Məhkəmə qərarları › İş №e-2(025)-1019/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1019/2025

17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1019/2025 17.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 806.80 manat əsas borc, 80.68 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 781.1 manat əsas borc, 78.11 manat cərimə borcu olmaqla, ümumilikdə 1746.69 manat borc və 37.47 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, SAMSUNG 25W CHARGER, İMEİ KODU **********48524 SAMSUNG GALAXY A34 5G markalı telefon, ACER ASPİRE 3 markalı komputer, BAG RİVACASE komputer çantası a lmış və nəticədə 1746.69 (min yeddi yüz qırx altı manat, 69 qəpik)manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1080 (min səksən ) manat (15 ay x 72 manat + 0 manat ilkin ödəniş) SAMSUNG 25W CHARGER, İMEİ KODU **********48524 SAMSUNG GALAXY A34 5G markalı telefon üçün ümumilikdə, 887.48 (səkkiz yüz səksən yeddi manat, 48 qəpik) manat olmaqla ondan, 806.80 (səkkiz yüz altı manat 80 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 80.68 (səksən manat 68 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 900.96 (doqquz yüz manat 96 qəpik) manat (12 ay x 73.83 manat + 15 manat ilkin ödəniş) ACER ASPİRE 3 markalı komputer, BAG RİVACASE komputer çantası üçün ümumilikdə, 859.21 (səkkiz yüz əlli doqquz manat, 21 qəpik) manat olmaqla ondan, 781.1 (yeddi yüz səksən bir manat 10 qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 78.11 (yetmiş səkkiz manat 11 qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 393.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il və xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 09482719 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1080 manat dəyərində olan SAMSUNG 25W CHARGER, İMEİ KODU **********48524 SAMSUNG GALAXY A34 5G markalı telefonu nisyə almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 09482962 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 900.96 manat dəyərində olan ACER ASPİRE 3 markalı komputer, BAG RİVACASE komputer çantasını nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.5-ci ü bəndinə əsasən Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər “Mal” ABC-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”-a mülkiyyət hüququ “Müştəri”-yə keçir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən “müştəri” bu müqavilənin (şərtlərini) pozduğu halda, “Mal”ı (habelə güzəştli şərtlərlə (ödənişsiz) təqdim edilmiş malı) ABC-nin tələbi ilə geri qaytarılmalıdır. Müqavilənin 3.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”-nin şərtlərini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” mal-ın istifadəsini mümkünsüz edə, o cemlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2023-cü il tarixli 09482719 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 72 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2024-cü il tarixli 09482962 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 73.83 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 09482719 nömrəli müqavilə üzrə aldığı əşyanın dəyərini ödəməmiş 806.80 manat borc, 80.68 manat cərimə, xx.xx.2024-cü il tarixli 09482962 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini ödəməmiş 781.1 manat borclu qalmış və 78.11 manat cərimə olmaqla, ümumilikdə 1746.69 manat borc hesablanmışdır. AR Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2023-cü il tarixli 09482719 nömrəli müqavilə üzrə 806.80 manat əsas, xx.xx.2024cü il tarixli 09482962 nömrəli müqavilə üzrə 781.1 manat əsas borc, dövlət rüsumuna görə 36 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir; Müqavilənin 3.4-cü bəndində göstərilənlər 3.1-ci bəndində göstərilənlərə və AR Mülki Məcəlləsinin 606.1-ci maddəsinin tələbinə zidd olduğundan RİNN-nə məhdudiyyətin qoyulması və aradan qaldırılması üçün ödənilən dövlət rüsumu alıcıdan tələb oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 09482719 nömrəli müqavilə üzrə 806.80 manat əsas, 8 manat cərimə, xx.xx.2024-cü il tarixli 09482962 nömrəli müqavilə üzrə 781.1 manat əsas, 8 manat cərimə və dövlət rüsumuna görə 36 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar