Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-684/2024 27.09.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 218.55 (iki yüz on səkkiz manat əlli beş qəpik) manat əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 248.95 (iki yüz qırx səkkiz manat doxsan beş qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənililməsi” tələbinə dair kiçik iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, Müəyyənetdim: İddiaçı Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Qax rayon məhkəməsinə müraciət edərək cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 218.55 (iki yüz on səkkiz manat əlli beş qəpik) manat əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 248.95 (iki yüz qırx səkkiz manat doxsan beş qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənililməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. İddiçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və sənədlərin geri qaytarılmasına dair iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş ərizəni Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. (Mülki Prosessual Məcəllənin 152.2 və 152.3-cü maddələri). Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığı üçün iddiaçı tətəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 149, 151, 152.1.9, 263, 264 və 267 -ci maddələrini rəhbər tutaraq Qəraraaldım: İddiaçı Cavabdeh qarşı “cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış 218.55 (iki yüz on səkkiz manat əlli beş qəpik) manat əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 248.95 (iki yüz qırx səkkiz manat doxsan beş qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənililməsi” tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixli Hökümət ödəniş portalı vasitəsi ilə ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı hİddiaçınə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №e-2(024)-684/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-684/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver