Məhkəmə qərarları › İş №e-2(025)-1126/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1126/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1126/2025 07.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cəmiyyət tərəfindən sığortalanmış “X5” markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 02:45 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində “X6” markalı **-FA-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində dəymiş zərərin ödənilməsi üçün verilmiş 3505,00 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 55,00 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Qəbələ rayonu, Nohurqışlaq kəndində Şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “X5” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “X6” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPİ əməkdaşı tərəfindən tərtib edilən inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “X6” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 3505,00 (üç min beş yüz beş) manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına 2438,19 (ikimin dörd yüz otuzsəkkiz manat on doqquz qəpik) manat məbləğində sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrəPXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 3505,00 (üç min beş yüz beş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli PXA********** nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən xx.xx.2022-xx.xx.2023 sığorta müddətində sığortaçı "xxxx" ASC sığortalı “X5” markalı **-EX-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması zamanı sığorta riskləri olduğu təqdirdə əmlaka dəyən zərərə görə 5000,0 manat məbləğinda sığorta təminatı vermişdir. İşdə olan Qəbələ DYP-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh AR İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, “X5” markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə saat 02:45 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində “X6” markalı **-FA-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 3245,00 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan 15415/2023 nömrəli Ödəniş aktının surətinə əsasən "xxxx" Şirkəti PXA********** saylı Sığorta Aktına əsasən X1 3505,00 manat ödəmişdir. İşdən görünür ki, 2023-cü il iyunun 28-də Cavabdeh idarə etdiyi “X5” markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonu, Nohurqışlaq kəndində “X6” markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “X6” markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobilə 3505,00 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh 3505,00 manat və ödənilmiş dövlət rüsumuna görə 55,00 manat tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3505,00 manat və dövlət rüsumuna görə 55,00 manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar