Məhkəmə qərarları › İş №e-2(023)-848/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-848/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-848/2024 09.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 09 avqust 2024cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kodu **********60351 İPHONE 14 PRO markalı telefon üçün 3216 manat ödənilməmiş hissə, 643 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN LG üçün 1057.91manat ödənilməmiş hissə, 130,09 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kodu **********88648 XİAOMİ REDMİ 12 4 markalı telefon üçün 406.98 manat ödənilməmiş hissə, 52.02 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 4 ədəd FİREMAX FM601 91V üçün 328.26 manat ödənilməmiş hissə, 37.74 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 2 ədəd FANFARO 6714 SN FOR SUBARU 5W-30 4L METAL üçün 20 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 5 ədəd ENEOS TURBO DİESEL 5W-30 4L üçün 303.45 manat ödənilməmiş hissə, 69.55 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 2 ədəd HUAWEİ BAND 7 NEBULA PİNK üçün 106.44 manat ödənilməmiş hissə, 31.56 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İmei kodu **********17167 NOKİA 105 DUAL markalı telefon, İmei kodu **********66925 SAMSUNG GALAXY A04E markalı telefon üçün 274.33 manat ödənilməmiş hissə, 46.67 manat dəbbə pulu,xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən TOZSORAN GORENJE, NEVRESİM TAKİMİ - TEKSTİL - SV - NANTES FANCY POPLİN NT K CK 2Y, VARYANT3, PİKE TAKİMİ - TEKSTİL - SV - BAZAAR URSULA PİKE TAKİMİ CK K, .BEJ, YENİ XARİ BÜLBÜL 1.50X2.30 (KOD 4405B) CREAM CREAM üçün 231 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, ümumilikdə 7031 manat borc və 90.31 manat ödənilmiş dövlət rüsumu alınaraq “ABC TELECOM'' Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "ABC TELECOM” MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixlərdəki müqavilələrə əsasən, İmei kodu **********60351 İPHONE 14 PRO markalı telefon, PALTARYUYAN LG, İmei kodu **********88648 XİAOMİ REDMİ 12 4 markalı telefon, 4 ədəd FİREMAX FM601 91V, 2 ədəd FANFARO 6714 SN FOR SUBARU 5W-30 4L META L, 5 ədəd ENEOS TURBO DİESEL 5W-30 4L, 2 ədəd HUAWEİ BAND 7 NEBULA PİNK, İmei kodu **********17167 NOKİA 105 DUAL markalı telefon, İmei kodu **********66925 SAMSUNG GALAXY AÖ4E markalı telefon, TOZSORAN GORENJE, NEVRESİM TAKİMİ - TEKSTİL - SV - NANTES FANCY POPLİN NT K CK 2Y, VARYANT3, PİKE TAKİMİ - TEKSTİL - SV - BAZAAR URSULA PİKE TAKİMİ CK K, BEJ, YENİ XARİ BÜLBÜL 1.50X2.30 (KOD 4405B) CREAM CREAM almış və nəticədə 7031 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3220 manat olan (12ay x 268 manat + 4 manat ilkin ödəniş) İmei kodu **********60351 İPHONE 14 PRO markalı telefon üçün 3859 manat olmaqla ondan, 3216 manat ödənilməmiş hissə, 643 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1120.14 manat olan (18 ay x 62.23 manat - 0 manat ilkin ödəniş) PALTARYUYAN LG üçün İ188 manat olmaqla ondan 1057.91manat ödənilməmiş hissə, 130,09 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 457.92 manat olan (18 ay x 25.44 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********88648 XİAOMİ REDMİ 12 4 markalı telefon üçün 459 manat olmaqla ondan 406.98 manat ödənilməmiş hissə, 52.02 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 439.68 manat olan (24 ay x 18.32 manat + 0 manat ilkin ödəniş) 4 ədəd FİREMAX FM601 91V üçün 366 manat olmaqla ondan 328.26 manat ödənilməmiş hissə, 37.74 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 120 manat olan (6 ay x 20 manat + 0 manat ilkin ödəniş), 2 ədəd FANFARO 6714 SN FOR SUBARU 5W-30 4L METAL üçün 26 manat olmaqla ondan 20 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 405 manat olan (12 ay x 33. 75 manat + 0 manat ilkin ödəniş) 5 ədəd ENEOS TURBO DİESEL 5W-30 4L üçün 373 (üç yüz yetmiş üç) manat olmaqla ondan 303.45 manat ödənilməmiş hissə, 69.55 manat pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 322.08 manat olan (12 ay x 26.84 manat + 0 manat ilkin ödəniş), 2 ədəd HUAWEİ BAND 7 NEBULA PİNK üçün 138 manat olmaqla ondan 106.44 manat ödənilməmiş hissə, 31.56 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 412.02 manat olan (18 ay x 22.89 manat + 0 manat ilkin ödəniş), İmei kodu **********17167 NOKİA 105 DUAL markalı telefon, İmei kodu **********66925 SAMSUNG GALAXY A04E markalı telefon üçün 321 manat olmaqla ondan 274.33 manat ödənilməmiş hissə, 46.67 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 706.14 manat olan (18 ay x 39.23 manat + 0 manat ilkin ödəniş), TOZSORAN GORENJE, NEVRESİM TAKİMİ - TEKSTİL - SV - NANTES FANCY POPLİN NT K CK 2Y, VARYANT3, PİKE TAKİMİ - TEKSTİL - SV - BAZA AR URSULA PİKE TAKİMİ CK K, .BEJ , YENİ XARİ BÜLBÜL 1.50X2.30 (KOİ) 4405B) CREAM CREAM üçün 301 manat olmaqla ondan 231 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1668.19 manat təşkil edir. Cavabdehlə bağlanmış xx.xx.2023-c il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2022-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "ABC TELECOM” MMC məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiklərini, işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03665325 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 3220 manat olan məhsulu (İmei kodu **********60351 İPHONE 14 PRO markalı telefon) 4 manat ilkin ödəniş edərək, aylıq ödəniş 268 manat olmaqla 12 ay müddətinə ödəmək şərtilə almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02056771 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 1120,09 manat olan məhsulu (PALTARYUYAN LG) ilkin ödəniş etmədən, aylıq ödəniş 62,23 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 09622698 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 457,92 manat olan məhsulu (İmei kodu **********88648 XİAOMİ REDMİ 12 4 markalı telefon) ilkin ödəniş etmədən aylıq ödəniş 25,44 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 09392577 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 439,68 manat olan məhsulları (4 ədəd FİREMAX FM601 91V) ilkin ödəniş etmədən, aylıq ödəniş 18,32 manat olmaqla 24 ay müddətinə ödəmək şərtilə almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 09543311 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 120 manat olan məhsulları (2 ədəd FANFARO 6714 SN FOR SUBARU 5W-30 4L METAL) ilkin ödəniş etmədən, aylıq ödəniş 20 manat olmaqla 06 ay müddətinə ödəmək şərtilə almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 09622505 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 405 manat olan məhsulları (5 ədəd ENEOS TURBO DİESEL 5W-30 4L) ilkin ödəniş etmədən, aylıq ödəniş 33,75 manat olmaqla 12 ay müddətinə ödəmək şərtilə almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 04023282 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 322,06 manat olan məhsulları (2 ədəd HUAWEİ BAND 7 NEBULA PİNK) ilkin ödəniş etmədən, aylıq ödəniş 26,84 manat olmaqla 12 ay müddətinə ödəmək şərtilə almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03494464 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 412,02 manat olan məhsulları (İmei kodu **********17167 NOKİA 105 DUAL markalı telefon, İmei kodu **********66925 SAMSUNG GALAXY A04E markalı telefon) ilkin ödəniş etmədən, aylıq ödəniş 22,89 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10732838 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 706,18 manat olan məhsulları (TOZSORAN GORENJE, NEVRESİM TAKİMİ - TEKSTİL - SV - NANTES FANCY POPLİN NT K CK 2Y, VARYANT3, PİKE TAKİMİ - TEKSTİL - SV - BAZAAR URSULA PİKE TAKİMİ CK K, .BEJ, YENİ XARİ BÜLBÜL 1.50X2.30 (KOD 4405B) CREAM CREAM) ilkin ödəniş etmədən, aylıq ödəniş 39,23 manat olmaqla 18 ay müddətinə ödəmək şərtilə almışdır. Tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində cərimə (penya) ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03665325 nömrəli, xx.xx.2023-cü il tarixli 02056771 nömrəli, xx.xx.2023-cü il tarixli 09622698 nömrəli, xx.xx.2023-cü il tarixli 09392577 nömrəli, xx.xx.2023-cü il tarixli 09543311 nömrəli, xx.xx.2023-cü il tarixli 09622505 nömrəli, xx.xx.2023-cü il tarixli 04023282 nömrəli, xx.xx.2023-cü il tarixli 03494464 nömrəli və xx.xx.2022-ci il tarixli 10732838 nömrəli müqavilələr üzrə cavabdeh cəmi 1668,19 manat ödəniş etmiş, onun hal-hazırda 7031 manat (5944,37 manat əsas borc və 1086,63 manat cərimə) ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyaların nisyə alqı-satqısı barədə müqavilələr bağlanmışdır. İddiaçı (satıcı) müqavilələr üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyaları cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh (alıcı) isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyaların dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa, iddiaçı müqavilələrə isnad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2023-cü il tarixli 03665325 nömrəli müqavilə üzrə 643 manat, xx.xx.2023-cü il tarixli 02056771 nömrəli müqavilə üzrə 130,09 manat, xx.xx.2023-cü il tarixli 09622698 nömrəli müqavilə üzrə 52.02 manat, xx.xx.2023-cü il tarixli 09392577 nömrəli müqavilə üzrə 37.74 manat, xx.xx.2023-cü il tarixli 09543311 nömrəli müqavilə üzrə 6 manat, xx.xx.2023-cü il tarixli 09622505 nömrəli müqavilə üzrə 69.55 manat, xx.xx.2023-cü il tarixli 04023282 nömrəli müqavilə üzrə 31.56 manat, xx.xx.2023-cü il tarixli 03494464 nömrəli müqavilə üzrə 46.67 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli 10732838 nömrəli müqavilə üzrə 70 manat cərimə tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və dəbbə pulunun xx.xx.2023-cü il tarixli 03665325 nömrəli müqavilə üzrə 100 manat, xx.xx.2023-cü il tarixli 02056771 nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2023-cü il tarixli 09622698 nömrəli müqavilə üzrə 20 manat, xx.xx.2023-cü il tarixli 09392577 nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2023-cü il tarixli 09543311 nömrəli müqavilə üzrə 6 manat, xx.xx.2023-cü il tarixli 09622505 nömrəli müqavilə üzrə 10 manat, xx.xx.2023-cü il tarixli 04023282 nömrəli müqavilə üzrə 5 manat, xx.xx.2023-cü il tarixli 03494464 nömrəli müqavilə üzrə 10 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli 10732838 nömrəli müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə yaranmış 5944,37 manat ödənilməmiş borc və 181 manat cərimə olmaqla, cəmi 6125,37 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 90.31 manat dövlət rüsumunun 81,25 manatı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********60351 İPHONE 14 PRO markalı telefon üçün 3216 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən PALTARYUYAN LG üçün 1057.91 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********88648 XİAOMİ REDMİ 12 4 markalı telefon üçün 406.98 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 4 ədəd FİREMAX FM601 91V üçün 328.26 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 2 ədəd FANFARO 6714 SN FOR SUBARU 5W-30 4L METAL üçün 20 manat ödənilməmiş hissə, 6 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 5 ədəd ENEOS TURBO DİESEL 5W-30 4L üçün 303.45 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2 ədəd HUAWEİ BAND 7 NEBULA PİNK üçün 106.44 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********17167 NOKİA 105 DUAL markalı telefon, İmei kodu **********66925 SAMSUNG GALAXY A04E markalı telefon üçün 274.33 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu,xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən TOZSORAN GORENJE, NEVRESİM TAKİMİ - TEKSTİL - SV - NANTES FANCY POPLİN NT K CK 2Y, VARYANT3, PİKE TAKİMİ - TEKSTİL - SV - BAZAAR URSULA PİKE TAKİMİ CK K, .BEJ, YENİ XARİ BÜLBÜL 1.50X2.30 (KOD 4405B) CREAM CREAM üçün 231 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, cəmi 5944,37 manat ödənilməmiş borc və 181 manat cərimə olmaqla, ümumilikdə 6125,37 (altı min yüz iyirmi beş manat otuz yeddi qəpik) manat pul və 81,25 (səksən bir manat iyirmi beş qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar