Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1117/2024 04.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonu Bum qəsəbə sakini X8 ilə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1981-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. X2 anadan qüsurlu doğulmuşdur. Diaqnozu-ağır dərəcəli əqli gerilikdir. Müalicə və qulluq tələb edən davranış pozuntusu F - 72.1. İQ əmsalı 29 % özün qulluq qabiliyyəti yoxdur. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Anadan gəlmə eşitmə və nitq qüsurludur. Qeyd olunan anadangəlmə xəstəliyin daşıyıcısı olan qızım X7 fiziki-psixi inkişafdan geri qalmaqla təhsilə cəlb olunmamışdır. Qeyd olunan qüsurlu səbəblərə görə qızım X5 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 30 aprel 1981-ci il tarixli, 304164 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1981-ci il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci ildə 45 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş 17-1- 52/2-2417/2024 saylı xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, X1 Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatdadır. Diaqnoz: "Ağır əqli gerilik, ciddi davranış pozuntuları ilə". İş materiallarında olan Şəki Rayon Psixiatiya Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 254 saylı arayışında göstərilir ki, X6 xx.xx.2024-cü il tarixdə Şəki RPXda HPK tərəfindən müayinə olunmuşdur. Diaqnoz: "Ağır dərəcəli əqli gerilik müalicə və qulluq pozuntusu F72.1 İQ-əmsalı 29% qulluq tələb edən davranış Özünə qulluq qabiliyatinin olması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Anadangəlmə eşitmə və nitq qüsuru ilə". İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X6 xx.xx.1999-cu il tarixdə müayinə edilərək "Oliqofreniya debillik dərəcəsində. Anadangəlmə lal-karlıq" diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, e-2(025)-1117/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X3 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 2992 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs xx.xx.1981-ci il tarixdə Qəbələ anadan olmuşdur. Anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş travması ilə anadan olmuş, iki erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalmış, nitqi qabiliyyəti inkişaf etməmiş, psixi vəziyyəti ilə əlaqədar Şəki Rayon Psixiatiya Xəstəxanasında müalicələrdə olmuşdur. Əqli gerilik və davranış pozuntularının biruzə verməsi, hərdən əsəbiliyi, narahatlığı, yersiz hərəkətlərə yol verməsi, davranışında qəribəliklərin biruzə verməsi, evdən icazəsiz çıxaraq lazımsız əşyaları cibinə toplaması, xəstəliyi ilə əlaqədar İl qrup əlil olması, göstərilənlərlə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə ona təyin edilmiş sakitləşdirici bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması anası tərəfindən bildirilir. Mülki işə əlavə edilmiş Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş 17-1-52/2-2417/2024 saylı xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, X1 Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatdadır. Diaqnoz: "Ağır əqli gerilik, ciddi davranış pozuntuları ilə". Mülki işə əlavə edilmiş Şəki Rayon Psixiatiya Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 254 saylı arayışında göstərilir ki, X6 xx.xx.2024-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Diaqnoz: "Ağır dərəcəli əqli gerilik müalicə və qulluq pozuntusu F72.1 İQ-əmsalı 29% qulluq tələb edən davranış Özünə qulluq qabiliyatinin olması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Anadangəlmə eşitmə və nitq qüsuru ilə". Mülki işə əlavə edilmiş AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X6 xx.xx.1999-cu il tarixdə müayinə edilərək "Oliqofreniya debillik dərəcəsində. Anadangəlmə lalkarlıq" diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən uzvi simptomatika müəyyən edilir. Psixi statusu. Yoxlanılan səxs zahirən narahat görünür, stereotip olaraq ətraflara boylanır, mimikasında geyri-adekvat gərginlik nəzərə çarpır, bəzən isə öz-özünə gülür. Lallıqla əlaqədar verbal kontakta praktiki olaraq daxil olmur. Abstraktlaşdırma və təhlil-sintez qabiliyyəti inkişaf etməyib, ağıl zəifliyi əlamətləri müəyyən edilir. Maraq dairəsi adi tələbaltarını ödəməklə məhdudlaşır. Emosional-iradi sferası xeyli aşağıdır. Yoxlanılan şəxs keçirilən ekspertizanın məqsədini dərk etmir. X4 Lal şəxsdə ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal- hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş travması ilə anadan olması, iki erkən psixi inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqi qabiliyyəti inkişaf etməməsi, psixi vəziyyəti ilə əlaqədar Şəki Rayon Psixiatiya Xəstəxanasında "Ağır dərəcəli əqli gerilik müalicə və qullu pozuntusu F72.1 İQ-əmsalı 29% qulluq tələb edən davranış Özünə qulluq qabiliyatinin olması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Anadangəlmə eşitmə və nitq qüsuru ilə" diaqnozu ilə müalicədə olması, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində "Ağır əqli gerilik, ciddi davranış pozuntuları ilə" diaqnozu ilə qeydiyyatda olması, əqli gerilik və davranış pozuntularının biruzə verməsi, hərdən əsəbiliyi, narahatlığı, yersiz hərəkətlərə yol verməsi, davranışında qəribəliklərin biruzə verməsi, evdən icazəsiz çıxaraq lazımsız əşyaları cibinə toplaması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.1999-cu il tarixdə müayinə edilərək "Oliqofreniya debillik dərəcəsində. Anadangəlmə lal-karlıq" diaqnozu ilə ona müddətsiz İl qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə ona təyin edilmiş sakitləşdirici bununla əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: kəskin nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəməpsixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X6 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X4 Lal şəxsdə ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. 2-ci sual: X3 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən Lal şəxsdə ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 2992 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X3 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1981-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1117/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1117/2024
04.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver