Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1188/2024 28.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 aprel 1983-cü ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, Qəbələ rayonu, Xırxatala kəndində qeydiyyatda olan və yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxxx 1955-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. xx.xx.1979-cu il tarixində X1 ilə nikahlarını qeyd etdirmişdir. Birgə evliliklərindən olan övladlarından 15 aprel 1983-cü il təvəllüdlü X5 adangəlmə fiziki qüsurlu, lal-kar olmaqla, davranış pozuntusu olan xəstədir və ona yoldaşı baxaraq qulluq göstərir. X8 TSEK arayışına əsasən “İ(birinci) dərəcəli müddətsiz əlilliyi olan şəxs hesab olunmuş, diaqnoz-Oliqafreniya ağır imbesillik dərəcəsində. Anadangəlmə lalkarlıq. Başqasının qulluğuna ehtiyacı olmaqla”. Eyni zamanda övladı öz hərəkətlərini tənzimləyə bilmir, daim başqa şəxsin köməyinə və qayğısına ehtiyacı vardır. Övladının yetkinlik yaşı tamam olduğundan və onun tərəfindən hüquqmüəyyənedici sənədlərin imzalanması zərurəti yarandığından bir sıra çətinliklərlə üzləşir. Odur ki, övladı X5 öz hərəkətlərinin mənasını başa düşməməsinə görə onun fəaliyyət qabiliyyəti olmaması barədə qərar verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 13 iyun 1983-cü il tarixli, 324022 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5xx.xx.1983-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1983-cü ildə 30 № ilə qeyd edilmişdir. İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X5 xx.xx.2001-ci il tarixdə müayinə edilərək "Oliqofreniya, ağır imbesillik dərəcəsində. Anadangəlmə lalkarlıq" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 17sentyabr 2024-cü il tarixli, e-2(025)-1188/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X5 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X2öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 3085 saylırəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur.Yoxlanılan şəxs xx.xx.1983-cü il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Anasının deməsinə görə qızının körpəlik dövründə yüksək qızdırmalı hal keçirmiş, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalmış, nitqi və eşitmə qabiliyyəti inkişaf etməmiş, əqli inkişafdan gerilik və lal-karlıq müəyyən edildiyi üçün müvafiq həkimlərə müraciətləri olmuş, əqli geriliklə əlaqədar məktəbdə oxumamış, əvvəllər nevropatoloqun müalicəsini qəbul etmiş, Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması məlum olur. Xəstəliyi ilə əlaqədar davranış pozuntularının biruzə verməsi, narahatlığı, ara-sıra qıcolma tutmalarının biruzə verməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması anası tərəfindən bildirilir. Mülki işə əlavə edilmiş AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X5 xx.xx.2001-ci il tarixdə müayinə edilərək "Oliqofreniya, ağır imbesillik dərəcəsində. Anadangəlmə lalkarlıq" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində hal hazırki psixiatrik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dərivə görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi orqanik dəyişiklik qeyd edilmir. Psixi statusu. Yoxlanılan şəxs zahirən narahat görünür, stereotip olaraq ətraflara boylanır, mimikasında qeyri-adekvat gərginlik nəzərə çarpır. Lal-karlıqla əlaqədar verbal kontakta praktiki olaraq daxil olmur. Abstraktlaşdırma və təhlil-sintez qabiliyyəti inkişaf etməyib, ağır dərəcəli ağıl zəifliyi əlamətləri müəyyən edilir. Maraq dairəsi adi tələbaltarını ödəməklə məhdudlaşır. Emosional-iradi sferası xeyli aşağıdır. Yoxlanılan şəxs keçirilən ekspertizanın məqsədini dərk etmir. Yuxarıda göstərilənlərə əsasən belə qərara gəlinir ki, X3 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs körpəlik dövründə yüksək qızdırmalı hal keçirməsi, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi və eşitmə qabiliyyəti inkişaf etməməsi, əqli inkişafdan gerilik və lalkarlıq müəyyən edildiyi üçün müvafiq həkimlərə müraciətləri olması, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar davranış pozuntularının biruzə verməsi, narahatlığı, ara-sıra qıcolma tutmalarının biruzə verməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2001-ci il tarixdə müayinə edilərək "Oliqofreniya, ağır imbesillik dərəcəsində. Anadangəlmə lal-karlıq" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə dərin dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X5 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X3 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. 2-ci sual: X2 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları,ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 3085 saylırəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X2 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1983-cü ildə Qəbələ rayonu Xırxatala kəndində anadan olmuş, Qəbələ rayonu, Xırxatala kəndində qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesabedilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cüildə Qəbələ rayonu Xırxatala kəndində anadan olmuş, Qəbələ rayonu, Xırxatala kəndində qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçiaid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1188/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1188/2024
28.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver