Məhkəmə qərarları › İş №e-2(025)-117/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-117/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-117/2025 08.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında zərərin ödənilməsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1500,00 (bir min beş yüz) manat sığorta ödənişi məbləğinin və 35,00 (otuz beş) manat dövlət rüsumunun, cəmi 1585,00 (bir min beş yüz səksən beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “VAZ 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Qəbələ rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “X3” markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1500,00 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Qəbələ Rayon Məhkəməsinin Qərarına əsasən Cavabdeh yolnəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt“VAZ 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur İşdə olan xx.xx.2019-cu il tarixli PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İşdə olan 19-11706/12/AA-9451/19 saylı Sığorta Aktına əsasən “Vaz 21074” minik markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdə Qəbələ rayonu ərazisində “X3” markalı ** TK *** dövlət nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində sığorta predmetinə dəymiş zərər 1500,00 manat məbləğində müəyyən olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(025)-504/2019 nömrəli qərara əsasən Cavabdeh AR İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İşdən görünür ki, 2019-cu il oktyabrın 18-də Cavabdeh idarə etdiyi “Vaz 21074” markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ rayonunda “X3” markalı, ** TK *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Nəticədə “X3” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilə 1500,00 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinıə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres)hüququ vardır. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə tədqiq olunmuş sübutlara yuxarıda qeyd olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, Cavabdeh 1500,00 manat və ödənilmiş dövlət rüsumuna görə 35 manat tutulub iddiaçı "xxxx" ASC-yə verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500,00 manat məbləğində borc və dövlət rüsumuna görə 35 manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar