Məhkəmə qərarları › İş №e-2(025)-1415/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1415/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1415/2024 30.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1544.01 manat əsas borc, 154.99 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 549.71 manat əsas borc, 54.29 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 352.99 manat əsas borc, 35.01 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 222.73 manat əsas borc, 22.27 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 29.16 manat əsas borc, 2.84 manat cərimə borcu olmaqla, cəmi 2968 manat borc və 49.68 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 02075071 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 2411.14 manat dəyərində olan İmei kod **********60744 SAMSUNG GALAXY S23 markalı telefonu nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 04013648 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 549.71 manat dəyərində olan BOSCH markalı soyuducunu nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 14482918 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 847.08 manat dəyərində olan İMEİ KOD **********57366 XİAOMİ REDMİ NOTE 11 MARKALİ telefonu nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 03463819 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 1029.06 manat dəyərində olan İMEİ KOD **********99088 SAMSUNG GALAXY A33 MARKALİ telefonu nisyə almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 03985144 nömrəli Müqavilənin surətinə əsasən Cavabdeh həmin tarixdə "xxxx" MMC-dən 170 manat dəyərində olan POWEROLOGY POWER BANK-ı nisyə almışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin predmeti təşkil edən “Mal”a dair geniş məlumat və “Mal”ın qiyməti bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən Ödəniş cədvəli üzrə ödənişlər gecikdirildikdə müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % həcmində peniya ödənilir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2023-cü il tarixli 02075071 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 111.73 manat ödənilməklə xx.xx.2025-ci il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2023-cü il tarixli 04013648 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 75 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2023-cü il tarixli 14482918 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 47.06 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2023-cü il tarixli 03463819 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 57.17 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdə olan müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavənin surətinə əsasən xx.xx.2023-cü il tarixli 03985144 nömrəli Müqavilə üzrə alınmış malın dəyəri xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 20 manat ödənilməklə xx.xx.2024-cü il tarixədək ödənilməlidir. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 02075071 nömrəli müqavilə üzrə aldığı əşyaların dəyərini qismən ödəyərək 1544.01 manat borc, 154.99 manat cərimə, xx.xx.2023-cü il tarixli 04013648 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 549.71 manat borc, 54.29 manat cərimə, xx.xx.2023-cü il tarixli 14482918 nömrəli müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 352.99 manat borc, 35.01 manat cərimə, xx.xx.2023-cü il tarixli 03463819 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 222.73 manat borc, 22.27 manat cərimə, xx.xx.2023-cü il tarixli 03985144 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək 29.16 manat borclu qalmış və 2.84 manat cərimə, olmaqla, ümumilikdə 2968 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" MMC -nin xeyrinə Cavabdeh beş müqavilə üzrə 2698.6 manat əsas borc, dövlət rüsumuna görə 49.68 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 02075071 nömrəli müqavilə üzrə 1544.01 manat əsas borc, 16 manat cərimə: xx.xx.2023-cü il tarixli 04013648 nömrəli müqavilə üzrə 549.71 manat əsas borc, 6 manat cərimə: xx.xx.2023-cü il tarixli 14482918 nömrəli müqavilə üzrə 352.99 manat əsas borc, 4 manat cərimə: xx.xx.2023-cü il tarixli 03463819 nömrəli müqavilə üzrə 222.73 manat əsas borc, 2 manat cərimə və xx.xx.2023-cü il tarixli 03985144 nömrəli müqavilə üzrə 29.16 manat əsas borc, 1 manat cərimə borcu olmaqla, ümumilikdə 2727.6 və dövlət rüsumuna görə 49.68 manat pul alınıb iddiaçı "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar