Məhkəmə qərarları › İş №e-2(025)-114/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-114/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-114/2025 08.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X2, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib cəmiyyət tərəfindən sığortalanmış “Vaz 21074” minik markalı **-OK- *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Hacıalılı kəndində “vaz 21074” markalı **-TZ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində dəymiş zərərin ödənilməsi üçün verilmiş 2215 manat sığorta ödənişi məbləğinin və ödənilmiş 42,15 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, “VAZ 21074” markalı, 10–OK–349 dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2021-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il yanvarın 27-də Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı, 10–OK– 349 dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonu, Hacıalalı kəndində“VAZ 21074” markalı, 10–TZ–598 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Qəbələ DYP-in xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.3-cü(Bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə)) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Başqa sözlə desək, vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi inzibati xəta haqqında qərarıilə müəyyən edilərək, təsdiqini tapmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində verilmiş 1297 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “VAZ 21074” markalı, 10–TZ–598 dövlət nömrə nişanlı avtomobilə 2215 manat zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 2215 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs X1 ödəmişdir İşdə olan xx.xx.2021-ci il tarixli PXA********** nömrəli İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən xx.xx.2021-xx.xx.2022 sığorta müddətində sığortaçı "xxxx" ASC sığortalı “Vaz 21074” minik markalı **-OK-*** dövlət nömrə nişanlı avtomobilin idarə olunması zamanı sığorta riskləri olduğu təqdirdə əmlaka dəyən zərərə görə 5000,0 manat məbləğinda sığorta təminatı vermişdir. İşdə olan PXA 109236 saylı Sığorta Aktına əsasən “Vaz 21074” minik markalı **-OK-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində “Vaz 21074” markalı **-TZ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 2215,00 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Qəbələ DYP-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh AR İXM-nin 332.3-cü (Bu Məcəllənin 332.2-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə)) və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1297 nömrəli qiymətləndirmə aktından görünür ki, “Vaz 21074” minik markalı **-OK-*** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə Qəbələ rayonu, Hacıalılı kəndində “Vaz 21074” minik markalı **- TZ-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 2215,00 manat məbləğində müəyyən olunmuşdur. İşdən görünür ki, 2022-ci il yanvarın 27-də Cavabdeh idarə etdiyi “Vaz 21074” minik markalı, **- OK-*** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonu, Hacıalılı kəndində “Vaz 21074” minik markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Vaz 21074” minik markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobilə 2215,00 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh 2215,00 manat və ödənilmiş dövlət rüsumuna görə 42,15 manat tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2215,00 manat əsas borc və dövlət rüsumuna görə 42,15 manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar