Məhkəmə qərarları › İş №e-2(025)-1000/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1000/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1000/2024 12.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi iddia qaldıraraq Qəbələ rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evində istehlak olunan təbii qazın sayğac göstəricilərinə əsasən hesablanmış 1719,79 manat məbləğində dəyəri və şəbəkəyə qanunsuz qoşulmaya görə tərtib olunmuş «Qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli ******* nömrəli Akta əsasən hesablanmış 2073,60 manat məbləğində qaz sərfiyyatının dəyəri, cəmi 3793,39 manat, 57,94 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı tutularaq İddiaçı İBnin hesabına keçirilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan İddiaçı İB-nin Zaqatala Regional Qİİ (Paylayıcı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli AKX 05479xx/xx-2023 saylı müqavilənin surətinə əsasən Paylayıcı İstehlakçını (kod: **********03660; ünvan: Qəbələ rayonu Hacallı kəndi) keyfiyyətli qazla təmin etməyi və İstehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı İB-nin Salyan Regional Qİİ tərəfindən təsdiq edilmiş Abonentin saldosuna əsasən abonent Cavabdeh (abonent kodu: **********03660; ünvan: Qəbələ rayonu Hacallı kəndi) qazın istehlakına görə debitor borcu 2024-cü ilin mart ayına cəmi 3793,39 manat təşkil etmiş və həmin məbləğin 2073,60 manatı «Qazdan istifadə qaydalarının pozulması haqqında» akta əsasən hesablanmışdır. İşdə olan «Qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2024-cü il tarixli ******* saylı aktın surətinə əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə aparılmış yoxlama nəticəsində istehlakçı Cavabdeh məxsus olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evinə qaz verilişinin “SMART” tipli sayğac vasitəsilə təmin edilməsi şəraitində qazpaylayıcı şəbəkəyə rezin boru vasitəsilə sayğacdankənar qanunsuz qoşulma faktı aşkar edilmişdir. İşdə olan «Azəriqz» İB-nin Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə» ilə abonent Cavabdeh (abonent kodu: **********03660; ünvan: Qəbələ rayonu Hacallı kəndi) istifadəsində olan qaz işlədicilərinin gün ərzində 12 saatlıq 4 kub/m saz sərfiyyatı rejimində 360 günlük müddət üçün qaz sərfiyyatı ölçülərək 17.280 kub/m hesablanmışdır. İşdə olan AR EN X1 Agentliyinin xx.xx.2024-cü il tarixli “inzibati tənbeh vermə haqqında” Qərarının surətinə əsasən Cavabdeh Qəbələ rayonu, Hacallı kəndində yerləşən fərdi yaşayış evində qazpaylayıcı şəbəkəyə rezin boru vasitəsilə sayğacdankənar qanunsuz qoşulmaqla təbii qazı talayaraq 2073,60 manat məbləğində maddi ziyan vurduğuna görə AR İXM-nin 282.1-ci maddəsi ilə 100,0 manat məbləğində cərimə edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.10-cu bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 3.1.11-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə AR Sənaye və Energetika Nazirliyi .... həyata keçirir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə Qaydaların 3.10-cu bəndinə əsasən hesabat pozuntunun aşkar edildiyi günədək olan müddət üçün, lakin ən çoxu 3 aylıq müddət ərzində istifadə edilmiş təbii qaza görə aparılmalı olduğu halda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü 2024-cü il tarixli ******* saylı Akt əsasında hesabatın 360 günlük müddət üçün aparılması qanunsuz olmuşdur. Ona görə də, cavabdeh İddiaçı İB Zaqatala Regional Qİİ tərəfindən təsdiq edilmiş edilmiş xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə» üzrə 270 (360-90) günlük müddət üçün aparılan hesabatın nəticələri etibarsız hesab edilməli və 90 günlük müddət üçün aparılan hesabatın nəticələri üzrə Cavabdeh itirilmiş qaz sərfiyyatına görə cəmi 518,40 manat, istifadə olunmuş qaz sərfiyyatına görə isə 1719,79 manat tutulub İddiaçı İB-nin hesabına keçirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh istifadə olunmuş qaz sərfiyyatına görə 1719,79 (bir min yeddi yüz) manat, itirilmiş qaz sərfiyyatına görə 518,40 (beş yüz on səkkiz) manat, cəmi 2238,19 (iki min iki yüz otuz səkkiz) manat və 43,0 manat dövlət rüsumu tutulub İddiaçı İB-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar