Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-401/2024 23.08.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı İB-nin etibarnamə üzrə nümayəndəsi X5, Cavabdeh iştirakı ilə. İddiaçı «Azəriqaz » İB-nin Cavabdeh qarşı «sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, cəmi 2198 manat əsas borcun, əvvəlcədən ödənilmiş 41.98 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 2240.38 manat borcun tutularaq İddiaçı İstehsalat Birliyinin xeyrinə ödənilməsi » və iddiaçı Cavabdeh İddiaçı İB-nin X9 İstismarı İdarəsinə qarşı «Qaz borcunun yenidən hesablanması və qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Cavabdeh « Azəriqaz » İB-nin Qax rayon şöbəsinə qarşı «Qaz borcunun yenidən hesablanması və qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək qaz borcunun yenidən hesablanması, «Azəriqaz » İB-nin ona qanunsuz olaraq hesabladığı 2073.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh olaraq İddiaçı İB-nin X9 İstismarı İdarəsi kimi olmasını və ərizədə qeyd olunan tarixin xx.xx.2023-cü il kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, «Azəriqaz » İB-də iddia qaldıraraq Qax rayonu Qax-İngiloy QRP 42-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, cəmi 2198 manat əsas borcun, əvvəlcədən ödənilmiş 41.98 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 2240.38 manat borcun tutularaq İddiaçı İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmənin 24 iyun 2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı İB-nin X9 İstismarı İdarəsinə qarşı «Qaz borcunun yenidən hesablanması və qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair 2(024)- 334 saylı mülki iş məhkəmənin icraatında olan iddiaçı «Azəriqaz » İB-nin Cavabdeh qarşı «Qax rayonu Qax-İngiloy QRP 42-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, cəmi 2198 manat əsas borcun, əvvəlcədən ödənilmiş 41.98 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının, ümumilikdə isə 2240.38 manat borcun tutularaq İddiaçı İstehsalat Birliyinin xeyrinə ödənilməsi» tələbinə dair 2(024)-401 saylı mülki işə birləşdirilmiş və mülki iş 2(024)-401/2024 nömrə ilə qeydə alınmışdır. İddiaçı «Azəriqaz » İB iddia ərizəsində göstərmişdir ki, iddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 2073.60 manat həcmindəki borc Cavabdeh yaşadığı Qax rayonu Qaxingiloy QRP 42 ünvanında yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyriqanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİ-ninxx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073.60 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. İnzibati icraatın apaılması barədə: Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən Məmmədov X4 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməkləxx.xx.2024-cü il tarixli MN ******* saylı X8 protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Məhkəməyə təqdim olun materiallar: Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi; Abonentin saldosu; Dəymiş ziyanın bərpasına dair tələbnamə: Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt; Əvvəlcədən ödənilmiş dövlət rüsumu; İddia ərizəsi və digər sənədlər; Etibarnamə. Müqavilə öhdəlikləri: Tərəflər arasında bağlanılmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı MüqavilƏ’ müqavilənin əsas predmeti ondan ibarətdir ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 2.2.3-2.2.5-ci bəndlərinə əsasən, Qaz pavlavıcısının istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini, istehlakçı tərəfindən bu Müqavilənin, “Qazdan istifadə Qaydaları”nın tələblərinin pozulduğu hallarda, həmin halların aradan qaldırılmasını, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək hüququ vardır. Müqavilənin 2.3.1, 2.3.2, 2.3.4, 2.3.6-cı bəndlərinə əsasən, İstehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməli, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməli, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır. Müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. İddia tələbinə tətbiq edilən normalar: Azərbaycan Respublikası Prezidentinin, “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. “Qazdan istifadə qaydalan”nın 1.3-cü bəndinə əsasən, Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə X8 iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır. 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və satılmasını təşkil edir. 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.10-cu maddəsinə əsasən paylacının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Zərər” dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 136.4-cü maddəsinə əsasənKommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 139.1-ci maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, vicdanlılıq insitutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasını xidmət edir. Qeyd: İddia tələbinin irəli sürülməsi üçün tələb olunan 40.85 manat rüsum iki qəbzdə (7.73 manat - qəbz: **********57, 33.12 manat - qəbz: 8********) təqdim edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4, 149 - 151-cı maddələrinə əsasən, məhkəmədən xahiş etmişdir. Cavabdeh Qax rayonu Qaxingiloy QRP 42-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073.60 manat, cəmi2198 (ikimin bir yüz doxsan səkkiz) əsas borcun, əvvəlcədən ödənilmiş 41.98 (qırx bir manat 98 qəpik) manat dövlət rüsumun və 0.40 (40 qəpik) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2240.38 (iki min iki yüz qırx manat 38 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı İB-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini və Cavabdeh iddiasının rədd edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsində göstərmişdir ki, Qax rayonu Qaxingiloy kəndində yaşayır. Özünə məxsus olan mənzili vardır. O, həmin mənzildə təbii qaz istifadə edir və istifadə etdiyi qaz pulunu hər ay sayğacın hesablamalarına uyğun olaraq dövlət büdcəsinə ödəmişdir. Belə ki, o iki ildir ki, həmin ünvanda tək yaşayır. DSMnazirliyinin Özünəməşğulluq proqramından ona istixana quraşdırmaq üçün avadanlıqlar verilmişdir. Həmin avadanlığı o öz həyətində quraşdırmışdır. O, Ali təhsilli Mexanikdir. 7.11.2023-cü il tarixdə qanunsuz olaraq qaz sayğacına qoşulmuşdur. Məqsədi isə İstixanada praktiki işlər aparmaq olmuşdur. xx.xx.2023cü il tarixdə Azəriqaz İB-nin əməkdaşları bundan xəbər tutmuş və barəsində akt tərtib edilmişdir. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edib onu İXM-nin 282.1 -ci maddəsi ilə təqsirli bilib 100 manat miqdarında cərimə edilmişdir. Bundan sonra ona 365-gün ərzində sutkada 12 saat olmaqla 4m3/saat olmaqla 17280m3 qaz sərfiyyatı hesablanmışdır. Bu sərfıyyat isə 2073.60 manat təışkil edir. Lakin o faktiki olaraq həmin qazdan cəmi 4 gün istifadə etmişdir. Hesab edir ki, ona hesablanmış 2073.60 manat pul qanunsuzdur. Hesab edir ki, ona hesablanmış qaz pulu qanunsuz və əsassızdır. Çünki o hər ay mütəmadi olaraq qaz pulunu vaxtı-vaxtında ödəmiş və aylıq qaz pulu isə 30-35 manat təşkil edir. 4 gün ərzində isə 2073.60 manat qaz pulu hesablanması absurd bir haldır. Belə ki, orta hesabla götürsə, belə çıxır ki, o 4 gün ərzində bir kənd əhalisinin istifadə etdiyi qazı istifadə etmişdir. Göstərilənlərə əsasən, qaz borcunun yenidən hesablanması, «Azəriqaz » İB-nin ona qanunsuz olaraq hesabladığı 2073.60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini və İddiaçı İB-nin iddiasının rədd edilməsini xahiş etdi. İşə əlavə edilmiş Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xs-46-01901/23 nömrəli müqavilədən görünür ki, paylayıcı İddiaçı İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasın ödəməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın təsdiq olunmuş surətindən görünür ki, G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********7 saylı sayğac quraşdırılmışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı İB-nin Zaqatala RQİİ-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Aktın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh məxsus yaşayış evinin girişinə yerləşdirilmiş qaz sayğacına baxış keçirilərkən sayğacın giriş ventilindən rezin boru vasitəsi ilə qeyriqanuni istifadə etməsi aşkarlanmışdır. İş materiallarına əlavə edilmiş, İddiaçı İB-nin tərtib etdiyi dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G4 markalı ******* nömrəli sayğacın maksimal qaz buraxma qabiliyyəti 4m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın həcmi 17280 m3-dur. İşə əlavə edilmiş AR Energetika Nazirliyi X2 Agentliyinin Şəki filialının aparıcı mütəxəssisi X3 tərtib etdiyi MN № ******* nömrəli 27 fevral 2024-cü il tarixli X8 Protokodan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Qax rayonu Qax-İngiloy kəndindəki fərdi yaşayış evində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazı taladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İşə əlavə edilmiş AR Energetika Nazirliyi X2 Agentliyinin Şəki filialının rəisi X1 tərtib etdiyi 11 mart 2024-cü il tarixli MN № ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Qax rayonu Qax-İngiloy kəndində ki fərdi yaşayış evində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazı talaması nəticəsində 2073.60 manat məbləğində ziyan vurmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə edilmişdir. İşdə olan “Abonentin saldosu”nun təsdiq edilmiş surətindən görünür ki, qaz hesabı **********00510 olan abonent iddiaçı Cavabdeh 2023-cü ilin mart ayına qalıq borcu 2157.92 manat göstərilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı İB məhkəmədə iddia qaldırmaq üçün 41.98 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün 42 manat dövlət rüsumu ödəmişdir. İş materiallarını nəzərdən keçirib, İddiaçı İB-nin nümayəndəsi X5 və iddiaçı Cavabdeh izahatlarını dinləyərək məhkəmə hesab edir ki, hər iki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə hər iki tələbə münasibət göstərərək qeyd edir ki, qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 2073.60 manat həcmindəki borc Cavabdeh yaşadığı Qax rayonu Qaxingiloy QRP 42 ünvanında yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİninxx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 17280 m3 (və ya 2073.60 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında' Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azerbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarfnın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1 -ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, diger qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 6.5-ci bəndlərinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh sayğaca qanunsuz qoşulması onun barəsində olan X8 qərar və iş materialları ilə öz təsdiqini tapır, lakin itirilmiş qazın bərpası üçün aparılmış hesabat qanunvericiliyin tələbləblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının mənzilində kənar xətt aşkar olunsa da, həmin xəttin hansı tarixdən etibarən istifadə olunması müəyyən edilmir və xx.xx.2023-cü il tarixli, 04015870 saylı akt əsasında itirilmiş qazın sərfıyyatının 360 gün müddət üçün hesabatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Qeyd edilən akt əsasında dəymiş zərərin 360 gün üçün hesablanması isə istehlakçının hüquqlarının pozulması itə nəticələnə bilər. Məhkəmə hesab edir ki. İddiaçı İB-nin nümayəndələri hər ay müvafiq yoxlamanı keçirməli olduqları halda bunu etməmiş və sözügedən kənar xəttin konkret olaraq hansı tarixdən istifadə edilməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli, 04015870 saylı akt əsasında hesablanmış məbləğ 30 gün üçün əsaslı olmaqla, qalan hissədə əsassız hesablanmışdır. Beləliklə müəyyən olunur ki, Cavabdeh «sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və 30 gün maddətində itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 172.75 manat Azəriqaz İB-nə borcu qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan xüsusatlara əsasən müəyyən olundu ki, İddiaçı İB, tərəfindən Cavabdeh itirilmiş sərfiyyata görə qanunsuz olaraq 360 günlük qaz sərfiyyatı hesablanmışdır və buna görə də, İddiaçı İB tərəfindən Cavabdeh borclu olduğu məbləğlər çıxılmaqla əsassız olaraq qaz sərfiyyatına görə hesablanmış və silinməli olan məbləğ 1900 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilimş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «İstehlakçıların hüquqlarının müdafıəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan suiistifadədir Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hər iki iddia qismən təmin edilməli, Cavabdeh «sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 172.75 manat, cəmi 297.15 manat və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 manat dövlət rüsumu alınıb İddiaçı İB-nə ödənilməli, dövlət rüsumunu qalan hissəsi İddiaçıİB-nə ödənilməli, eyni zamanda da «Azəriqaz » İB-nin tərəfindən Cavabdeh hesablanmış 1900 manat borc silinməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddiaçı İB-nin və Cavabdeh iddiaları qismən təmin edilsin. Cavabdeh «sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 124.40 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 172.75 manat, cəmi 297.15 manat və iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 manat dövlət rüsumu alınıb İddiaçı İB-nə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi İddiaçı İB-nə aid edilsin. Cavabdeh İddiaçı İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında Cavabdeh hesablanmış 1900 manat məbləğində borc silinsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №e-2(024)-401/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-401/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver