Məhkəmə qərarları › İş №e-2(025)-1250/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1250/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1250/2025 07.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3000.96 manat əsas borc, 300.10 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1840 manat əsas borc, 184 manat cərimə borcu olmaqla, ümumilikdə 5325.06 manat borc və 73.26 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən WİNDOWS 11, HP kompüter, ZƏMANƏT + 1 İL xidməti, 5 ədəd PANEL RADİATORU, KOMBİ HOFFMANN, ZƏMANƏT + 3 İL xidmaləmtiış və nəticədə 5325.06 (beş min üç yüz iyirmi beş manat, 6 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3000.96 (üç min manat, 96 qəpik) manat (18 ay x 166.72 manat + 0 manat ilkin ödəniş) olan WİNDOWS 11, HP kompüter, ZƏMANƏT + 1 İL xidməti, üçün ümumilikdə, 3301.06 (üç min üç yüz bir manat, 6 qəpik) manat olmaqla ondan, 3000.96 (üç min manat, 96 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 300.10 (üç yüz manat, 10 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2070.9 (iki min yetmiş manat, 90 qəpik) manat (18 ay x 115.05 manat + 0 manat ilkin ödəniş) olan 5 ədəd PANEL RADİATORU, KOMBİ HOFFMANN, ZƏMANƏT + 3 İL xidmüəçtüin ümumilikdə, 2024 (iki min iyirmi dörd manat) manat olmaqla ondan, 1840 (min səkkiz yüz qırx manat) manat ödənilməmiş hissə, güzəşt olunaraq 184 (yüz səksən dörd manat) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 230.9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İşdə olan 10 dekabr 2024-cü il tarixli 316863 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 3000.96 manat dəyərində olan WİNDOWS 11, HP kompüter, ZƏMANƏT + 1 İL xidmətini nisyə almışdır. İşdə olan 27 oktyabr 2024-cü il tarixli 18666568 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 2070.9 manat dəyərində olan 5 ədəd PANEL RADİATORU, KOMBİ HOFFMANN, ZƏMANƏT + 3 İL xidmətini nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən 27 oktyabr 2024-cü il tarixli 18666568 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 115.05 manat ödənilməklə xx.xx.2026-cı il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh 10 dekabr 2024-cü il tarixli 316863 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 3000.96 manat borc, 300.10 manat cərimə, 27 oktyabr 2024cü il tarixli 18666568 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 1840 manat borc, 184 manat cərimə olmaqla, ümumilikdə 5325.06 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh 10 dekabr 2024-cü il tarixli 316863 nömrəli müqavilə üzrə 3000.96 manat əsas borc, 27 oktyabr 2024-cü il tarixli 18666568 nömrəli müqavilə üzrə 1840 manat əsas borc dövlət rüsumuna görə 69 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3000.96 manat əsas borc, 30 manat cərimə borc, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1840 manat əsas borc, 19 manat cərimə borc və dövlət rüsumuna görə 69 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar