Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-827/2024 18.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax rayon məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı İB-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı İB Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Qax şəhəri, İ.Dağıstanlı küçəsi. 3/1-də qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 891.10 (səkkiz yüz doxsan bir manat on qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 921.10 (doqquz yüz iyirmi bir manat on qəpik) manat borcun tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixli qərardadla məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı İB xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən borcun tam şəkildə ödənildiyini və bu səbəbdən mübahisənin aradan qaldırıldığını göstərərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən isə işə mahiyyəti üzrə baxılmasını tələb etməsi barədə ərizə daxil olmamışdır. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki-Prosesual Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Lakin hazırki iş üzrə iddiaçı Azəriqaz İB-nin xx.xx.2024-cü il tarixli 14-2-2-7/2-Z-6xxxx/2024 nömrəli məktubuna əlavə edilmiş arayışdan və ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən dövlət rüsumu iddiaçının hesabına tam ödənilmişdir. Odur ki, İddiaçı İB tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə qaytarılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.11, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İddiaçı İB-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Karimov
Məhkəmə qərarları › İş №e-2(024)-827/2024
Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-827/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver