Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1185/2024 10.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və vəkili X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizəsinə dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, xx.xx.2009-cu il tarixdə vəfat etmiş bibisi X2 miras qalmış Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən 0.5877 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/1 hissəsini faktik surətdə qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi iş üzrə əlavə sübutların toplanmasından ötrü vaxt tələb olunduğunu bildirmiş və ərizə verərək işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, Ərizəçi iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Dövlət rüsumu haqqında” AR Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X3 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1185/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1185/2024
10.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver