Məhkəmə qərarları › İş №e-2(024)-125/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-125/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-125/2024 27.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Qax Rayon Məhkəməsinin hakimi Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə pul tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə, yəni Cavabdeh vəfatından 02 ildən də artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, iddiaçı onun hüquq varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəli sürmüşdür. Eyni zamanda, iddiaçı işin məhkəmə araşdırması dövründə də ölmüş şəxsin hüquq varisləri ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, Cavabdeh vəfatından sonra mübahisəli hüquq münasibətləri hüquq varisliyinə yol versə də, iddiaçı onun hüquq varislərinə qarşı deyil, bilavasitə onun özünə, yəni ölmüş şəxsə qarşı tələb irəli sürdüyündən, habelə, onun vəfatından sonra 2 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçı onun hüquq varisi ilə əvəz edilməsi barədə məhkəməyə hər hansı vəsatət vermədiyindən iddia tələbinin icraatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar