras əmlaka vərəsəlik hüququmun tanınması və vərəsəlik qaydasında mülkiyyət hüququmun verilməsi barədə ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-726/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-726/2024
27.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver