Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-706/2024 15.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən,Qax rayon məhkəməsinin hakim Kərimov Taleh Etibar oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 133.9 manat əsas, 20 manat cərimə, cəmi 153.9 manat borcun, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 123.9 manat əsas, 18.5 manat cərimə olmaqla, cəmi 142.4 manat borcun və xx.xx.2023cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 373.9 manat əsas, 56 manat cərimə olmaqla, cəmi 429.9 manat, ümumilikdə hər üç müqavilə üzrə 631.7 manat əsas, 94.5 manat cərimə, cəmi 726.2 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Honor X8 a 6GB/128GB Titanium Silver(**********00663/**********40677) markalı mobil telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla, ilkin ödəniş 48 manat, cəmi 556.99 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “2 ədəd X2 Choice Earbuds X (ALD-00) Night Black(21ALD0002B2B008461) və X2 Choice Earbuds X (ALD-00) Night Black(21ALD0002B2B008960) qulaqcıq” üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla, cəmi 159.98 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, “Xiaomi REDMİ NOTE 11S 6GB/64GB Graphite Gray (**********86781/**********86799)” markalı mobil telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 38 manat olmaqla, cəmi 449.99 manat ümumilikdə hər üç müqavilə üzrə 1.166.7 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərini lazımınca yerinə yetirməmiş, bağlanmış müqavilələrin şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, borcunu ödəməmişdir. Müqaviləyə 1 saylı əlavənin şərtlərinə əsasən gecikdirilən borc məbləğinin 1 faiz dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə pulu hesablanmışdır. Lakin iddiaçı hesablanmış cərimə məbləğinin 90 faizini güzəşt edərək, hər üç müqavilə üzrə cəmi 94.5 manat məbləğində cərimə borcu tələb edir. Odur ki, iddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 133.9 manat əsas, 20 manat cərimə, cəmi 153.9 manat borc, xx.xx.2023cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 123.9 manat əsas, 18.5 manat cərimə olmaqla, cəmi 142.4 manat və xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 373.9 manat əsas, 56 manat cərimə olmaqla, cəmi 429.9 manat iki müqavilə üzrə ümumilikdə hər üç müqavilə üzrə 631.7 manat əsas borcu, 94.5 manat cərimə borcu olmaqla, cəmi 726.2 manat borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. SX030274989AZ seriya nömrəli xəbərnamədən görünür ki, məktub xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Cavabdehlər həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində göstərilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Honor Honor X8 a 6GB/128GB Titanium Silver(**********00663/**********40677) markalı mobil telefon üçün 48 manat ilkin ödəniş, 12 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla, cəmi 556.99 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “2 ədəd X2 Choice Earbuds X (ALD-00) Night Black(21ALD0002B2B008461) və X2 Choice Earbuds X (ALD-00) Night Black(21ALD0002B2B008960) qulaqcıq” üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla, cəmi 159.98 manat, xx.xx.2023-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Xiaomi REDMİ NOTE 11S 6GB/64GB Graphite Gray (**********86781/**********86799) markalı telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 38 manat olmaqla, 449.99 manat ödəməyi öhdəsinə götürmüşdür. Ümumilikdə hər üç müqavilə üzrə cavabdeh 1166.7 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı borcun ödənilməsini cavabdehdən tələb etmiş, öhdəliklərin icra edilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh İddiaçınə xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borcu 133.9 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borcu 123.9 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə əsas borcu 373.9 manatdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Beləliklə, iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Honor Honor X8 a 6GB/128GB Titanium Silver(**********00663/**********40677) markalı mobil telefon üçün 48 manat ilkin ödəniş, 12 ay ödəniş cədvəli üzrə hər ay 47 manat olmaqla, cəmi 556.99 manat, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “2 ədəd X2 Choice Earbuds X (ALD-00) Night Black(21ALD0002B2B008461) və X2 Choice Earbuds X (ALD- 00) Night Black(21ALD0002B2B008960) qulaqcıq” üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 9 manat olmaqla, cəmi 159.9 manat və xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, “Xiaomi REDMİ NOTE 11S 6GB/64GB Graphite Gray (**********86781/**********86799)” markalı mobil telefon üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 38 manat olmaqla, cəmi 449.9 manat, ümumilikdə hər üç müqavilə üzrə 1166.7 (bir min bir yüz altmış altı manat yetmiş qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə, onun iddiaçıya xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 133.90 manat əsas borc, 20 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 123.9 manat əsas borc, 18.5 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 373.9 manat əsas borc, 56 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 133.9 (bir yüz otuz üç manat doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 123.9 (bir yüz iyirmi üç manat doxsan qəpik) manat və xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 373.9 borc alınmalı, lakin hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən azaldılaraq, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 3 (üç) manat, xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 3 (üç) manat və xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 5 (beş) manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq hər üç müqavilə üzrə müvafiq olaraq 3 (üç) manat, 3 (üç) manat və 5 (beş) manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 133.9 (bir yüz otuz üç manat doxsan qəpik) manat əsas, 3 (üç) manat cərimə, cəmi 136.9 (bir yüz otuz altı manat doxsan qəpik) manat, xx.xx.2023cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 123.9 (bir yüz iyirmi üç manat doxsan qəpik) manat əsas, 3 (üç) manat cərimə, cəmi 126.9 (bir yüz iyirmi altı manat doxsan qəpik) manat və xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən 373.9 (üç yüz yetmiş üç manat doxsan qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 378.9 (üç yüz yetmiş səkkiz manat doxsan qəpik) manat, ümumilikdə hər üç müqavilə üzrə 642.7 (altı yüz qırx iki manat yetmiş qəpik) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Odur ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ********* saylı alqı-satqı müqaviləsi üzrə 133.9 (bir yüz otuz üç manat doxsan qəpik) manat əsas, 3 (üç) manat cərimə, cəmi 136.9 (bir yüz otuz altı manat doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 123.9 (bir yüz iyirmi üç manat doxsan qəpik) manat əsas, 3 (üç) manat cərimə, cəmi 126.9 (bir yüz iyirmi altı manat doxsan qəpik) manat və xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 373.9 (üç yüz yetmiş üç manat doxsan qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 378.9 (üç yüz yetmiş səkkiz manat doxsan qəpik) manat, ümumilikdə hər üç müqavilə üzrə 642.7 (altı yüz qırx iki manat yetmiş qəpik) manat məbləğində pul alınıb İddiaçı xeyrinə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul alınıb, İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №e-2(024)-706/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-706/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver