Məhkəmə qərarları › İş №e-2(025)-1358/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1358/2024

21.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1358/2024 21.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X8, X5, X1, X3 və Ərizəçi Xalid qızının adına verilmiş JN - 1549 G saylı, kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X6 və Ərizəçi münasibətdə X7 və Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş JN-1549 G saylı, kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş hüquq sahiblərinin adları siyahısında 3-cü sırada X4 adı texniki səhv olaraq Zabda əvəzinə “Zabitə” kimi, 5-ci sırada Ərizəçi ata adı Rəmzi əvəzinə “Xalid” qızı kimi qeyd edilmişdir. Birgə paylı mülkiyyətdə olan 0.34 hektar torpaq sahəsi üzərində payların müəyyən edilməsi məqsədilə DƏDRX-nə müraciət edərkən yuxarıda qeyd olunan qüsurlar aşkar edilmişdir. JN-1549 G saylı şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada və 5-ci sırada texniki səhflərə yol verilməsi yuxarıda göstərilən səbəbindən əməliyyat aparılması mümkün olmamışdır. Hesab edir ki, həmin qüsurlara məhkəmə qaydasında düzəliş edilməlidir. AZ-№ 212905 saylı ölüm haqqında şəhadətnamədə X4 adı düzgün olaraq “Zabitə” yox Zabda kimi qeyd edilmişdir. İ-ИЕ № 250029 saylı nikah haqqında şəhadətnamədə 1-səhifədə X4 adı düzgün olaraq “Zabitə” kimi yox Zabda kimi qeyd edilmişdir. X9 məxsus İ-ЖГ № 493292 saylı Doğum haqqında şəhadətnamədə düzgün olaraq “Zabitə” kimi yox, Zabta kimi qeyd edilmişdir. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsində Ərizəçi ata adı düzgün olaraq “Xalid” əvəzinə Rəmzi kimi qeyd edilmişdir. İİİ-KF № 428587 saylı doğum haqqında şəhadətnamədə düzgün olaraq Rəvanə Rəmzi qızının ata adı Rəmzi kimi qeyd edilmişdir. Vİİ-ЖГ № 348553 saylı nikah haqqında şəhadətnamədə də Rəvanə Rəmzi qızının ata adı düzgün olaraq Rəmzi kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 1549G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X8, X5, X1, X3 və Ərizəçi Xalid qızının birgə mülkiyyətinə 0,34 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Ərizəçi məxsus Qəbələ rayon Vəndam kənd soveti tərəfindən verilmiş № 428587 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı nikaha daxi olmamışdan əvvəl “X2” kimi göstərilmişdir. İşdə olan xx.xx.1997-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 348553 №-li «nikah haqqında» şəhadətnamə»nin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı nikaha daxil olandan sonra “X2” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli, AZ-İ seriyalı, 212905 №-li «Ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2006-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-ci ildə qeyd edilmişdir. İşdə olan xx.xx.1959-cu il tarixli, 250029 №-li «evlənmək haqqında» şəhadətnamənin surətindən görünür ki, mərhum X4 adı “Zabda” kimi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 11 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, JN – 1549G nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçinin ad və soyadında hər hansı dəyişiklik edilməsi həmin orqanın səlahiyyətinə aid deyil və həmin məsələ ilə bağlı məhkəməyə müaciət olunması tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X8, X5, X1, X3 və Ərizəçi Xalid qızının birgə mülkiyyətinə verilmiş JN – 1549G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi ata adı səhvən «Xalid» kimi, mərhum X4 adı səhvən «Zabitə» qeyd olunmuşdur. Lakin Ərizəçi doğum, nikah şəhadətnəmələrində və şəxsiyyət vəsiqələrində, X4 nikah və doğum haqqında şəhadətnamələrində düzgün olaraq ad, soyad və ata adları Ərizəçi və X10 göstərilmişdir. Qeyd olunan şəhadətnamədə yalnışlıq aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə üzrə mülkiyyət hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarına əsasən X8, X5, X1, X3 və Ərizəçi Xalid qızının adına verilmiş JN – 1549G nömrəli (kod:********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin Ərizəçi və mərhum X7 aid hissədə Ərizəçi və mərhum X7 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar