Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1362/2024 28.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “sənədin məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Qəbələ rayon AlK-nin xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə X4, X6 və X2 adına verilmiş JN - 384 F saylı Dövlət aktının və X4, X6 və X3 adına verilmiş JN-310F saylı şəhadətnamənin Əliyeva (Səmədzadə) Ağgün Namizəd qızına münasibətdə Əliyeva (Səmədzadə) Ağgün Namizəd qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Qəbələ rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə verilmiş "Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 3-cü sırada Əliyeva (Səmədzadə) X1 və adı texniki səhv olaraq soyadı Səmədzadə əvəzinə Cabbarova adı isə Ağgün əvəzinə "Aygünl qeyd edilmişdir. JN- 310F saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə də hüquq sahiblərinin adları siyahısında 3-cü sırada Əliyeva (Səmədzadə) Ağgün Namizəd qızının soy adı səhv olaraq Səmədzadə əvəzinə "Cabbarova" adı isə texniki səhv olaraq Ağgün əvəzinə "Aygün" kimi qeyd edilmişdir. Birgə paylı mülkiyyətdə olan 0.83 ha və 0.27 ha torpaq sahələri üzərində payların müəyyən edilməsi məqsədilə müvafiq orqanlarda əməliyyat aparmaq istəyərkən məlum olmuşdur ki, JN-384 saylı kodu 40608038 olan Dövlət aktında hüquq sahiblərinin adları siyahısında 3-cü sırada Əliyeva (Səmədzadə) Ağgün Namizəd qızının soyadı texniki səhv olaraq Cabbarova, adı Ağgün əvəzinə texniki səhv olaraq "Aygül", JN - 310F saylı kodu 40608038 olan "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə hüquq sahiblərinin adları siyahısında 3-cü sırada Əliyeva (Səmədzadə) Ağgün Namizəd qızının soy adı səhv olaraq Cabbarova kimi adı texniki səhv olaraq Ağgün əvəzinə "Aygün" kimi qeyd edilmişdir. Qeyd olunan texniki səhvə görə əməliyyat aparılması mümkün olmamışdır. Göstərilən texniki səhvlər məhkəmə qaydasında düzəliş edilməlidir. AZE № ******** saylı şəxsiyyət vəsiqəsində Əliyeva (Səmədzadə) Ağgün Namizəd qızının soy adı düzgün olaraq Əliyeva (Səmədzadə), adı isə düzgün olaraq "Aygül kimi yox, Ağgün kimi qeyd edilmişdir. Xİİİ-ЖГ № 322654 saylı Doğum haqqında şəhadətnamədə də soy adı düzgün olaraq Səmədzadə kimi adı isə düzgün olaraq Ağgün kimi qeyd edilmişdir. AZ - İİ 070545 saylı nikah haqqında şəhadətnamədə də Əliyeva (Səmədzadə) Ağgün Namizəd qızının soyadı nikahadək Səmədzadə, nikahdan sonra Əliyeva adını düzgün olaraq Ağgün Namizəd qızı kimi qeyd edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini dinləyib hesab edir ki, ərizə təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan JN – 310F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X5, X6 və X3 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Aydınqışlaq kəndində 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN – 384 nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X5, X6 və X2 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu Aydınqışlaq kəndində 0,83 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Zarağan inzibati ərazi dairəsi nümayəndəliyi verilmiş 04 yanvar 1993-cü il tarixli, XVİİ-ЖГ seriyalı, 322654 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı nikaha daxil olmamışdan əvvəl “X7” kimi qeyd edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, AZ-İİ seriyalı, 070545 №-li «nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı nikaha daxil olandan sonra “Ərizəçi” kimi qeyd edilmişdir. İşdə olan ərizəçiyə aid AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad, soyad və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən, məhkəmələr şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, soyadı və ya adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nın 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5- ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir,yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, işin araşdırılan halları ilə məhkəmədə müəyyən olundu ki, Qəbələ rayon AİKin 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X5, X6 və X3 adına verilmiş JN – 310F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə Ərizəçi soyadı “Səmədzadə” əvəzinə səhvən “Cabbarova”, adı “Ağgün” əvəzinə səhvən “Ayğün” kimi; eyni zamanda Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X5, X6 və X2 adına verilmiş JN – 384 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktında Ərizəçi soyadı "Səmədzadə" əvəzinə səhvən "Cabbarova", adı "Ağgün" əvəzinə səhvən "Aygül" kimi göstərilmişdir. Qeyd olunan şəhadətnamədə və dövlət aktında yalnışlıqlar aradan qaldırılmadan ərizəçi həmin şəhadətnamə və dövlət aktı üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət edilmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X5, X6 və X3 adına verilmiş JN – 310F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin; Qəbələ rayon AİK-in 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarına əsasən X5, X6 və X2 adına verilmiş JN – 384 nömrəli (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktının Əliyeva (Səmədzadə) Ağgün Namizəd qızına aid hissədə Əliyeva (Səmədzadə) Ağgün Namizəd qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1362/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1362/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver