Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1228/2025 25.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq əhəmiyyətli faktının müəyyən edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi hüqüqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək Qəbələ rayonunda daimi olaraq yaşamış dekabr 1978-ci il təvəllüdlü X5 günvurma səbəbindən xx.xx.1996-cı il tarixdə Bakı şəhərində, Mərkəzi Hərbi Qospitalda ölməsi haqqında AR MN Mərkəzi Hərbi Qospitalı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli ölüm haqqında tibbi şəhadətnamənin xx.xx.1977-ci il tarixdə Qəbələ rayonunda anadan olub xx.xx.1996-cı il tarixdə vəfat etmiş X8 aid edilməsi faktının müəyyən edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi göstərmişdir ki, X10 xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu, Böyük Pirəli kəndində anadan olub X6 və X4 törəmişdir. O, 1996-cı ilin iyun ayında Qəbələ rayon Hərbi komissarlığından həqiqi hərbi xidmətə aparılmış, həmin ilin iyul ayında Naxçıvan MR ərazisində hərbi xidmətkeçmə yerində günvurma səbəbdən sağlamlığı pozulmuş və xx.xx.1996-cı il tarixdə Bakı şəhərində, Mərkəzi Hərbi Qospitalında ölmüşdür. AR MN Mərkəzi Hərbi Qospitalı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli ölüm haqqında tibbi şəhadətnamədə onun doğum tarixi-dekabr 1978-ci il, adı isə X2 qeyd olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamədə adı və təvəllüdü səhv göstərildiyindən X7 indiyədək ölüm akt qeydi aparılmamışdır. Ona görə də, Qəbələ rayonunda daimi olaraq yaşamış dekabr 1978-ci il təvəllüdlü X5 günvurma səbəbindən xx.xx.1996-cı il tarixdə Bakı şəhərində, Mərkəzi Hərbi Qospitalda ölməsi haqqında AR MN Mərkəzi Hərbi Qospitalı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli ölüm haqqında tibbi şəhadətnamənin xx.xx.1977-ci il tarixdə Qəbələ rayonunda anadan olub xx.xx.1996-cı il tarixdə vəfat etmiş X8 aid edilməsi faktının müəyyən edilməsi barədə ərizə vermişdir. İşdə olan İV JQ 406969 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.1977-ci il tarixdə Qəbələ (Qutqaşen) rayonunda anadan olub X14 və X4 törəmişdir. İşdə olan XXVİ JQ 611359 nömrəli SSSR vətəndaşı pasportunun surətinə əsasən X12 xx.xx.1977-ci il tarixdə Qəbələ( Qutqaşen) rayonu, Böyük Pirəli kəndində anadan olmuşdur. İşdə olan AR MN Mərkəzi Hərbi Qospitalı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli ölüm haqqında tibbi şəhadətnamənin surətinə əsasən Qəbələ rayonunda daimi olaraq yaşamış, dekabr 1978-ci il təvəllüdlü X11 günvurma səbəbindən xx.xx.1996-cı il tarixdə Bakı şəhərində, Mərkəzi Hərbi Qospitalda ölmüşdür. İşdə olan AR ƏN Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 xx.xx.2025-ci il tarixli 3-16-5/7-V-1xx-xx/2025 saylı məlumatda göstərilmişdir ki, Qəbələ rayon Qeydiyyat şöbəsi və Qəbələ rayonu Böyük Pirəli kənd İN-nin 1993-1999-cü illər üzrə ölüm haqqında akt qeydləri, o cümlədən “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X1 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan AR SHXÇ üzrə DX-nin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 36 nömrəli Arayışda göstərilmişdir ki, X10 xx.xx.1996-cı il tarixdə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi xidmətə göndərilmişdir. X10 (Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arayışında X3 qeyd olunmuşdur) xx.xx.1996-cı il tarixində hərbi xidmətdə olarkən vəfat etmişdir. İşdə olan AR SHXÇ üzrə DX-nin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatda göstərilmişdir ki, X10 xx.xx.1996-cı il tarixdə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi xidmətə çağırılmış və hərbi xidmətdə olarkən vəfat etmişdir. Onun ölməsi barədə bildiriş və Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 2-V-12xx-xx/2024 nömrəli xx.xx.2024cü il tarixli arayışı şöbəyə daxil olmamışdır. АR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X10 xx.xx.1996-cı il tarixdə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi xidmətə göndərilmiş və xx.xx.1996-cı il tarixində hərbi xidmətdə olarkən vəfat etmişdir. AR Bakı Mərkəzi Hərbi Qospitalı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli ölüm haqqında tibbi şəhadətnamədə səhvən onun doğum tarixi-dekabr 1978-ci il, adı isə X2 qeyd olunmuşdur. AR MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, AR MN Mərkəzi Hərbi Qospitalı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli ölüm haqqında tibbi şəhadətnamə xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu, Böyük Pirəli kəndində anadan olub xx.xx.1996-cı il tarixdə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi xidmətə çağırılmış və xx.xx.1996-cı il tarixdə hərbi xidmətdə olarkən vəfat etmiş X10 barədə olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə təmin olunsun. AR MN Mərkəzi Hərbi Qospitalı tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli ölüm haqqında tibbi şəhadətnamənin (Qəbələ rayonunda daimi olaraq yaşamış, dekabr 1978-ci il təvəllüdlü X5 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində, Mərkəzi Hərbi Qospitalda ölməsi haqqında) xx.xx.1977-ci il tarixdə Qəbələ rayonu, Böyük Pirəli kəndində anadan olub xx.xx.1996-cı il tarixdə Qəbələ rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi xidmətə çağırılmış və xx.xx.1996-cı il tarixdə hərbi xidmətdə olarkən vəfat etmiş X10 barədə olması faktı müəyyən edilsin. Qətnamədən 1(bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1228/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1228/2025
25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver