Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-98/2024 05.02.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Qax rayon Notariat ofisinə və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “buraxılmış prosessual müddətin bərpası, X1 miras qalan Qax rayonu Zərnə kəndində yerləşən 120.80 kv/m fərdi yaşayış evi və 0.24 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi tələbi”nə dair iddia ərizəsinə Qax rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək buraxılmış prosessual müddətin bərpası, X1 miras qalan Qax rayonu Zərnə kəndində yerləşən 120.80 kv/m fərdi yaşayış evi və 0.24 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə tərəflərə lazımı qaydada məlumat verilmiş, cavabdeh Qax rayon Notariat ofisinin notariusu və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Qax rayon Notariat ofisinin notariusunun və maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Qax rayonu Zərnə kəndində yaşayır. X5 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X1 Qax rayonu Zərnə kəndində yerləşən 120.80 kv/m fərdi yaşayış evi və 0.24 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Anası və atası öldükdən sonra mirası o idarə edir. O, anasından miras qalan qalan mirası sənədləşdirmək istəyir. Sənədləşmə üçün Qax rayon NO-ə müraciət etsə də mirası qəbul etmək üçün buraxılmış prosesual müddəti ötürdüyü üçün məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. O, mirasın qəbulu üçün qanunla hər hansı bir müddətin olmasını bilməmiş, elə hesab etmişdir ki, anası öldükdən sonra mirası qəbul etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən buraxılmış prosessual müddətin bərpası, X1 miras qalan Qax rayonu Zərnə kəndində yerləşən 120.80 kv/m fərdi yaşayış evi və 0.24 ha həyətyanı torpaq sahəsindən ibarət mirasdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Reyestr nömrəsi **********64-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax rayonu Zərnə kəndində yerləşən 0.24 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış X8 mülkiyyətindədir. İş əlavə edilmiş X4 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o mərhum X1 miras qalmış əmlakları ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlaklara dair digər vərəsənin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı və X4 X5dır. İşə əlavə edilmiş AZ-İİ № 334185 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2009-cu ildə ölmüşdür. İşə əlavə edilmiş Qax RİHB-nın Ləkit kənd İƏD-nin verdiyi xx.xx.2023-cü il tarixli 512 saylı arayışdan görünür ki, X8 oğlu İddiaçı və qızı X3 ibarət vərəsələri qalmışdır. İşə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Zərnə kəndində yaşayır. İşə əlavə edilmiş Qax rayon Notariat ofisinin verdiyi xx.xx.2023-cü il tarixli 900 nömrəli məktubdan görünür ki, İddiaçı mərhum X1 miras qalmış əmlakın qəbul etməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Reyestr nömrəsi **********64-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qax rayonu Zərnə kəndində yerləşən 0.24 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X8 mülkiyyətindədir. X11 xx.xx.2009-cu ildə ölmüş, onun oğlu İddiaçı və qızı X3 ibarət vərəsələri qalmışdır. Həmin vərəsələrdən X7 mərhum anası X2 miras qalmış əmlakları ya notariat ofisinə ərizə verərək, ya da faktiki sahiblənərək qəbul etməmiş, həmin əmlaklara dair digər vərəsənin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almasına etiraz etməmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı bir müddətin olmasını bilmədiyi üçün mirasın qəbulu müddətini gecikdirmiş, elə hesab etmişdir ki, mərhum atasının vərəsəsi olduğu üçün istədiyi vaxt mirası qəbul edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılma səbəbləri də üzürlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1.-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1245-ci maddəsində göstərilir ki, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Həmin Məcələnin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Reyestr nömrəsi **********64-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X8 mülkiyyətində olan Qax rayonu Zərnə kəndində yerləşən 0.24 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılmalı və miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilməli və iddiaçının mülkiyyətinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddia təmin edilsin. Reyestr nömrəsi **********64-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X8 mülkiyyətində olan Qax rayonu Zərnə kəndində yerləşən 0.24 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakı qəbul etmək üçün İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbləri üzürlü hesab edilməklə uzadılsın. Reyestr nömrəsi **********64-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X8 mülkiyyətində olan Qax rayonu Zərnə kəndində yerləşən 0.24 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlak üzərində İddiaçı qanun üzrə miras payı tam müəyyən edilsin və İddiaçı mülkiyyətinə verilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev.
Məhkəmə qərarları › İş №e-2(024)-98/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-98/2024
05.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver