Məhkəmə qərarları › İş №e-2(025)-1234/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1234/2024

04.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1234/2024 04.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Qəbələ rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü avtomobil qəzası nəticəsində birinci qrup əlil olan (müddətsiz) X2 fəaliyyət olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, X3 ilə rəsmi nikah qeydiyyatından keşərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2003-cü il tarixdə X5 adlı uşaqları doğulmuşdur. X1 2021-ci ildə avtomobil qəzası keçirib və baş beyində cərrahi əməliyyat olunmuşdur. Ancaq kənar şəxslərin köməyi ilə çiyin və dizlərində, aşağı ətraf oynaqlarında hərəkət az dərəcədə mümkündür. AR-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi - Sosial Ekspert Komissiyasında sonuncu müaniyəyə dair məlumatına görə Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, birinci dərəcəli əlillik verilmişdir. Əlillik və sağlamlıq imkanlarının məhdudluğu müddətsizdir. Əmək qabiliyyəti itirilmə faizi: Əmək qabiliyyətsizdir. Daimi kənar şəxslərin qulluğuna ehtiyacı var. X5 hərbi xidmət yaşına çatmasına baxmayaraq AR-sı Nazirlər kabinetinin xx.xx.2008-ci il tarixli, 59 №li qərarına əsasən həm dinc dövürdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız hesab edilmişdir. SX № ******* saylı hərbi biletin 28-ci səhifəsində bu barədə qeyd aparılıb. Yuxarıda qeyd edilən səbəblərə görə ömürlük qayğıya ehtiyacı olduğuna və bu qayğını hər tərəfli həm sesial, həm maddi və həm də fiziki olaraq mütəmadi aparılması üçün dövlət yardımına çox ehtiyac var. Ona görə də X2 məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verib, ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə müvafiq qətnamənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan 12 mart 2003-cü il tarixli, 333326 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2003-cü il tarixdə doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2003-cü ildə 68 № ilə qeyd edilmişdir. İş materiallarında olan AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X5 xx.xx.2022-ci il tarixdə müayinə edilərək "Spastik tetraplegiya, Spastik tetraparez. Beyin ödemi, QKBT, Sağ beyin yarımkürəsi üzərində epidural hematoma. Disfaziya və afaziya, Motor afaziya. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Dekompressiv kramioektomiya və epidural hematomanın boşaldılması cərrahiyyə əməliyyatından sonrakı vəziyyət" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş 85 saylı xx.xx.2021-ci il tarixli arayışında göstərilir ki, X5 həqiqətən də xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək Bakı şəhər 3 nömrəli şəhər kliniki xəstəxanasında "Qapalı kəllə - beyin travması. Baş beynin ağır dərəcəli əzilməsi, sıxılması. Sağ beyin yarımkürəsinin üzərində epidural hematoma" diaqnozu ilə stasionar şəraitdə müalicədə olmuşdur. Hal-hazırda sahə həkiminin nəzarəti altında ambulator müalicədədir. Qəbələ Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, e-2(025)-1234/2024 nömrəli qərardadı ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, iş üzrə rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: X5 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? X2 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 3099 saylı rəyi ilə mülki iş materiallarından, təqdim edilmiş tibbi sənəd və yoxlanılan şəxsin anasından toplanılmış anamnestik məlumatlardan aşağıdakılar məlum olur. Yoxlanılan şəxs xx.xx.2003-cü il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. Anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşmayıb. Erkən psixofiziki inkişafı adi olmuşdur. Adi uşaqlıqda infeksion xəstəlikləri fəsadsız keçirmişdir. Məktəbə vaxtında getmiş, orta təhsillidir. Ağır somatoinfeksion xəstəlik keçirməmişdir. Anamnestik məlumatlar və tibbi sənəd görə yoxlanılan şəxs xx.xx.2021-ci il tarixdə avtoqəza keçirmiş, qapalı kəllə beyin travması almış, cərrahi əməliyyat keçirmiş, bir neçə ay stasionar qaydada xəstəxanada müalicədə olmuş, hərəki və nitq funksiyaları itmişdir. Yoxlanılan şəxs daima yatada uzanıqlı vəziyyətdədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X9 Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilmiş 85 saylı xx.xx.2021-ci il tarixli arayışında göstərilir ki, X5 həqiqətən də xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək Bakı şəhər 3 nömrəli şəhər kliniki xəstəxanasında "Qapalı kəllə-beyin travması. Baş beynin ağır dərəcəli əzilməsi, sıxılması. Sağ beyin yarımkürəsinin üzərində epidural hematoma" diaqnozu ilə stasionar şəraitdə müalicədə olmuşdur. Hal-hazırda sahə həkiminin nəzarəti altında ambulator müalicədədir. Mülki işə əlavə edilmiş AR ƏƏSMN TSEK tərəfindən təqdim edilmiş elektron arayışında göstərilir ki, X5 xx.xx.2022-ci il tarixdə müayinə edilərək "Spastik tetraplegiya, Spastik tetraparez. Beyin ödemi, QKBT, Sağ beyin yarımkürəsi üzərində epidural hematoma. Disfaziya və afaziya, Motor afaziya. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Dekompressiv kramioektomiya və epidural hematomanın boşaldılması cərrahiyyə əməliyyatından sonrakı vəziyyət" diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində hal hazırki psixiatrik müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən keçirilmiş ağır kəllə-beyin travmasından sonrakı vəziyyət, hemiparalic və digər üzvi simptomatika müəyyən edilir. Psixi statusu: Yoxlanılan şəxs gətirildiyi avtomaşında uzanıqlı haldadır. Ona ünvanlanmış sualları cavablandıra bilmir, yalnız gözlərini açaraq başı ilə müəyyən məhdud hərəkətlər edir, səslərə, çağırışlara reaksiya vermir, onunla ünsiyyət yaratmaq mümkün olmadı. Nəticə hissəsi: İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlinir ki, X5 hər-hansı bir xroniki psixi xəstəlikdən əziyyət çəkməmişdir. Hal-hazırda onda Keçirilmiş ağır qapalı kəllə-beyin travmasının nəticələri, vegetativ vəziyyət müəyyən edilir. Bu xəstəlik onda xx.xx.2021-ci il tarixdə yol qəza avtoqəza hadisəsi nəticəsində yaranmışdır. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəməpsixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: X5 hər-hansı bir psixi xəstəlikdən əzab çəkirmi? Cavab: X5 hər-hansı bir xroniki psixi xəstəlikdən əziyyət çəkməmişdir. Hal-hazırda onda Keçirilmiş ağır qapalı kəllə-beyin travmasının nəticələri, vegetativ vəziyyət müəyyən edilir. 2-ci sual: X2 öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: Bu xəstəlik onda xx.xx.2021ci il tarixdə yol qəza avtoqəza hadisəsi nəticəsində yaranmışdır. X2 hazırki psixi vəziyyətinə görə o, fəaliyyət qabiliyyətsizdir, həmçinin öz prosesual hüquqlarını şəxsən həyata keçirmək iqtidarında deyildir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli, 3099 saylı rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X2 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar