Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-328/2025 29.07.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi ilə, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və Cavabdeh1 oğlunun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2, Üçüncü şəxs Maraqlı şəxs1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 oğluna, üçüncü şəxslər Maraqlı şəxs1 və Qax Rayon Notariat ofisinə qarşı «miras qalmış əmlaklarda tam payın müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 oğluna, üçüncü şəxslər Maraqlı şəxs1 və Qax Rayon Notariat ofisinə qarşı «miras qalmış əmlaklarda tam payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Qax rayonu, Ləkit kəndində yerləşən X5, X8, Maraqlı şəxs1 və İddiaçı reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi ********** olan 0.3686 ha və reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 0.5578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən mərhum atası X3 və mərhum anası X6 paylarına tam hissədə miras payının müəyyən edilməsi və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qax rayonu, Aqrar İslahat Komissiyasının qərarına əsasən X5, X8, Maraqlı şəxs1 və İddiaçı Qax rayonu, Ləkit kəndində 0.3686 ha və 0.5578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Torpaq sahələrinin mülkiyyətçilərindən anası X13 16 sentyabr 2006-cı il tarixdə, atası X11 isə 31 may 2010-cu il tarixdə vəfat etmişlər. Mərhumların vəfatından sonra həmin torpaq sahələri onun tərəfindən idarə edilmiş, əkin biçin işləri aparılmış, torpaq sahəsində yerləşən fındıq məhsulları onun tərəfindən yığılmış və torpaq sahəsinin vergiləri onun tərəfindən ödənilmişdir. Mərhum valideynlərindən miras qalmış torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qax rayon Notariat Ofisinə müraciət etmişdir. Qax rayonu, Notariat Ofisi tərəfindən 12 fevral 2025-ci il tarixdə müraciətinə imtina verilmiş, imtina məktubunda qeyd olunmuşdur ki, mirasın bölüşdürülməsi barədə miras şərikləri arasında ixtilaf olduğu üçün məhkəməyə müraciət etməlidir. Mülki iş üzrə cavabdehlərdən Cavabdeh2 Qax rayonu, Ləkit kəndində yaşasada təsərrüfatı ayrı olmuş, heç vaxt miras qalmış əmlakları idarə etməmiş, təsərrüfat onun tərəfindən idarə edilmişdir. Digər Cavabdeh1 oğlu 1986-cı il tarixdən çıxıb Ukrayna Respublikasına getmiş, Ukrayna Respublikası vətəndaşı olmaqla hal-hazırda orada yaşayır. Maraqlı şəxs1 torpaq sahələrində payı olsa da oda həmçinin heç vaxt təsərrüfatı idarə etməmiş, təsərrüfat onun tərəfindən idarə edilərək mirası faktiki qəbul etmişdir. Miras əmlakları faktiki qəbul etdiyindən miras əmlak üzərində tam hissədə vərəsəlik hüququ tanınmalıdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax rayonu, Ləkit kəndində yerləşən X5, X8, Maraqlı şəxs1 və İddiaçı reyestr nömrəsi **********70, qeydiyyat nömrəsi ********** olan 0.3686 ha və reyestr nömrəsi **********72, qeydiyyat nömrəsi ********** olan 0.5578 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən mərhum atası X3 və mərhum anası X6 paylarına tam hissədə miras payının müəyyən edilməsi və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi odur ki, illərlə baxıb əkibbecərdiyi torpağı qarşı tərəf hər dəfə alacağını deyir. Qarşı tərəf atasının və anasının haqqı olduğunu və ondan pay almalı olduğunu deyir. O da məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsini ona görə yazmışdır. O tək qadındır və başqa dolanacaq mənbəyi yoxdur. Ailəsini, övladını onunla saxlamış, ali təhsil vermiş, ərə vermişdir. Ərə vermişdir deyə, o torpaq əlindən alınmalıdırmı. Pay torpağı var, onu əkir, hər il becərib, özü bacarmasa da kiməsə vermiş, istifadə edib və əldə olunan gəlirə heyvanını saxlamışdır. Cavabdeh icazəsiz olaraq torpaq sahəsinə daxil olub, orada əkin əkmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs İddiaçı mərhum valideyinlərindən miras qalan torpaq sahələrindən onlara düşən hissədə onun payının tam müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmış sübutları məhkəməyə təqdim etmişlər. Sübutlar torpaq sahəsi üzərində vergilərin ödənilməsi ilə bağlı qəbz, eyni zamanda İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şahidlərdir. Şahidlər məhkəmə iclasında verdikləri ifadələrində bildirimşlər ki, həmin torpaq sahələri İddiaçı istifadəsində olmuş, İddiaçı miras əmlakı qəbul etmiş, torpaq sahələri 2012-ci ildən valideyinləri vəfat etdikdən sonra faktiki istifadəsində olmuşdur. Bundan sonra mülki iş üzrə dindirilən digər şahidlər də bildirdi ki, Cavabdeh2 onların ünvanına gələrək məhkəməyə getməmələri ilə bağlı təziqlər etmiş, bundan əlavə digər şahidlərə təziqlər edərək məhkəmə iclasında gəlməməsi barəıdə təziqlər etmişdir. Bu onu deməyə əsas verir ki, Cavabdeh2 miras əmlakı qəbul etməmişdir. Həmin əmlak tam şəkildə İddiaçı tərəfindən qəbul olunmuşdur. Bunun üçün də şahidlərə təziq göstərmək mövqeyi olmuşdur. Bundan əlavə hazırkı mülki işdə dindirlmiş şahidlərdən Şahid4 ifadəsindən aydın olur ki, son üç dörd ildə həmin torpaq sahəsi Azərin istifadəsində olmuşdur. Atası vəfat etdikdən sonra torpaq sahəsinə Kəmalə baxmışdır. Digər şahidin də ifadəsində qeyd olunur ki, torpaq sahəsi İddiaçı yox, Cavabdeh2 istifadəsində olmuş, oradan ot presi yığılmış, ot presi də Cavabdeh2 göndərilmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclasında verdiyi izahatlarında bildirmişdir ki, torpaq sahəsindən özü də, Kəmalə də istifadə etmiş, Azər də müəyyən müddət istifadə etmişdir. Lakin hesab edir ki, hazırkı mülki iş üzrə sübutlar kifayət qədər məhkəmə iclasında təqdim olunmuşdur. Lakin cavabdeh etirazını bildirdiyi halda, etirazını əsaslandıran hallarda sübut etmə yükü onun üzərinə düşür. Cavabdeh də qeyd etdiyi əsasları sübut edə bilməmişdir. vəsatətdə qeyd edilən şahidlərlə bağlı məhkəmənin diqqətinə çatdırır ki, həmin şahidlərin hazırlıq iclasında dindirilməsi təmin olunmamışdır. Bununla bağlı vəsatət təqdim etmişdir ki, cavabdehin məhkəmə baxışı iclasında şahidlərin dindirilməsi ilə bağlı verdiyi vəsatət əsassızdır. MPMnin 8.1-ci maddəsinə əsasən sübutlar məhkəmə baxışına hazırlanması yekunlaşana qədər təqdim edilməlidir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Lakin məhkəmə tərəfindən vəsatət təmin olunmuşdur. Qeyd olunan şahidlər dindirilən zaman müəyyən olunmuşdur ki, ifadələrdə ziddiyyətlər vardır. Onların ifadələrinə məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. İfadələr ziddiyyət təşkil etdiyi üçün hesab edilməlidir ki, cavabdeh tərəfindən öyrədilmiş şahidlədir. Hesab edirlər ki, hal-hazırda təqdim etdiyi sübutlarla müəyyən olunur ki, İddiaçı tərəfindən miras əmlak qəbul olunmuşdur. Onun valideyinlərindən miras qalmış əmlak üzərində tam hissədə vərəsəlik hüququ təmin edilməldiir. Eyni zamanda ödədiyi xidmət haqqı, hüquqi yardım üçün ödənilmiş 320 manat və dövlət rüsumu olaraq ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahat verərək göstərdi ki, işi məhkəməyə o verməmişdir, iddiaçı özü vermişdir. Bu vaxta qədər iddiaçı özü istifadə etmişdir. O övlad olaraq ata və anadan miras qalan əmlakdan özünə düşən payı götürmək istəyir. Qardaşı da ona vəkalət vermişdir ki, miras payı götürsün. Onu da əlavə etmək istəyir ki, o arıdan qayıtdıqdan sonra onların hamısı bacısına kömək etmişlər. Rəhmətlik atası onlardan soruşub evi bacısına vermişdir. Onlar da bacısı tək qalmasın sınıxmasın deyə evləri vermişlər. Atası demişdir ki, onun evi var, qardaşının evi var, bacısı isə təkdir. Evləri bacısına verməyə razılıq vermişlər. İndi də iddiaçı deyir münasibət olmamışdır. Atadan qalan evdə, digər əmlaklarda gözü yoxdur, lakin torpaq sahəsindən özünə düşən payı götürəcəkdir. O payından imtina etir. Qardaşı da ona etibarnamə vermişdir. İddiaçının təqdim etdiyi şahidlər də, bacısı Kəmalənin keçmiş qonşularıdır. Onlar hərəsi bir yerdə ərdədirlər. Ata anası ölənə qədər orada yaşamış və ərə gedib başqa yerdə yaşayırlar. Digər şahid isə təsərrüfat nədir bilmir. O miras əmlakdan öz haqqını tələb edir. Bu saat Kəmalə həmin torpaq sahəsini və evi də satmaq istəyir və müştəri axtarır. O, imkan verə bilməz ki, onun yeri satılsın. İstifadə edirsə etsin. Kəmalə evi torpağı satıb Bakı şəhərinə getmək istəyir. Onun pulunu əlindən alacaqlar və üç dörd ildən qayıdıb gələcək. X12 iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Cavabdeh2 özü deyir k, o vaxtı atası onu çağırdı və evi bacısına verməsini dediyini, bacısının tək olduğunu tək dolandığını demişdir. İddiaçı bunu öz ağzı ilə deyir. Atası məsləhət etdi bacıya verdilər. Bacı heç bir yerdə işləmir, heç bir yerdə təsərrüfatı yoxdur. İndi torpağı veribsə bacısının bu ahıl yaşında təzədən nə üçün alır. O, öz payını bacısına bağışlayır. Çünki orada illərin əməyi, zəhməti vardır. 40 ilin zəhmətini necə alıb kiminsə əlinə versinlər. Əgər miras əmlakdan qardaşı Xalidə pay veriləcəksə o da öz payını tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Kəmalə xanımın torpaq payını 2012-ci ildən bəri şifahi olaraq icarəyə götürmüşdür. Həmin vaxtdan etibarən torpaq sahəsini əkib-becərir, icarəçisidir. İcarə haqqını ödəyir. Torpaq vergisini özü verir. Aralarında rəsmi qaydada heç bir razılaşma olmayıb. Bütün kənddə olduğu kimi şifahi formada razılaşmışlar. İddiaçının qardaşı Xalidi tanıyır. Qonşu torpaq sahəsində özünün torpaq payı var. Dövlət tərəfindən verilib. Təxmini 17-20 metr olmaqla sağ tərəfdədir və əkin-biçin var. İddiaçı torpaq sahəsini 2012-ci ildən keçən ilə qədər istifadə etmişdir. Keçən il Kəmalə xanım vəziyyətlə əlaqədar olaraq torpaq sahəsini satdığını bildirmişdir. O müqavilənin vaxtı bitmədyini bildirdikdə torpaq sahəsini alan adam pulu verdikdən sonra danışmalarını, yerdə qalan müqavilənin ödənişini bağlamağı təklif etmişdir. Ona həmin torpaq sahəsi təklif olunmuşdu. Lakin digər alan adam torpağı onların verdiy ödənişdən daha yuxarı qiymətə satırdı. Buna görə də Kəmalə xanım torpağı həmin alan adama satırdı. Sonra necə oldusa onlar pozuluşdular. O, 2012, 2013 və 2014-cü illərdə, yəni 3 il ot presi, 2-3 meşok qarğıdalı, buğda vermişdir. Daha sonra Kəmalənin arıları qırılmış, ona müqaviləni arıya çevirməsini təklif etmişdir. Birinci ili o Kəmalənin həyətinə həyətinə 10 dənə arı aparıb qoymuşdur. Ondan sonra torpağı əkib-becərməyə başlamışdır. Yəni 2012, 2013 və 2014-cü ilə qədər ot vermişdir. Daha sonra isə arı vermişdir. Torpağı Kəmalə xanımdan razılaşaraq götürmüşdür. Cavabdeh2 özünə və ailə üzvlərinə verilmiş torpaq sahəsi 20 metr yuxarıdadır. O, torpaq sahəsində olan kötüyü çıxartmaq üçün ekskavator gətirmişdi. Torpağın əkildiyini görmüş, soruşduqda Xalidin əkdiyini demişlər. Daha sonra oraya yonca səpmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Kəmalə xanımla 22 illik qonşudurlar. Bağda da həmişə onu görmüşdür. Torpaq sahəsində Cavabdeh2 istifadə etdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Kəmalə də Yusif də onun qonşularıdır. Heç vaxt istəməz ki, onlar arasında mübahisə olsun, rəqabət getsin. İllərdir görmüşdür ki, torpaq sahəsinə Kəmalə xanım xidmət etmişdir. Həmin müddət ərzində Xalidin bağa baxmağa gəldiyini görməmişlər. Xalid bacı qardaş arasında olan məsələni özlərinin həll edəcəklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki, Xalidnən çoxdan bir yerdə işləmişdir. O, traktorist işləmişdir. Bunların özünün də torpağı var, atasıgilin torpağı da var. Ona ək deyəndə əkmiş. səp deyəndə səpmişdir. O onların traktoristi olmuşdur. Üç dörd il əırzində həmin torpaq sahəsini Xalidin bacısı istifadə etmişdir. Ancaq əvvəl atasının sağlığında ot çalmağa pres bağlamağa, əkmək lazım olamnda o əkmişdir. Ancaq sonra nə hadisə baş verib, nə olub nə olmayıb, deyə bilməz. Ancaq üç dörd il ərzində Azər adlı şəxsə icarəyə verib yonca əkmişdir. İndi bu il ərzində qarğıdalı əkmişdir. Xalidin özünün də torpağı olmuşdur, ona baxmışdır bu torpağa da. Kəmalə heç vaxt oraya gəlməmiş, həmişə kiməsə deyib iş gördürmüşdür. Kəmalə ona heç vaxt heç nə deməmişdir. Azər adlı şəxs yonca əkmişdir, o pres bağlamağa gedəndə Azər özünə pres düzəltdirirdi. Aldığı məlumata görə deyirdi ki, o Kəmalədən icarəyə götürürdü. Kəmalə heç vaxt ona iş gördürməmişdir. Həmişə kiməsə icarəyə vermişdir. Azər orada 2012-2013-cü illərdə yonca əkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, onlara iş gördürəndə Xalid iş gördürmüşdür. Zəng edib demişdir ki, filan yerdə atasının yeri vardır. Onlar da traktorla iş görmüşlər. Nə deyiblər o işi görmüşlər. Üç-dörd ildir ki, onlar iş görmürlər. Azər adlı şəxs oranı icarəyə götürmüşdür. Atasının sağlığında da onlar ot gətirmişlər, buğda da əkmişdir. Ondan sonra oğlu istifadə etmişdir, son vaxtlar Azər adlı şəxsdə olmuşdur. Torpaq sahəsindən Xalid istifadə edirdi. Orada Yonca, qarğıdalı, buğda əkmişlər. Sahədə taxıl da, yonca da əkimişdir, son vaxtlar taxıl əkilməyib, kombayna görə çətin olurdu, uzaq olurdu. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Qax Rayon Notariat ofisinin notariusu məhkəməyə gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qax rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 134 №li, 12 fevral 2025-ci il tarixli məktubdan görünür ki, mərhum anası X4 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın şərikləri arasında ixtilaf olması göstərilmişdir. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 135 №li, 12 fevral 2025-ci il tarixli məktubdan görünür ki, mərhum atası X2 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın şərikləri arasında ixtilaf olması göstərilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********72 reyestr №li, 19 dekabr 2022-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha torpaq sahəsi İddiaçı, Maraqlı şəxs1, X11 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********70 reyestr №li, 03 iyul 2024-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Qax rayonu, Ləkit kəndində yerləşən 0.3686 ha torpaq sahəsi İddiaçı, Maraqlı şəxs1, X11 və X6 ümumibirgə mülkiyyətinə verilmişdir. Ölüm haqqında AZ-İ 419290 №li şəhadətnamənin surətindən görünür ki, X11 31 may 2010-cu ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 02 iyun 2010-cu il tarixdə 15 № ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ 192081 №li şəhadətnamənin surətindən görünür ki, X13 16 sentyabr 2006-cı ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 17 sentyabr 2006cı il tarixdə 13 № ilə qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X11, anası isə X9r Qax RİHB-in Ləkit kənd İƏDÜN-in verdiyi 196 №li, 25 iyun 2024-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.2010-cu ildə ölmüşdür. Mərhumun aşağıdakı vərəsələri vardır: oğulları Cavabdeh2, Cavabdeh1 oğlu, qızları İddiaçı və Maraqlı şəxs1dır. Qax RİHB-in Ləkit kənd İƏDÜN-in verdiyi 197 №li, 25 iyun 2024-cü il tarixli arayışdan görünür ki, X13 xx.xx.2006-cı ildə ölmüşdür. Mərhumun aşağıdakı vərəsələri vardır: oğulları Cavabdeh2, Cavabdeh1 oğlu, qızları İddiaçı və Maraqlı şəxs1dır. Qax RİHB-in Ləkit kənd İƏDÜN-in verdiyi 198 №li, 25 iyun 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Qax rayonu Ləkit kəndində qeydiyyatdadır və yaşadığı təsərrüfatda özündən başqa heç kəs qeydiyyatda yoxdur. Ləkit Bələdiyyəsinin verdiyi Arayışdan görünür ki, İddiaçı Qax rayonu ləkit kəndi ərazisində yerləşən valideyinlərinə məxsus torpaq sahələrini idarə etmiş, torpaq sahələrinin vergilərini ödəmişdir. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyan X13 16 sentyabr 2006-cı il tarixdə, X11 isə 31 may 2010-cu il tarixdə vəfat etdiklərinə görə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçı tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarından, cavabdehin məhkəmədə iştirak edən digər vərəsənin izahatlarından görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Onlar miras əmlaklardan iddiaçıya qanunla düşən payın verilməsinə etiraz etmir, payın tam olaraq iddiaçıya verilməsinə etiraz edirlər. Eyni zamanda digər vərəsələr miras əmlakdan özlərinin də payının olduğunu qeyd edirlər. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı torpaq sahələrindən istifadə etməklə, vergiləri ödəməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Bu şahid ifadələri ilə də müəyyən olunur. Eyni zamanda şahid ifadələri ilə Cavabdeh2 da həmin torpaq sahəsini istifadə etdiyi müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, vərəsələrdən Cavabdeh1 oğlu, İddiaçı və Maraqlı şəxs1 Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha və 0.3686 ha torpaq ha pay torpaq sahələri üzərində ümumbirgə payları vardır və onlar miras əmlakı faktiki qəbul etmiş hesab olunurlar. Sadalanan hallarda iddia tələbində qeyd olunan miras əmlaklar üzərində iddiaçının payının tam müəyyən edilməsi mümkün deyildir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünə məxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********72 reyestr №li, 19 dekabr 2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissəsi və X3 payına düşən ¼ hissəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********70 reyestr №li, 03 iyul 2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.3686 ha torpaq sahəsinin X10 payına düşən ¼ hissəsi və X3 payına düşən ¼ hissəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. X1 və X6 oğulları Cavabdeh2, Cavabdeh1 oğlu, qızları İddiaçı və Maraqlı şəxs1 ibarət vərəsələri vardır. Vərəsələrin saylarının dörd nəfərdən ibarət olması nəzərə alınarsa, iddiaçının payı mərhumların hər birindən mitras qalmış ¼ hissənin ¼ hissəsindən ibarətdir. Məhkəmə iddia tələbinə müansibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, «mirasdan imtina» anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Lakin mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyrimüəyyən olduğundan, bu qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır. Beləliklə, miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici sanki vərəsənin mirasdan imtina etdiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin tətbiq edilməsini nəzərdə tutmuşdur. Halbuki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Konstitusiya icraatı qaydasında işə baxılarkən daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəylərində də istisnasız olaraq eyni yanaşma ifadə edilərək Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə zidd olduğu bildirilmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, əgər vərəsə miras açıldıqdan 3 ay ərzində mirasdan imtina etməmişdirsə o mirası qəbul etmiş sayılır və imtina etmək hüququnu itirib. Beləliklə digər vərəsələr Cavabdeh1 Xalid oğlu və Maraqlı şəxs1 Xalid qızı bu statusdan imtina etmək qərarına gəlmişdirlərsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməli idilər. Əgər imtina etmişdirlərsə iddiaçı tərəfindən imtina ilə bağlı sübut məhkəməyə təqdim olunmalı idi. Miras qoyan X13 16 sentyabr 2006-cı il tarixdə, atası X11 isə 31 may 2010-cu il tarixdə vəfat etmişlər və həmin vaxtdan vərəsələrin mirasdan imtina edilməsi üçün nəzərdə tutulan 3 aydan artıq müddət ötmüşdür. Beləliklə Cavabdeh1 və Maraqlı şəxs1 da miras əmlakları qəbul etmiş sayılır və həmin əmlaklara qəbul olunduqdan sonra Cavabdeh1 və Zümrayə Yusifova tərəfindən mirasdan imtina edilməsi niyyətləri varsa bu yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********72 reyestr №li, 19 dekabr 2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha torpaq sahəsinin X6 payına düşən ¼ hissəsi üzərində ¼ hissə və X7 payına düşən ¼ hissəsi üzərində ¼ hissə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********70 reyestr №li, 03 iyul 2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.3686 ha torpaq sahəsinin X6 payına düşən ¼ hissəsi üzərində ¼ hissə və X3 payına düşən ¼ hissəsi üzərində ¼ hissə payı müəyyən edilməlidir. Tətbiq edilən hüquq. Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********72 reyestr №li, 19 dekabr 2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.5578 ha torpaq sahəsinin X6 payına düşən ¼ hissəsi üzərində ¼ hissə və X3 payına düşən ¼ hissəsi üzərində ¼ hissə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********70 reyestr №li, 03 iyul 2024-cü il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu, Ləkit kəndində yerləşən 0.3686 ha torpaq sahəsinin X6 payına düşən ¼ hissəsi üzərində ¼ hissə və X3 payına düşən ¼ hissəsi üzərində ¼ hissə payı müəyyən edilsin. İddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və hüquqi xidmət üçün vəkilə ödənilmiş 300 manat xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №e-2(024)-328/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-328/2025
29.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver