Məhkəmə qərarları › İş №e-2(024)-359/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-359/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-359/2024 20.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – MMC) Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 474.5 (dörd yüz yetmiş dörd manat əlli qəpik) manat məbləğində əsas borc, 71.1 (yetmiş bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 545.6 (beş yüz qırx beş manat altmış qəpik) manat borcun və xx.xx.2023-cü il tarixli № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 275.9 (iki yüz yetmiş beş manat doxsan qəpik) manat məbləğində əsas borc, 41.3 (qırx bir manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 317.2 (üç yüz on yeddi manat iyirmi qəpik) manat, umumilikdə iki müqaviləsi üzrə 750.4 (yeddi yüz əlli manat qırz qəpik) manat əsas borc, 112.4( yüz on iki manat qırx qəpik) manat cərimə 862.8 (səkkiz yüz altmış iki manat səksən qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Honor” markalı mobil telefon və iki ədəd aksesuara 18 ay ödəniş cədvəli üzrə hər ay 30 (otuz) manat olmaqla cəmi, 545.6 (beş yüz qırx beş manat altmış qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 30 (otuz) manat, ödəniş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 413 (dörd yüz on üç) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i təşkilat tərəfindən güzəşt edilmişdir. Həmçinin, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “TAUBE TB32BK Smart televizora 18 ay ödəniş cədvəli üzrə hər ay 23 (iyirmi üç) manat olmaqla cəmi, 317.2 (üç yüz on yeddi manat iyirmi qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 23 (iyirmi üç) manat, ödəniş etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 317.2 (üç yüz on yeddi manat iyirmi qəpik) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i təşkilat tərəfindən güzəşt edilmişdir. Beləliklə, cavabdehin xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 474.5 (dörd yüz yetmiş dörd manat əlli qəpik) manat məbləğində əsas borc, 71.1 (yetmiş bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 545.6 (beş yüz qırx beş manat altmış qəpik) manat borcun və xx.xx.2023-cü il tarixli № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 275.9 (iki yüz yetmiş beş manat doxsan qəpik) manat məbləğində əsas borc, 41.3 (qırx bir manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 317.2 (üç yüz on yeddi manat iyirmi qəpik) manat, umumilikdə iki müqaviləsi üzrə 750.4 (yeddi yüz əlli manat qırz qəpik) manat əsas borc, 112.4( yüz on iki manat qırx qəpik) manat cərimə 862.8 (səkkiz yüz altmış iki manat səksən qəpik) manat təşkil edir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və həmin tarixdə də məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 474.5 (dörd yüz yetmiş dörd manat əlli qəpik) manat məbləğində əsas borc, 71.1 (yetmiş bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 545.6 (beş yüz qırx beş manat altmış qəpik) manat borcun və xx.xx.2023-cü il tarixli № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 275.9 (iki yüz yetmiş beş manat doxsan qəpik) manat məbləğində əsas borc, 41.3 (qırx bir manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 317.2 (üç yüz on yeddi manat iyirmi qəpik) manat, umumilikdə iki müqaviləsi üzrə 750.4 (yeddi yüz əlli manat qırz qəpik) manat əsas borc, 112.4( yüz on iki manat qırx qəpik) manat cərimə 862.8 (səkkiz yüz altmış iki manat səksən qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 474.5 (dörd yüz yetmiş dörd manat əlli qəpik) manat məbləğində əsas borc, 71.1 (yetmiş bir manat on qəpik) manat cərimə borcu olmaqla, cəmi 545.6 (beş yüz qırx beş manat altmış qəpik) manat borcun və xx.xx.2023-cü il tarixli № ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 275.9 (iki yüz yetmiş beş manat doxsan qəpik) manat məbləğində əsas borc, 41.3 (qırx bir manat otuz qəpik) manat cərimə borcu olmaqla, cəmi 317.2 (üç yüz on yeddi manat iyirmi qəpik) manat, umumilikdə iki müqaviləsi üzrə 750.4 (yeddi yüz əlli manat qırz qəpik) manat əsas borc, 112.4( yüz on iki manat qırx qəpik) manat cərimə 862.8 (səkkiz yüz altmış iki manat səksən qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar