Məhkəmə qərarları › İş №e-2(024)-624/2023

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-624/2023

27.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-624/2023 27.11.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosesual müddətin bərpası, vərəsəliyin açılması və X1, anası X2 və qardaşı X8 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.04 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosesual müddətin bərpası, vərəsəliyin açılması və X1, anası X2 və qardaşı X8 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.04 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, Cavabdeh və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh və DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayonu Qaşqaçay kəndində yaşayır. X5 xx.xx.2006-cı il tarixdə, anası X6 xx.xx.2016-cı il tarixdə və X20 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. X1, anası X2 və qardaşı X8 Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.04 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi miras qalmışdır. O. X1, anası X2 və qardaşı X8 ona düşən payın tam verilməsini istəyir. Lakin sənədləşmə işləri ilə bağlı əməliyyat etmək üçün Qax rayon Notariat Ofisinə müraciət etdikdə mirasın qəbulu müddətini keçirdiyimi bildirmişlər. O, mirasın qəbulu üçün hər hansı bir müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, valideyinlərindən və qardaşından ona miras qalan əmlakı istədiyi vaxt öz adına rəsmiləşdirə bilər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosesual müddətin bərpası, vərəsəliyin açılması və X1, anası X2 və qardaşı X8 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.04 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib, İddiaçı izahatını izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş JN-0041, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.04 ha torpaq sahəsi X19, oğlu, X6, X9 ümumibirgə mülkiyyətinə verilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, X13, X14, X11, X15, X21, X16 və X17 X5, anası X4r. İşə əlavə edilmiş AZ-İİ № 022767 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2006-cı ildə ölmüşdür. İşə əlavə edilmiş AZ-İ № 787142 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarında olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 25 aprel 2023-cü il tarixli № 3-16-5/8-xx-xx/2023 saylı Arayışdan görünür ki, X22 20 yanvar 2008-ci ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli, 246 saylı arayışdan görünür ki, X3 İddiaçı, X13, X14, X11, X15, X21, Cavabdeh, X16 və X12 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş X3 İddiaçı, X13, X23, X11, X15, X21, X16 və X17 məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, onlar mərhum valideyinlərindən və qardaşlarından miras qalmış əmlakları nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, mərhum atasından miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Qaşqaçay kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 16F ev 131də qeydiyyatdadır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0041, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.04 ha torpaq sahəsi X19, X6 və X9 ümumibirgə mülkiyyətinə verilmişdir. X19 xx.xx.2006-cı, X6 xx.xx.2016-cı, X22 20 yanvar 2008-ci ildə ölmüş, onların İddiaçı, X13, X14, X11, X15, X21, Cavabdeh, X16 və X12 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən Cavabdeh istisna olmaqla İddiaçı, X13, X14, X11, X15, X21, X16 və X24 mərhum valideyinlərindən və qardaşından miras qalmış əmlakları nə Notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, mərhum atasından miras qalmış əmlakdan digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişlər. Məhkəmə X19, X6 və X10 9 vərəsəsinin olduğunu və həmin vərəsələrdən Cavabdeh istisna olmaqla, digərlərinin paylarını qəbul etməmələrini nəzərə alaraq hesab edir ki, miras əmlak üzərində iddiaçının 8/9 hissə payı müəyyən edilməlidir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum valideyinləri və qardaşlarının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2-İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-0041, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X19, X6, X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.04 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və həmin əmlaklar üzərində iddiaçının iddiaçı Baharəddin Rəhimovun 8/9 hissə qanun üzrə miras payı müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməli, miras əmlak qalan hissədə açıqda saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. JN-0041, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X19, X6, X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.04 ha torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. JN-0041, KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X19, X6, X9 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Qaşqaçay kəndində yerləşən 1.04 ha torpaq sahəsindən ibarət miras əmlak üzərində İddiaçı 8/9 hissə qanun üzrə miras payı müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Miras əmlak qalan hissədə açıqda saxlanılsın. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar