Məhkəmə qərarları › İş №e-2(025)-1217/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1217/2025

02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1217/2025 02.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hüquq əhəmiyyətli faktının müəyyən edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının təsdiq olunması tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib ünvan 1 ünvanda yerləşən 600,0 kv/m torpaq sahəsinin fərdi mənzil tikilməsi məqsədilə verilməsinə dair Qəbələ rayon Dövlət Arxivində saxlanılan Qəbələ rayon XDS İK-nin xx.xx.1992 - ci il tarixli 22 nömrəli iclas protokolundan Çıxarışda 230-cı sırada qeyd olunan X3 adının Ərizəçi aid edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi göstərmişdir ki, Qəbəbə rayon XDS İK-nin xx.xx.1992 - ci il tarixli 22 nömrəli nömrəli qərarı ilə fərdi mənzil tikilməsi məqsədilə ona 600,0 kv/m torpaq sahəsi verilmiş və ünvan 1 ünvanda yerləşən boş ərazidə ayrılıb təhkim edilmişdir. Qəbələ rayon İHB-nin xx.xx.1993-cü il tarixli 207 nömrəli qərarı ilə ona ayrılmış ərazidə ümumi sahəsi 91,0 kv/m və yaşayış sahəsi 76,0 kv/m olan üç otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və evin layihəsi təsdiq edilmişdir. Həmin ünvanda təsdiq olunmuş layihə əsasında fərdi yaşayış evini tikmiş və indiyədək ailə üzvləri ilə birlikdə orda yaşamışdır. ünvan 1 ünvanda yerləşən 600,0 kv/m torpaq sahəsinin fərdi mənzil tikilməsi məqsədilə verilməsinə dair Qəbələ rayon Dövlət Arxivində saxlanılan Qəbələ rayon XDS İK-nin xx.xx.1992 - ci il tarixli 22 nömrəli iclas protokolundan Çıxarışda adı səhvən X1 qeyd olunduğundan daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də, Qəbələ rayon XDS İK-nin xx.xx.1992 - ci il tarixli 22 nömrəli qərarında 230-cı sırada qeyd olunan X3 adının Ərizəçi aid edilməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan Qəbələ rayon Dövlət Arxivindən verilmiş xx.xx.2024-cü il tarixli 19111 saylı Arxiv arayışına əsasən Qəbələ rayon XDS-nin xx.xx.1992-ci il tarixli 22 nömrəli protokol qərarı ilə Qəbələ şəhərində fərdi mənzil tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsi 230-cu sırada X2 verilmişdir. İşdə olan xx.xx.1993-cü il tarixli həyətyanı torpaq sahəsi ayrılması barədə Aktın surətinə əsasən Qəbələ rayon XDS-nin 6 may 1992-ci il tarixli 22 nömrəli qərarı ilə fərdi mənzil tikintisi məqsədilə Qəbələ şəhər sakini Ərizəçi Həbibulla oğluna ayrılmış 30mx20m ölçüdə ümumi sahəsi 600,0 kvm həyətyanı torpaq sahəsi ünvan 1 ünvanda yerləşən ağac olmayan boş ərazidə təhkim edilmişdir. İşdə olan xx.xx.1993-cü il tarixli 440/93 saylı İcazə vərəqinin surətinə əsasən Qəbələ rayon İHB-nin xx.xx.1993-cü il tarixli 207 nömrəli qərarı ilə Ərizəçi Həbibulla oğluna ünvan 1 ünvanda yerləşən torpaq sahəsində ümumi sahəsi 91,0 kv/m və yaşayış sahəsi 76,0 kv/m olan üç otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan xx.xx.1993-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə müddətsiz istifadə üçün fərdi yaşayış evi tikintisinə torpaq sahəsi verilməsi haqqında Nümunəvi müqavilənin surətinə əsasən Qəbələ rayon XDS-nin 6 may 1992-ci il tarixli 22 nömrəli qərarı ilə Ərizəçi Həbibulla oğluna ayrılmış ünvan 1 ünvanda yerləşən 30mx20m ölçüdə 600,0 kv/m torpaq sahəsində əlavə edilmiş Planda layihələndirilmiş ümumi sahəsi 91,0 kv/m və yaşayış sahəsi 76,0 kv/m olan üç otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin xx.xx.1996-cı il tarixədək tikilib qurtarmasına razılıq verilmişdir. İşdə olan Elektron inforfasiya mənbəyinin məlumatına əsasən Azərbaycan Respublikası əhalisi tərkibində X3 adında fiziki şəxs yoxdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərbası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərərk hesab edir ki, ünvan 1 ünvanda yerləşən 600,0 kv/m torpaq sahəsinin fərdi mənzil tikilməsi məqsədilə verilməsinə dair Qəbələ rayon Dövlət Arxivində saxlanılan Qəbələ rayon XDS İK-nin xx.xx.1992 - ci il tarixli 22 nömrəli iclas protokolundan Çıxarışda 230-cı sırada qeyd olunan X3 adının Ərizəçi aid edilməsi aid edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. ünvan 1 ünvanda yerləşən 600,0 kv/m torpaq sahəsinin fərdi mənzil tikilməsi məqsədilə verilməsinə dair Qəbələ rayon Dövlət Arxivində saxlanılan Qəbələ rayon XDS İK-nin xx.xx.1992 - ci il tarixli 22 nömrəli iclas protokolundan Çıxarışda 230-cı sırada qeyd olunan X3 adının Ərizəçi aid edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar