Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-9/2025 03.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə 03 iyul 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən M-2 indeksli respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan ümumilikdə 75 kv.m yarımçıq tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan ümumilikdə 75 kv.m ərazidə qanunsuz olaraq tikinti işləri aparmaqdadır. Xidmətin əməkdaşları tərəfindən bu halın aradan qaldırılması və avtomobil yolunun mühafizə zolağının ilkin vəziyyətə gətirilməsi üçün vətəndaş Cavabdeh 30 oktyabr 2023-cü il tarixli, 04/S nömrəli xəbərdarlıq edilməsinə baxmayaraq bu günə qədər heç bir tədbir görməmiş və zəbt etdiyi ərazini öz istifadəsində saxlamaqla qanunsuz tikinti işlərini davam etdirmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə göndərdiyi ərizədə iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlını dinləyərək, iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı-Ələt-Qazax G.r.d.s avtomobil yolunun 475-ci km+300 metrdə yolun sağ tərəfində hərəkət hissəsinin mərkəzindən bir tərəfi 11 metr, o biri tərəfi 12 metr məsafədə 15x5 metr ölçüdə qeyri-standart mişar daşından qanunsuz tikili aşkar olunmuşdur. Qanunsuz tikilinin Qazax rayon Hüseynbəyli kənd sakini Cavabdeh tərəfindən aparıldığı məlum olmuşdur və ona tikilinin qanunsuz aparılması izah olunaraq dərhal dayandırılması tələbi qoyulmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04/3 saylı, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Respublika əhəmiyyətli avtomobil yolunun 475 km-də qanunsuz inşasına başlanmış yarımçıq tikilinin 30 gün müddətində öz vəsaiti hesabına sökülməsi, əks halda qanunamüvafiq tədbirlər görüləcəyi barədə cavabdeh məlumatlandırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh inşa etdiyi 75 kv.m tikilinin yerləşdiyi sahəsinin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürüldü. iddia edilən torpaq sahəsinin üzərində yerləşən tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metrdir və yolun mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2005-ci il tarixli 1 nömrəli qərarına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/10191 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-37/2- 8704/2024 saylı mütəxəssis rəyində göstərilmişdir ki, Cavabdeh inşa etdiyi 75 kv.m tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatları GPS ölçü aləti vasitəsi ilə götürülmüşdür. İddia edilən torpaq sahəsinin üzərində yerləşən tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metrdir və yolun mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2005-ci il tarixli 1 nömrəli qərafına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh inşa etdiyi 75 kv.m yarımçıq tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metrdir və yolun mühafizə zolağında yerləşir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 yanvar 2005-ci il tarixli 1 nömrəli qərarına əsasən Qazax şəhərindən keçən avtomobil yolu Respublika əhəmiyyətli yol hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı 28 fevral 2004-cü il “Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında qərarın 1-ci bəndinə” əsasən, Azərbaycan SSR Nazirlər sovetinin “Azərbaycan SSR ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması qaydalarının təsdiq etmək haqqında” 1989-cu il 17 Noyabr tarixli 461 saylı qərarına müvafiq olaraq Respublika əhəmiyyətli avtomobil yollarında yolun orta oxundan 60 metr, yerli əhəmiyyətli avtomobil yollarında 25 metr ərazidə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla aparılan mühəndis qurğuları istisna olmaqla bütün tikinti işlərinin dərhal dayandırılması müəyyən olunub. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli 298 nömrəli Qərarı ilə Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu 13-cü maddəsinin tələblərinə əsasən Avtomobil yollarının torpaq sahəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada avtomobil yollarının əlverişli yerləşdirilməsi, tikintisi, inkişafı, saxlanılması, təmiri və istifadəsi üçün zəruri torpaq sahəsi ayrılır. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli tikilidən yolun hərəkət hissəsinin mərkəzinə qədər ən yaxın məsafə 12.0 metr olduğundan və həmin tikili yolun mühafizə zolağında yerləşdiyindən, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yarımçıq tikili cavabdeh tərəfindən hər hansı qanuni əsas olmadan və respublika əhəmiyyətli Bakı- Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə tikildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən M-2 indeksli respublika əhəmiyyətli Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan ümumilikdə 75 kv.m yarımçıq tikili cavabdehin vəsaiti hesabına sökülməli və avtomobil yolunun mühafizə zolağı ilkin vəziyyətə gətirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 25 manatı Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC-dən, 75 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. q ə t e t d i: İddia təmin edilsin. M-2 indeksli Respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 475+300 km hissəsində yolun sağ tərəfində avtomobil yolunun qorunma (mühafizə) zolağında hərəkət hissəsinin mərkəzindən 12 metr məsafədə uzunluğu 15 metr, eni 5 metr olan ümumilikdə 75 kv.m yarımçıq tikili Cavabdeh vəsaiti hesabına sökülsün və avtomobil yolunun mühafizə zolağı ilkin vəziyyətə gətirilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin 25 manatı Azərbaycan Avtomobil X2 “X1 Xidməti” MMC-dən, 75 manatı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-9/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-9/2025
03.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver