Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-108/2025 09.01.2025 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh 25 mart 2019-cu il tarixli, HAK473493 saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 18 oktyabr 2019-cu il tarixli, HAK474874 saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 23 yanvar 2020-ci il tarixli, HAK5716631 saylı borc müqaviləsinə əsasən 315 (üç yüz on beş) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 939 (doqquz yüz otuz doqquz) məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılsını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 25 mart 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-dən 24 ay olmaqla, dəyəri 675 manat olan məişət avadanlığı almış və nəticədə 297 manat, 18 oktyabr 2019cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 18 ay olmaqla, dəyəri 486 manat olan məişət avadanlığı almış və nəticədə 297 manat və 23 yanvar 2020-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən 12 ay olmaqla, dəyəri 420 manat olan məişət avadanlığı almış və nəticədə 315 manat məbləğində borcu qalmışdır. Belə ki, cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Odur ki, cavabdehdən 25 mart 2019-cu il tarixli, HAK473493 saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 18 oktyabr 2019cu il tarixli, HAK474874saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 23 yanvar 2020-ci il tarixli, HAK5716631 saylı borc müqaviləsinə əsasən 315 (üç yüz on beş) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 939 (doqquz yüz otuz doqquz) manat borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 25 mart 2019-cu il tarixli, HAK473493 saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 18 oktyabr 2019-cu il tarixli, HAK474874 saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 23 yanvar 2020-ci il tarixli, HAK5716631 saylı borc müqaviləsinə əsasən 315 (üç yüz on beş) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 939 (doqquz yüz otuz doqquz) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin məhkəmə bildirişinin ona çatdırılması cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamamasına görə mümkün olmamışdır. Məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Qax RİHB-nın Qax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə cavabdehə təqdim edilməsi üçün göndərilmiş, nümayəndəliyin xx.xx.2025-ci il tarixli 2(024)-108/2025 nömrəli məktubunda Cavabdehnun hazırda qeydiyyatda olduğu ünvanda yaşamaması, cavabdehin və ailə üzvlərinin qeydiyyatda olduğu Qax şəhəri, H.Əliyev prospekti, ev 7-də yaşamamasına görə məhkəmə bildirişinin cavabdehə təqdim edilməsi mümkün olmaması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Cavabdeh həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli HAK473493 saylı müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 675 (altı yüz yetmiş beş) manat olan məişət avadanlığını nisyə almışdır. Cavabdeh ilkin olaraq 27 (iyirmi yeddi) manat ödəmiş, qalan 648 (altı yüz qırx səkkiz) manat ödəməli olduğu məbləği isə 27 ay müddətə aylıq 27 (iyirmi yeddi) manat olmaqla, xx.xx.2019-cu il tarixli HAK474874 saylı müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 486 (dörd yüz səksən altı) manat olan məişət avadanlığını nisyə almışdır. Cavabdeh ilkin olaraq 0 (sıfır) manat ödəmiş, qalan 486 (dörd yüz səksən altı) manat ödəməli olduğu məbləği isə 18 ay müddətə aylıq 27 (iyirmi yeddi) manat olmaqla və xx.xx.2020-ci il tarixli HAK5716631 saylı müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 420 (dörd yüz iyirmi) manat olan məişət avadanlığını nisyə almışdır. Cavabdeh ilkin olaraq 0 (sıfır) manat ödəmiş, qalan 420 (dörd yüz iyirmi) manat ödəməli olduğu məbləği isə 12 ay müddətə aylıq 35 (otuz beş) manat olmaqla iddiaçıya hissə-hissə ödəməyi üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçınə xx.xx.2019-cu il tarixli QXK473493 saylı müqavilə üzrə 297 manat, xx.xx.2019cu il tarixli QXK474874 saylı müqavilə üzrə 297 manat və xx.xx.2020-ci il tarixli QXK5716631 saylı müqavilə üzrə 315 manat olmaqla ödənilməmiş borcu vardır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli HAK473493 saylı müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 675 (altı yüz yetmiş beş) manat olan məişət avadanlığını nisyə almışdır. Cavabdeh ilkin olaraq 27 (iyirmi yeddi) manat ödəmiş, qalan 648 (altı yüz qırx səkkiz) manat ödəməli olduğu məbləği isə 27 ay müddətə aylıq 27 (iyirmi yeddi) manat olmaqla, xx.xx.2019-cu il tarixli HAK474874 saylı müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 486 (dörd yüz səksən altı) manat olan məişət avadanlığını nisyə almışdır. Cavabdeh ilkin olaraq 0 (sıfır) manat ödəmiş, qalan 486 (dörd yüz səksən altı) manat ödəməli olduğu məbləği isə 18 ay müddətə aylıq 27 (iyirmi yeddi) manat olmaqla və xx.xx.2020-ci il tarixli HAK5716631 saylı müqavilədən görünür ki, İddiaçındən Cavabdeh alqı-satqı qiyməti 420 (dörd yüz iyirmi) manat olan məişət avadanlığını nisyə almışdır. Cavabdeh ilkin olaraq 0 (sıfır) manat ödəmiş, qalan 420 (dörd yüz iyirmi) manat ödəməli olduğu məbləği isə 12 ay müddətə aylıq 35 (otuz beş) manat olmaqla iddiaçıya ödəməyi üzərinə götürmüş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya müqavilə üzrə müvafiq olaraq 909 (doqquz yüz doqquz) manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub- olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 25 mart 2019-cu il tarixli, HAK473493 saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 18 oktyabr 2019-cu il tarixli, HAK474874saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 23 yanvar 2020-ci il tarixli, HAK5716631 saylı borc müqaviləsinə əsasən 315 (üç yüz on beş) manat əsas borc olmaqla, cəmi 909 (doqquz yüz doqquz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1,284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 25 mart 2019-cu il tarixli, HAK473493 saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 18 oktyabr 2019-cu il tarixli, HAK474874saylı borc müqaviləsinə əsasən 297 (iki yüz doxsan yeddi) manat əsas borc, 23 yanvar 2020-ci il tarixli, HAK5716631 saylı borc müqaviləsinə əsasən 315 (üç yüz on beş) manat əsas borc olmaqla, cəmi 909 (doqquz yüz doqquz) manat məbləğində pul alınıb İddiaçı hesabına ödənilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb, İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Taleh Kərimov
Məhkəmə qərarları › İş №e-2(024)-108/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-108/2025
09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver