Məhkəmə qərarları › İş №e-2(025)-1014/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1014/2025

24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1014/2025 24.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə X10, Ərizəçi, X4, X7, X12, X13 və X8 adına verilmiş JN-0078 saylı kodu 40600018 olan "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının və JN-78 A saylı kodu 40600018 olan "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin X11 münasibətdə X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş JN - 0078 saylı Dövlət aktında göstərilmiş hüquq sahiblərinin adları siyahısında 1-ci sırada və eyni zamanda JN-78 A saylı, kodu 40600018 olan şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 1-ci sırada X1 və ata adı texniki səhv olaraq X6 qeyd edilmişdir. Birgə paylı mülkiyyətdə olan Dövlət aktı üzrə 3.39 ha, şəhadətnamə üzrə isə 0.15 ha torpaq sahələrinn bir hissəsini özgəninkiləşdirmək məqsədilə DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinə müraciət edərkən məlum olmuşdur ki, mərhum anası X1 Əhmədova əvəzinə "Əhmədov", ata adı isə Rəşid qızı əvəzinə "Rəşid oğlu" kimi qeyd edilmişdir. Qeyd olunan səhvlərə görə əməliyyat aparılması mümkün olmamışdır. Hesab edir ki, həmin səhvləri məhkəmə qaydasında düzəliş etmək mümkündür. DƏDRX-nin 9 saylı Qəbələ ərazi idarəsinin müraciəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli cavab məktubunda da düzəlişlə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. AZ-İ № 619818 saylı ölüm haqqında şəhadətnamədə hüquq sahibi olan mərhum anasının soyadı və ata adı düzgün olaraq X2 qeyd edilmişdir. A3 № ******* saylı doğum haqqında şəhadətnamədə şəhadətnamənin 2-ci səhifəsində ana qrafasında anasının adı düzgün olaraq X3 qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 078A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X10, Ərizəçi, X5, X7, X12, X13 və X8 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Əmirvan kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 0078 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktından görünür ki, Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X10, Ərizəçi, X5, X7, X12, X13 və X8 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Əmirvan kəndində 3,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan mərhum X11 məxsus AZE seriyalı, 06633774 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, sonuncunun doğum tarixiki “xx.xx.1919”-cı il kimi, soyadı “Əhmədova”, adı “Mirəstə” və ata adı “Rəşid” qızı kimi göstərilmişdir. İşdə olan Ərizəçi məxsus xx.xx.1969-cu il tarixli, АЗ seriyalı, ******* №-li «doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, ərizəçinin ana qrafasında anasının ad, soyad və ata adı “X14” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayonu Əmirvan kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İ seriyalı, 619818 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X14 xx.xx.2013-cü il tarixdə Qəbələ rayonu, Əmirvan kəndində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü ildə 01 № ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 16 may 2023-cü il tarixli məktubundan görünür ki, JN – 078A nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon İcra Hakimiyyəti Əmirvan kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Ərizəçi Qəbələ rayonu Əmirvan kəndində qeydiyyatdadır və hal-hazırda Əmirvan kəndində yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5- ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X10, Ərizəçi, X5, X7, X12, X13 və X8 adına verilmiş JN – 078A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə; eyni zamanda Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X10, Ərizəçi, X5, X7, X12, X13 və X8 adına verilmiş JN – 0078 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında mərhum X1 "Əhmədova" əvəzinə səhvən "Əhmədov" kimi, cinsiyyəti isə “qızı” əvəzinə səhvən “oğlu” kimi göstərilmişdir. Lakin mərhum X11 aid ölüm haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə düzgün olaraq ad, soyad və ata adı X2 göstərilmişdir. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə və dövlət aktı üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarına əsasən X10, Ərizəçi, X5, X7, X12, X13 və X8 adına verilmiş JN – 078A nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin; Qəbələ rayon AİK-in 25 iyun 1998-ci il tarixli 11 nömrəli qərarlarına əsasən X10, Ərizəçi, X5, X7, X12, X13 və X8 adına verilmiş JN – 0078 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının mərhum X11 aid hissədə mərhum X11 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar