Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1007/2024 09.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 297.4 manat əsas, 44.6 manat cərimə, cəmi 342 manat: xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 13.9 manat əsas, 2 manat cərimə, cəmi 15.9 manat və xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 492.8 manat əsas, 73.9 manat cərimə, cəmi 566.7 manat, ümumilikdə üç müqavilə üzrə 804.1 əsas, 120.5 manat cərimə olmaqla cəmi 924.6 manat və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 326.40 manat dəyərində “Honor” markalı mobil telefonu nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 424.90 manat dəyərində olan “Samsung” markalı mobil telefon, akumlyatoru nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 503.40 manat dəyərində “Samsung” markalı mobil telefonu, akumlyatoru nisyə almışdır. Müqavilənin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. İşdə olan Ödəniş cədvəlinin surətinə əsasən xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 19 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan Ödəniş cədvəlinin surətinə əsasən xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 36 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan Ödəniş cədvəlinin surətinə əsasən xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 28 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 297.4 manat əsas, 44.6 manat cərimə borcu: xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 13.9 manat əsas borc və 2 manat cərimə və xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 492.8 manat əsas, 73.9 manat cərimə borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 297.4 manat əsas borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 13.9 manat əsas borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 492.8 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli alqı-satqı müqaviləsi üzrə 297.4 manat əsas borc, 3 manat cərimə: xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli alqı-satqı müqaviləsi üzrə 13.9 manat əsas borc, 1 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli alqısatqı müqaviləsi üzrə 492.8 manat əsas borc, 5 manat cərimə borcu olmaqla cəmi 813.1 manat borc və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1007/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1007/2024
09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver