Məhkəmə qərarları › İş №e-2(024)-892/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-892/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-892/2024 20.12.2024 QAX RAYON MƏHKƏMƏSİ Mən, Qax Rayon Məhkəməsinin hakimi Kərimov Taleh Etibar oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yuxarıda təfərrüatları qeyd edilmiş borc müqaviləsinə (müqavilələrinə) əsasən 430 (dörd yüz otuz) manat əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi olan 460 (dörd yüz altmış) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri Mülki Prosessual Qanunvericiliyin tələbləri baxımından hüquqi qiymətləndirərək hesab edirəm ki, aşağıdakılara əsasən ərizənin qəbulundan imtina edilməli və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə rəsmi qaydada verilməlidir. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Lakin iddiaçı tərəfindən Cavabdeh hüquqi varisi müəyyən olunmadan ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırılmışdır. Belə olan halda hazırkı ərizəyə məhkəmədə baxıla bilməz. Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina əsasları qeyd olunmuşdur. Qeyd olunan Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsində göstərilmişdir ki, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah olunsun ki, mərhum Cavabdeh miras qalmış hər hansı əmlakın olubolmaması və vərəsəsi tərəfindən həmin əmlakların qəbul edilməsi ilə bağlı müvafiq sübutları əldə etdikdən sonra mirası qəbul etmiş vərəsə və ya vərəsələrə qarşı ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı MMC tərəfindən hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 149, 151, 153, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə rəsmi qaydada verilsin. İddiaçı MMC-nə mərhum Cavabdeh miras qalmış hər hansı əmlakın olubolmaması və vərəsəi tərəfindən həmin əmlakların qəbul edilməsi ilə bağlı müvafiq sübutları əldə etdikdən sonra mirası qəbul etmiş vərəsə və ya vərəsələrə qarşı ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ərizənin verilməsi üçün hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nə qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar