Məhkəmə qərarları › İş №e-2(024)-460/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-460/2024

11.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-460/2024 11.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X25, X35, X26 və X20 qarşı «Qax rayon Qaxbaş kəndi, Yunus İmrə küçəsi, ev 41 ünvanda yerləşən, ümumi sahəsi 118.0 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.08 ha torpaq sahəsinə, torpağa mülkiyyət hüququna dair JN-383 və JN-1209 nömrəli Dövlət Aktlarına əsasən mərhum X14 və anası X8 mülkiyyətləri olmuş miras əmlakı ilə bağlı miras əmlaklarının tərəfindən faktiki qəbulu nəzərə alınmaqla, xx.xx.2005-ci il tarixli vəsiyyətnamənin icrası və miras əmlakında onun payının müəyyən edilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X25, X35, X26 və X20 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 118.0 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.08 ha torpaq sahəsinə, torpağa mülkiyyət hüququna dair JN-383 və JN-1209 nömrəli Dövlət Aktlarına əsasən mərhum X14 və anası X8 mülkiyyətləri olmuş miras əmlakı ilə bağlı miras əmlaklarının tərəfindən faktiki qəbulu nəzərə alınmaqla, xx.xx.2005-ci il tarixli vəsiyyətnamənin icrası və miras əmlakında onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X37 01 yanvar 2009-cu il tarixdə, anası X27 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. X14 və anası X8 vəfatından sonra Qax rayon Qaxbaş kəndi, Yunus İmrə küçəsi, ev 41 ünvanda yerləşən, ümumi sahəsi 118.0 kv.m olan fərdi yaşayış evi X14nun tam, evin yerləşdiyi 0.08 ha torpaq sahəsi atası və anasının ümumi birgə, torpağa mülkiyyət hüququna dair JN-383 və JN-1209 nömrəli Dövlət Aktlarına əsasən müvafiq olaraq 1.55 və 0.52 ha olmaqla mərhum X14 və anası X8 paylı mülkiyyətləri olmaqla əmlakları miras olaraq qalmışdır. X14 və anası X8 vəfatından sonra onların iddiaçı, bacıları X29, X36, X3 və qardaşı Cavabdeh olmaqla beş vərəsəsi qlmışdır. Vərəsələrdən bacısı X2 xx.xx.2020-ci il tarixdə vəfat edib. Digər iki bacısı X29 və X36 atası və anasından miras qalmış əmlaklardan tam şəkildə notarial qaydada imtina etmişlər. Mərhum X14 20 iyun 2005-ci il tarixli, 26-86 reyestr nömrəli, Qax rayon Dövlət Notariat kontorunda tərtib və təsdiq edilmiş vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə ona məxsus olan bütün əmlakını, o cümlədən Qax rayon Qaxbaş kəndində yerləşən evini ona vəsiyyət etmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq gəlməmiş, iddiaçı və etibarnamə üzrə üzrə nümayəndəsi vəkil Nümayəndə məhkəmə hazırlıq iclasında iştirak etmiş, iddiaçının etibarnamə üzrə vəkili Nümayəndə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasına səhhəti ilə əlaqədar gələ bilməyəcəyini, iddianı müdafiə etdiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər isə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə iştirak etdiyi 27 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu göstərdi ki, onların iddiası üzrə vərəsələrdən iki nəfər ata və anadan qalan miras paydan iddiaçının xeyrinə imtina etmişlər. Ölən vərəsə X1 əri və oğlunun şəxsiyyət vəsiqələrini məhkəməyə təqdim etmişlər. Onlar da miras əmlakdan onlara düşən paydan imtina etməlidirlər. Hazırda onlarla danışıqlar aparılır. Həmin sənədləri elektron qaydada növbəti məhkəmə prosesində təqdim edəcəklər. İddiaçı iştirak etdiyi 11 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq onu göstərdi ki, məhkəməyə ona görə müraciət etmişdir ki, onun həmin ünvanda atasından miras qalmış evi vardır. Qardaşı da onunla qonşudur. Atası qardaşına ev alıb vermişdir. Mirasın qəbulu ilə bağlı sənədləşdirmə aparılan zaman qardaşı miras əmlakdan ona düşən payı tələb etmişdir. İddiaçı qardaşına özünün pay verən olmadığını, bunun üçün hüquq-mühafizə, məhkəmə orqanlarının olduğunu demişdir. Əgər elədirsə həmin orqanlara müraciət etməsini, dövlət tərəfindən ona müvafiq payının veriləcəyini, özünün miras əmlakdan payı ayırıb ona verə bilməyəciyini demişdir. Əvvəl qardaşı ilə bu haqda söhbət etmiş, cavabdeh isə iddiaçıya 4 sot həyətyanı torpaq sahəsini verməsini demişdir. Həyətyanı torpaq sahəsinin isə 8 sotdan ibarət olduğunu, həmin torrpağın yarısını ona vermək üçün bacılarının da razılığının olmasını cavabdehə demişdir. Bacılarının hamısı cavabdehə torpaq sahəsinin verilməsinə etiraz etmişlər. Qardaşının şəxsi evi var və həmin evi təmir etmişdir. Özü ev-eşiyini təmir edə bilmir, çünki evin sənədləri qaydasında deyil. Evi bir az təmir etmiş, lakin sonradan görmüşdür ki, qardaşının evdən pay iddiası güclənir. Qardaşına demişdir ki, əgər razıdırsa sənədləri versin, iddiaçı evi öz adına sənədləşdirsin. Lakin cavabdeh əksinə getmişdir. Bundan sonra demişdir ki, məhkəmədə iddia qaldıracaqdır, məhkəmə ona da nə pay düşür versin. Belə olub məhkəməyə müraciət etmişdir. Cavabdeh öz evində yaşayır. Atası iki ev almışdır. İddiaçı üstdəki - atasının evində yaşayır, evin kiçik övladıdır. Qardaşı isə aşağıdakı evdə, onun qonşuluğunda yaşayır və evinin təmiri hər şeyi yerli yerindədir. Qardaşı özünə düşən payı istədiyini deyir. Əslində qardaşı qanunla ona düşən haqqını tələb edir. O, qardaşına bu barədə heç bir söz deyə bilməz. Atası ona evini vəsiyyət etmişdir, çünki o həmişə atasının evində olmuşdur. Miras qalmış pay torpaq sahələrini özü isitfadə edir. Qardaşının tələbi isə ancaq həyətyanı torpaq sahəsindən ibarətdir. İddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən məhkəməyə göndərilmiş, Qax rayon Notariat kontorunda təsdiq olunmuş 20 iyun 2005-ci il tarixli 2V-86 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X38 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə ona məxsus olan əmlakını, o cümlədən Qax rayonu Qax İngiloy kəndində yerləşən evini, oğlu İddiaçı vəsiyyət etmişdir. X9, X21 imzalarının həqiqiliyi natariat qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4nun və xx.xx.2020-ci tarixdə vəfat etmiş anaları X5 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasən onlara çatası hissəsini ya notariat ofisinə müraciət edərək, ya da faktiki sahiblənərək qəbul etməmişlər. X4 və anaları X5 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatası pay hissəsinə dair digər vərəslərin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmirlər. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 343 saylı məktubdan görünür ki, mərhum X5 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu müddətinin ötürülməsi göstərilmişdir. Qax rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 344 saylı məktubdan görünür ki, mərhum X22 miras qalmış əmlakın qəbul edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, əsas kimi mirasın qəbulu müddətinin ötürülməsi göstərilmişdir. Qax rayon Qeydiyyat şöbəsini verdiyi xx.xx.2024-cü il tarixli 05/09lS/027086-24 saylı və 05/09lS/027087-24 saylı Arayışlardan görünür ki, X30 və X8 qızları X25, X36, X3 (xx.xx.2020-ci ildə ölüb) və oğulları Cavabdeh və İddiaçı ibarət vərəsələri qalmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində (yeni qaydalarla AZ 3400, ünvan 3 ünvanında) yerləşən 118.0 kv.m fərdi yaşayış evi X30 tam, həmin evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi X38 və X10 ümumi birgə mülkiyyətindədir. Reyestr nömrəsi **********90-10301 olan fərdi yaşayış evinin texniki pasportundan görünür ki, sənədin verilməsinə əsas Qax rayonu DTXK-nin JN-020A nömrəli şəhadətnaməsi olmuşdur. JN-383, KOD 40315018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X37 və X16 ümumi birgə mülkiyyətindədir. JN-1209, KOD 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X37 və X11 ümumi birgə mülkiyyətindədir. АЗ № 374062 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 atası X38, anası isə X18r. АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X38, anası isə X18r. ИЖ № 178266 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 atası X38, anası isə X18r. Ölüm haqqında AZ-İİ № 334384 saylı şəhadətnamədən görünür ki, X27 xx.xx.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 02 iyul 2020-ci il tarixdə 117 nömrə ilə qeydiyyat aparılmışdır. Ölüm haqqında AZ-İ № 326490 saylı şəhadətnamədən görünür ki, X38 01 yanvar 2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm akt qeydləri kitabında 03 yanvar 2009-cu il tarixdə 1 nömrə ilə qeydiyyat aparılmışdır. Qax RİHB-nın Qax şəhər İƏDÜN-nin verdiyi xx.xx.2024-cü il tarixli 1408 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2020-ci ildə ölmüş, onun həyat yoldaşı X32 və oğlu X6 ibarət vərəsələri qalmışdır. X32 və X13 imzalarının həqiqiliyi natariat qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, onlar xx.xx.2009-cu il tarixdə vəfat etmiş X30 və xx.xx.2020-ci tarixdə vəfat etmiş X5 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatası hissəsini ya notariat ofisinə müraciət edərək, ya da faktiki sahiblənərək qəbul etməmişlər. X38 və X5 irs qalmış mirasın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mirasın onlara çatası pay hissəsinə dair digər vərəslərin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etmirlər. Qax rayon Qaxbaş Bələdiyyəsinin verdiyi 08 may 2024-cü il tarixli 1/11 nömrəli Arayışdan görünür ki, X7 dünyasının dəyişdikdən sonra onun vergi borcunu oğlu İddiaçı ödəmişdir. İddiaçı vergi borcu yoxdur. Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qax İngiloy kəndində qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Qax rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerliözünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri X23, DƏDKR X58 12 saylı Şəki Əİ-nin Qax rayon şöbəsinin müdiri Arif Qocayevin, Qax RİHB-nın Qaxingiloy kənd İƏD-si üzrə nümayəndəsi əvəzi Akif Bayramovun. Qaxbaş kənd bələdiyyəsinin nümayəndəsi Rəşad Məmmədovun və İddiaçı iştirakı ilə tərtib olunmuş 20 sentyabr 2024-cü il tarixli Aktdan görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK və vətəndaşlara verilən JN-1209, KOD 40309028 sənədlərinin qeydiyyatı zamanı çox saylı soyad, ad və ata adı səhvlərinin şəxsiyyət vəsiqəsinə, (digər şəxsiyyət müəyyən edici sənədlər) uyğun qeydiyyata alınmasını məqsədə uyğun hesab etmişlər. Sənəddə (siyahı faylı) üzrə X37 şəxsiyyət vəsiqəsi üzrə X38, X31 isə X18r. Qax rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerliözünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri X23, DƏDKR X58 12 saylı Şəki Əİ-nin Qax rayon şöbəsinin müdiri Arif Qocayevin, Qax RİHB-nın Sarışbaş kənd İƏD-si üzrə nümayəndəsi Şahid Hafizovun, Cəlayer kənd bələdiyyəsinin nümayəndəsi Turan Mahmudzadənin və İddiaçı iştirakı ilə tərtib olunmuş 20 sentyabr 2024-cü il tarixli Aktdan görünür ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şəki və Qax rayonu üzrə AİK və vətəndaşlara verilən JN-383, KOD 40315018 sənədlərinin qeydiyyatı zamanı çox saylı soyad, ad və ata adı səhvlərinin şəxsiyyət vəsiqəsinə, (digər şəxsiyyət müəyyən edici sənədlər) uyğun qeydiyyata alınmasını məqsədə uyğun hesab etmişlər. Sənəddə (siyahı faylı) üzrə X37 şəxsiyyət vəsiqəsi üzrə X38, X33 isə X18r. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə X25 və X35 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Qax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixdə ölmüş X1 oğlu X26 və əri X32 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşlar. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının əvvəlki məhkəmə iclasında verdiyi izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə tərəfindən işin araşdırılan həqiqi halları və iş materialları ilə müəyyən edilir ki, X27 xx.xx.2020-ci ildə və X38 01 yanvar 2009-cu il tarixdə ölmüşdür. Mərhumların qızları X25, X35, X3 (xx.xx.2020-ci ildə ölüb) və oğulları Cavabdeh və İddiaçı ibarət vərəsələri qalmışdır. X1 isə X32 və X6 ibarət vərəsələri qalmışdır. Onlardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş Arayışa əsasən Qax rayonu Qaxbaş kəndində (yeni qaydalarla AZ 3400, ünvan 3 ünvanında) yerləşən ümumi sahəsi 118.0 kv.m fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi, JN-383, KOD 40315018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN-1209, KOD 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. X7 tərəfindən oğlu İddiaçı notariat qaydada təsdiqlənmiş 20 iyun 2005-ci il tarixli vəsiyyətnamə verilmiş, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən Qax rayonu, Qax İngiloy kəndində yerləşən evini oğlu İddiaçı vəsiyyət etmişdir. Mərhumun digər övladları X25 xx.xx.2024-cü il tarixdə, X36 xx.xx.2024-cü il tarixdə və ölmüş vərəsə X1 həyat yoldaşı X32 və oğlu X26 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizə verərək mərhum X27 və X24 onlara çatası miras əmlak payından digər vərəsələrin xeyrinə imtina etmişlər. Digər vərəsə Cavabdeh isə miras əmlaklardan ona çatacaq qanun üzrə və məcburi paydan imtina etməmişdir. Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış mübahisə qanun və vəsiyyət üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və miras qoyanlar xx.xx.2020-ci il tarixdə və 01 yanvar 2009-cu il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Həmin normada təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı,miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Lakin məhkəmə tərəfindən ilk növbədə iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Sadalanan normaların məzmunundan göründüyü kimi vərəsəlik, ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Həmçinin vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Çünki istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. İşin bu anında məhkəmə diqqətin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə yönəldilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında göstərmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçılar və cavabdeh tərəfindən miras əmlak faktik olaraq qəbul edilmişdir. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarları). Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən həmçinin nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən 18 iyul 2014-cü il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından, iddiaçının izahatından, digər vərəsələrin miras əmlakları ya faktiki, ya da notariat ofisinə müraciət etməməklə qəbul etməmələri barədə ərizələrindən də görünür ki, həmin vərəsələr iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməsini mübahisələndirməmişlər. Cavabdeh tərəfindən də bu barədə məhkəməyə etiraz daxil olmamışdır. Eyni zamanda iş materiallarından bəlli olur ki, iddiaçı fərdi yaşayış evində yaşamaqla, evdə qismən də olsa təmir işləri aparmaqla, torpaq sahələrindən istifadə etməklə və miras əmlakların vergilərini ödəməklə miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi). Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir. Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz. Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir. Məhkəmə diqqətə çatdırır ki, ilk növbədə müəyyən edilməli olan hal mirasın nədən ibarət olmasından ibarətdir. Bu yöndə araşdırılma aparılan zaman müəyyən edilir ki, mirasın kütləsinə X7ndan miras qalmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli Hüquqların ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş Arayışa əsasən Qax rayonu Qaxbaş kəndində (yeni qaydalarla AZ 3400, ünvan 3 ünvanında) yerləşən ümumi sahəsi 118.0 kv.m olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi X38 və X10 ümumi birgə mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi, JN-383, KOD 40315018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-1209, KOD 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Mirasın kütləsi müəyyən edildiyindən məhkəmə qeyd edir ki, vərəsələrin əhatə dairəsi aşkar olunmalıdır. Hazırda mərhumların vərəsələri X25, X36, xx.xx.2020-ci ildə ölmüş vərəsəsi X3, İddiaçı və Cavabdeh ibarətdir. Mərhumdan qalmış miras həm vəsiyyət, həm də qanun üzrə keçir. Bundan əlavə məhkəmə diqqətə çatdırır ki, miras qoyan X24 miras qalmış əmlaklar üzrə vəsiyyətnamə mövcuddur. Həmin vəsiyyətnamə ləğv edilməmiş, təsdiq edildikdən sonra miras qoyan tərəfindən başqa şəxsə vəsiyyətnamə verilməmişdir. Həmin vəsiyyətnamə qüvvədədir. Məhkəmə eyni zamanda da qeyd edir ki, X27 tərəfindən miras qalmış əmlaklar üzrə isə vəsiyyətnamə mövcud deyildir və bu səbəbdən ondan miras qalmış paylar qanun üzrə vərəsəlik hüququ əsasında müəyyən edilməlidir. Eyni zamanda iddiaçı məhkəmə iclasında bildirmişdir ki, miras əmlakdan qardaşı Cavabdeh qanunla nəzərdə tutulmuş payın verilməsinə də etiraz etmir. Ona görə də, vərəsə Cavabdeh tərəfindən miras əmlakdan pay tələbi ilə bağlı tələb irəli sürülməsə də, miras əmlak üzərində onun məcburi və qanun üzrə pay hüququnun olması və onun payının açıqda saxlanılması məsələsinə qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsində qeyd olunmuşdur ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021ci il 8 yanvar tarixli Qərarında məcburi pay institutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, qanunverici Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. X59 məcburi pay institutunun Mülki Məcəllənin 1159.1.1-ci maddəsində təsbit edilmiş qanun üzrə vərəsəlik hüququ ilə qarşılıqlı və funksional əlaqəsinin mövcudluğunu qeyd etmiş və həmin maddənin mülki qanunvericiliyin məcburi pay institutuna dair normalarına münasibətdə müəyyənləşdirici olduğunu göstərmişdir. Göründüyü kimi iddiaçının miras əmlakdan vəsiyyət və qanun üzrə pay almaq hüququ qanunla qorunan hüquqlarından biridir. Lakin bu zaman nəzərə almaq lazımdır ki, miras əmlakdan imtina etməmiş vərəsə Cavabdeh mərhum atasına məxsus fərdi yaşayış evindən və onun yerlədiyi torpaq sahəsinin atasına düşən payından məcburi payı qanunla çatacaq payın yarısından ibarətdir. İşin halları göstərilən yöndə sadalanan maddi hüquq normalarının tələbləri baxımından təhlil edilən zaman belə nəticəyə gəlməyə əsas verir ki, İddiaçı adına vəsiyyətnamə olduğundan artıq iddiaçının payı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli Hüquqların ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş Arayışa əsasən Qax rayonu Qaxbaş kəndində (yeni qaydalarla AZ 3400, ünvan 3 ünvanında) yerləşən X30 tam mülkiyyətində olan 118.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi üzərində ¾ hissədə müəyyən edilməlidir. Digər vərəsə Cavabdeh məcburi payı isə yuxarıda qeyd olunan əmlak (fərdi yaşayış evi) üzrə ¼ hissədə müəyyən olunmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli Hüquqların ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş Arayışa əsasən X34 məxsus Qax rayonu ünvan 4 ünvanında) yerləşən 118.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi, JN-383, KOD 40315018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 1.55 ha kənd təsərrüfatı təyinatlı və JN- 1209, KOD 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə X30 və X8 ümumibirgə mülkiyyətindədir və payları müəyyən olunmadığı üçün hər birinin payı ½ hissə təşkil edir. Həmin torpaq sahələrindən mərhum Zübeyri Heydərovun payına münasibətdə iddiaçının vəsiyyət üzrə, Hörüpəri Heydərovanın payına münasibətsə isə iddiaçının qanun üzrə payı müəyyən olunmalıdır. Bu səbəbdən də həmin torpaq sahələrindən ibarət miras əmlakların hər biri üzərində İddiaçı Zubeyri oğlunun vəsiyyət və qanun üzrə miras payları 5/8 hissə təşkil edir. Miras əmlaklardan Cavabdeh Zubeyri oğlunun payı fərdi yaşayış evi üzərində məcburi payı 1/4, torpaq sahələrinin hər biri üzərində məcburi və qanuni payı ümumilikdə 1/8 hissə təşkil edir. Məhkəmə qeyd edir ki, mərhum valideyinlərindən miras qalmış əmlakların İddiaçı Zubeyri oğlu tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməli, xx.xx.2005-ci il tarixli vəsiyyətnamə icra edilməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024cü il qeydiyyat tarixli X34 məxsus Qax rayonu ünvan 4 ünvanında) yerləşən fərdi yaşayış evi üzərində İddiaçı Zubeyri oğlunun vəsiyyətnamə üzrə ¾ hissə payı müəyyən edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışa əsasən X34 məxsus Qax rayonu ünvan 4 ünvanında) yerləşən 118.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi və X38 və X8 ümumi birgə mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi, JN-383, KOD 40315018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X38 və X8 ümumi birgə mülkiyyətində olan 1.55 ha kənd təsərrüfatı təyinatlı və JN-1209, KOD 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X38 və X8 ümumi birgə mülkiyyətində olan 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakların hər biri üzərində İddiaçı vəsiyyət və qanun üzrə miras payları 5/8 hissə müəyyən edilməli, miras əmlaklardan Cavabdeh Zubeyri oğlunun payı fərdi yaşayış evi üzərində 1/4, torpaq sahələrinin hər biri üzərində 1/8 hissədə müəyyən edilməli və açıqda saxlanılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışa əsasən X34 məxsus Qax rayonu ünvan 4 ünvanında) yerləşən 118.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi X38 və X8 ümumi birgə mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi, JN-383, KOD 40315018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X38 və X8 ümumi birgə mülkiyyətində olan 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN-1209, KOD 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X38 və X8 ümumi birgə mülkiyyətində olan 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakların İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. xx.xx.2005-ci il tarixli vəsiyyətnamə icra edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışa əsasən X34 məxsus Qax rayonu ünvan 4 ünvanında) yerləşən 118.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı Zubeyri oğlunun vəsiyyətnamə üzrə ¾ hissə payı müəyyən edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR X60 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********90-10301 reyestr, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il qeydiyyat tarixli hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən verilmiş arayışa əsasən X34 məxsus Qax rayonu ünvan 4 ünvanında) yerləşən 118.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi və X38 və X8 ümumi birgə mülkiyyətində olan 0.08 ha həyətyanı torpaq sahəsi, JN-383, KOD 40315018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X38 və X10 ümumi birgə mülkiyyətində olan 1.55 ha kənd təsərrüfatı təyinatlı və JN-1209, KOD 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X38 və X8 ümumi birgə mülkiyyətində olan 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakların hər biri üzərində İddiaçı Zubeyri oğlunun vəsiyyət və qanun üzrə miras payları 5/8 hissə müəyyən edilsin. Miras əmlaklardan Cavabdeh Zubeyri oğlunun payı fərdi yaşayış evi üzərində 1/4, torpaq sahələrinin hər biri üzərində 1/8 hissədə müəyyən edilsin və açıqda saxlanılsın. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar