Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1097/2025 05.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 198.9 manat əsas, 29.8 manat cərimə, cəmi 228.7 manat: xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 57.9 manat əsas, 8.6 manat cərimə, cəmi 66.5 manat və xx.xx.2023-cü il tarixli ********* saylı alqı-satqı müqaviləsi üzrə 165.9 manat əsas, 24.8 manat cərimə, cəmi 190.7 manat, ümumilikdə üç müqavilə üzrə 422.7 əsas, 63.2 manat cərimə olmaqla cəmi 485.9 manat və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat aşağıdakı kimidir: xx.xx.2024ci il tarixli № ********* saylı müqavilənin məbləği 298,90 manatdır. Müqavilənin aylıq ödənişi 25,00 manat olmaqla, 12 ay müddətinə müəyyən edilib. Müqavilə üzrə cavabdeh tərəfindən Samsung markalı mobil telefon əldə edilib. Son ödəniş məbləği 25,00 manat olub, xx.xx.2025 tarixinə təyin edilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat isə aşağıdakı kimidir: Ödənilməmiş əsas borc məbləği 198,90 manat təşkil edir.Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 298,00 manatdır.Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə 90% güzəşt tətbiq edilməklə cavabdeh tərəfindən ödənilməli cərimə 29,80 manat müəyyən edilmişdir. Tutulmalı olan cəmi məbləğ 228,70 manat təşkil edir.xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilənin məbləği 649,90 manatdır.Müqavilənin aylıq ödənişi 37,00 manat olmaqla 18 ay müddətinə müəyyən edilmişdir. Müqavilə üzrə cavabdeh tərəfindən Taube markalı televizor, kronşteyn əldə edilib.Son ödəniş məbləği 37,00 manat olmaqla xx.xx.2025 tarixinə təyin edilmişdir. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği 57,90 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği isə 86,00 manat təşkil edir.Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.Cərimə məbləğinə 90% güzəşt tətbiq edilməklə cavabdeh tərəfindən ödənilməli cərimə 8,60 manat təyin edilmişdir.Tutulmalı olan cəmi məbləğ 66,50 manat təşkil edir. xx.xx.2023-ci il tarixli № ********* saylı müqavilənin məbləği 649,90 manatdır. Müqavilənin aylıq ödənişi 37,00 manat olmaqla 18 ay müddətinə müəyyən edilib.Müqavilə üzrə cavabdeh tərəfindən JVC markalı televizor əldə edilmişdir. Son ödəniş məbləği 37,00 manat olmaqla, xx.xx.2024 tarixinə təyin edilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği 165,90 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 248,00 manatdır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir.Cərimə məbləğinə 90% güzəşt tətbiq edilməklə, cavabdeh tərəfindən ödənilməli cərimə 24,80 manat müəyyən edilmişdir.Tutulmalı olan cəmi məbləğ 190,70 təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 298.90 manat dəyərində olan “Samsung” markalı mobil telefonu nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 649.90 manat dəyərində “Taube” markalı televizor, kronşteyni nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 011576891nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 649.90 manat dəyərində olan JVC markalı televizoru nisyə almışdır. Müqavilənin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. İşdə olan Ödəniş cədvəlinin surətinə əsasən xx.xx.2024-cü il tarixli ********* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 25 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan Ödəniş cədvəlinin surətinə əsasən xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 37 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan Ödəniş cədvəlinin surətinə əsasən xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 37 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 198.9 manat əsas, 29.8 manat cərimə borcu: xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 57.9 manat əsas borc, 8.6 manat cərimə və xx.xx.2023-cü il tarixli ********* nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 165.9 manat əsas, 24.8 manat cərimə borcu hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin xeyrinə Cavabdeh xx.xx.2024-cü il tarixli 011930051nömrəli alqı-satqı müqaviləsi üzrə 198.9 manat əsas borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 57.9 manat əsas borc, xx.xx.2023-cü il tarixli ********* nömrəli alqı-satqı müqaviləsi üzrə 165.9 manat əsas borc, dövlət rüsumuna görə 30 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ********* nömrəli Müddətli alqı-satqı müqaviləsi üzrə 198.9 manat əsas borc, 2 manat cərimə: xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli alqı-satqı müqaviləsi üzrə 57.9 manat əsas borc, 1 manat cərimə, xx.xx.2023-cü il tarixli ********* nömrəli Müddətli alqısatqı müqaviləsi üzrə 165.9 manat əsas borc, 2 manat cərimə borcu və dövlət rüsumuna görə 30 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1097/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1097/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver