Məhkəmə qərarları › İş №e-2(025)-1119/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1119/2023

24.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1119/2023 24.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair (Açar sözlər: borcun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehQəbələ rayonu Mıxlıqovaq kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 387 (üç yüz səksən yeddi) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat, cəmi 2460,60 (iki min dörd yüz altmış manat altmış qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 44,61 (qırx dörd manat altmış bir qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2505,61 (iki min beş yüz beş manat altmış bir qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi(bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ**********0000002944, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsininQəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayan Cavabdehməxsus mənzilində 467 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh**********01820 saylı qaz hesabında ödənilməmiş 2460,60 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 387 manat hissəsi sayğac göstəricisinə və 2073,60 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 387 manat həcmindəki borc Cavabdehyaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********078 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təminetmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 2073.60 manat həcmindəki borc Cavabdeh yaşadığı Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanıxx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “X3 dair tələbnaməsi” ilə 17280 m (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən İsayev X1 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməkləxx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, eyni zamanda göstərdi ki, hazırki iddia ərizəsi ilə Cavabdeh sayğac göstəricisinə əsasən tələb edilən 387 manat Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(025)-1003\2022 saylı qətnaməsi ilə tutulmuş məbləğdə də əhatə olunmuşdur. Lakin hazırda həmin məbləğ cavabdeh tərəfindən ödənilmədiyindən yenidən cavabdehdən tələb edilməkdədirlər. Dəymiş ziyan ilə bağlı aparılmış hesabata əsasən hesablanmış 2073,60 manat borc isə 6 aya uyğun hesablanmışdır. Cavabdehin 6 ay ərzində sayğacdan qanunsuz istifadə etməsinə dair başqa sübutları yoxdur. Ümumiyyətlə hesablamalar bu formada aparılmaqdadır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, sayğaca müdaxilə edərək sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etmişdir. Lakin sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi 5 və ya 6 günü əhatə etməkdədir. Belə ki, qaz idarəsinin əməkdaşları ayda 2 dəfə sayğaca baxış keçirməkdədirlər. Bu səbəbdən qeyri-qanuni qazdan 6 ay istifadə etməsi ağlabatan deyildir və 6 aya əsasən ona cərimə yazılması ilə razılaşmır. Həmçinin sayğac göstəricisinə əsasən ondan tələb edilən 387 manatla bağlı 2022-ci ildə Qəbələ rayon məhkəməsi tərəfindən qətnamə çıxarılmışdır. Həmin qətnamədə ondan 487 manat tutulması qət edilsə də, qətnamə çıxarılandan sonra müəyyən ödənişlər etmişdir. İddia tələbini həmin hissədə qəbul etmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və iddiaçı tərəfindən təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli, 467 №-li müqavilədən görünür ki, müqavilə üzrə paylayıcı adlanacaq Zaqatala RQİİ-nin rəisiQ.Mehdiyev şəxsində bir tərəfdən və bundan sonra istehlakçı adlanacaq Cavabdeh müqavilə aşağıdakı şərtlərlə bağlamışlar, paylayıcı bu müqavilə müəyyən edilmiş şərtlərə uğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan İddiaçı İB-nin «təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx.xx.2022-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, abonentin sayğacdan kənar şlanaq birləşməsi ilə qeyri-qanuni qazdan istifadə etməsi müəyyən olunmuşdur. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli “X3 dair tələbnamə”dən görünür ki, İddiaçı İB-nə 17280 m3 ziyan dəymişdir. Belə ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. İş materiallarında olan 24fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində fərdi evində qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 2073,60 manat məbləğində ziyan vurduğu üçün İXM-nin 282.1-ci maddəsinə əsasən 100 manat cərimə olunmuşdur. İş materiallarında olan “Abonentin Saldosu”ndan görünür ki, Cavabdeh sayğac göstəricəsinə əsasən qaz borcu 2019-cu il üçün 126,30 manat, 2020-ci il üçün 175,20 manat, 2021-cü il üçün 350,70 manat, 2022-ci il üçün 200 manat, 2023-cü ilin avqust ayına qədər 64,50 manat müəyyən edilmişdir. İş materiallarına məhkəmənin təşəbbüsü ilə əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(025)-1003/2022 nömrəli qətnaməsindən görünür ki, 478 (dörd yüz yetmiş səkkiz) manat əsas borc, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla ümumilikdə 508.40 (beş yüz səkkiz manat qırx qəpik) manat borc pul Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 02 may 2019-cu il tarixli müqavilənin: 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, istehlakçı bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərilikdən) sonra bir ay müddətində İstehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 3.2.1-ci bəndinə əsasən, Qazdan istifadə edən istehlakçılar qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normatik hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və.s göstərilməliklə) istinad edilməş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh İstehsalat Birliyi Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən və sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borcları tələb edir. Məhkəmə İddiaçı Cavabdeh qarşı sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borcun ödənilməsi tələbinə dair məhkəmə aşağıdakıları qeyd edir: Beləliklə, işin halları ilə müəyyən olunur ki, iddiaçı cavabdehlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona məxsus mənzili təbii qazla təchiz etmişdir. Cavabdehə məxsus mənzildə istehlak edilmiş təbii qazın dəyəri tam ödənilmədiyindən həmin xidmət üzrə borc yaranmış və təbii qazdan istifadəyə görə borcun 387 manat olması müəyyən edilmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi də izahatında sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc ilə bağlı 2022-ci ildə Qəbələ Rayon Məhkəməsi tərəfindən müvafiq qətnamə çıxarıldığını, həmin qətnamədə təmin edilmiş məbləğ ilə hal-hazırda cavabdehdən tələb edilən 387 manatın eyni dövrü əhatə etməsini qeyd etmişdir. Bu səbəbədən məhkəmə tərəfindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(025)-1003/2022 nömrəli qətnaməsi iş materiallarına əlavə edilmiş və eyni zamanda araşdırma aparılaraq müəyyən edilmişdir ki, e-2(025)-1003/2022 nömrəli mülki işdə iddiaçı tərəfindən iddialarının əsası kimi iddia ərizəsinə əlavə edilmiş abonentin saldosunda (2022-ci ilin iyun ayına qədər olan) göstərilən məbləğlər ilə, hazırki iddia ərizəsinə əlavə edilmiş abonentin saldosunda (2023cü ilin avqsut ayına qədər olan) göstərilən məbləğlər eynidir. Göründüyü kimi hazırkı iddia ərizəsi ilə iddiaçının cavabdehdən tələb etdiyi sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış 387 manata görə Qəbələ Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə e-2(025)-1003/2022 nömrəli qətnamə qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən borc tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə iclasında iş materialları müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə etməsi müəyyən edilmişdir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi,İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “X3 dair tələbnaməsi” ilə 17280 m (və ya 2073.60 manat) həcmində müəyyən edilmişdir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X2 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X2 Agentliyinin Şəki filialı tərəfindən İsayev X1 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir. Həmin qərardan Cavabdeh tərəfindən şikayət verilməmiş, həmin qərarın əsassız olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə etməsini etiraf etmişdir. Lakin cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadəsinə görə ona hesablanmış 2073,60 manatla razı olmadığını bildirmişdir. Etirazı isə onunla əsaslandırmışdır ki, qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan 5-6 gün müddətində istifadə etmişdir. Beləliklə, məhkəmə bununla bağlı qeyd edir ki, Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə etməsi işin mübahisəsiz halıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “X3 Dair” tələbnamədən də göründüyü kimi itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması 180 gün üçün hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan 6 ay istifadə etməsi barədə hər-hansı sübut təqdim edilməmişdir. Lakin “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli, 467 №-li müqavilənin 2.1.6-cı bəndinə əsasən isə “istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək paylayıcının vəzifəsidir. Bu səbəbdən məhkəmə hesab edir ki, ayda bir dəfə sayğaca baxış keçirilməsi qaz paylayıcının vəzifəsi olduğundan, iddiaçının cavabdehin qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə müddətinin 6 ay hesablaması məntiqi və ağlabatan deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehə məxsus qaz sayğacına hər ay bir dəfə baxış keçirilməsi nəzərə alınmalı, nəticə olaraq itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması 30 gün, yəni 1 ay üçün hesablanmalıdır. Beləliklə, 180 gün üçün itirilmiş qaz üçün 2073,60 manat hesablanma nəzərə alınmaqla, 30 gün üçün itirilmiş qaza görə ziyan 345,60 ((2073,60 : 180) x 30 ) manat hesablanmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyan ilə bağlı aparılmış hesabata əsasən yaranmış borc hissəsində də qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayan Cavabdeh itirlmiş qazın bərpası üçün 345,60 manat borc tutularaq İddiaçı hesabına ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan tələb edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli olduğundan, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 (qırx) manat Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayan Cavabdeh 345,60 manat əsas borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx) manat bank xidmət haqqı, ümumilikdə isə 376 (üç yüz yetmiş altı) manat borc (pul) tutularaq İddiaçı hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar