Məhkəmə qərarları › İş №e-2(024)-631/2023

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-631/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-631/2023 02.10.2023 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirlmiş icraat qaydasında”nə iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi : İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət etmişdir. Müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iddiaçinın nümayəndəsi elektron məhkəmə informasiya sistemində mülki iş üzrə cavabdeh şəxsi Cavabdeh göstərsə də, iddia ərizəsində cavabdeh kimi X1 göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 284-3.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Cavabdeh qarşı “pul tələbinə tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının nümayəndəsinə geri qaytarılsın. İddiaçı "xxxx" MMC-nə izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar