Məhkəmə qərarları › İş №e-2(025)-1329/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1329/2024

09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1329/2024 09.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Ərizəçi “doğum və ölüm faktının müəyyən edilməsi” barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi: Ərizəçi “doğum və ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, mərhum bacısı X1 09 avqust 1968-ci il tarixdə Azərbaycan Respublikası Qəbələ (keçmiş Qutqaşen rayonu) Rayonu Nohurqışlaq kəndində doğulması, anasınınmilliyətcə azərbaycanlı xx.xx.1943-cü il təvəllüdlü X2; atasının-milliyətcə azərbaycanlı, xx.xx.1940-cı il təvəllüdlü X3 olması faktının müəyyən olunması; 09 avqust 1968-ci il təvəllüdlü X1 09 sentyabr 1968-ci il tarixdə ağır xəstəliklər səbəbindən dolayı Qəbələ (keçmiş Qutqaşen rayonu) Rayonu Nohurqışlaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi doğum və ölüm haqqında şəhadətnamələrin verilməsi vəzifəsinin Ədliyyə Nazirliyi Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən göründüyü kimi, ərizəçi tələbində bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirmişdir. Belə ki, ərizəçi mərhum bacısı X1 həm doğum, həm ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Halbuki, doğum faktı müəyyən olunmamış X1 ölüm faktını müəyyən etmək mümkün deyildir. Ərizəçinin mərhum bacısı X1 doğum və ölüm faktının müəyyən edilməsi mahiyyət və predmet baxımından fərqlənən iddialardır. Göründüyü kimi ərizəçinin tələbi qeyri müəyyəndir. Ərizəçi doğum və ölüm faktının müəyyən edilməsi ilə bağlı ayrı-ayrı ərizələr ilə məhkəməyə müraciət etməlidir. Belə ki, ərizəçi ilk növbədə mərhum X1 “doğum faktı”nın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli, məhkəmə tərəfindən doğum faktı müəyyən edildikdən sonra isə qətnamə əsasında müvafiq “doğum haqqında şəhadətnamə” alınmalı, daha sonra isə ərizəçi “ölüm faktı”nın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qərarın 4.1-ci bəndində isə göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Eyni zamanda ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi ölüm şəhadətnaməsinin ala bilməməsinə dair ərizəyə sübut (Maraqlı şəxs məktubu) əlavə etsə də, ərizəyə doğum şəhadətnaməsinin ala bilməməsinə dair hər hansı sübut əlavə etməmişdir. Beləliklə ərizəçiyə izah edilir ki, doğum faktının müəyyən edilməsi üçün ilk növbədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana (müvafiq Qeydiyyat şöbələrinə) müraciət edilməli, həmin orqan isə müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayış verməlidir. Lakin ərizəçi tərəfindən ərizəyə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın doğum qeydinin verməsinin mümkün olmamasına dair arayış əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilərlər. X7 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi ərizəyə elektron qaydada dövlət rüsumunu ödəməsini təsdiq edən qəbzin surətini əlavə etməsə də, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, ərizə tərəfindən 100 manat məbləğində pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi “doğum və ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun Ərizəçi geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar